Dövlət tərəfindən 600 min sahibkara dəstək və yardım göstəriləcək
Dünyada koronavirus pandemiyası iqtisadiyyata, sosial duruma, əhaliyə çox ciddi problemlər yaradır. Belə vəziyətdə makroiqtisadi və maliyyə sabitliyinin saxlanılması, məşğulluğun təmin edilməsi olduqca böyük əhəmiyyət kəsb edir.
Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ötən gün Sumqayıtda açılışı olan tibbi maska istehsalı müəssisəsinə press-tur zamanı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ölkə başçısının tapşırığına uyğun olaraq İqtisadiyyat Nazirliyində bir çox iqtisadi fəaliyyət sahələri üzrə, xüsusilə koronavirus pandemiyası ilə bağlı ən ciddi təsirə məruz qalmış iqtisadi fəaliyət sahələri və onları təmsil edən sahibkarlarla görüşlər keçirilib:
"Sahibkarların arzu və təklifləri dinlənilib. Bununla əlaqədar 4 işçi qrup yaradılıb. Tələbələrin, digər vətəndaşların iqtisadi durumunun yaxşılaşdırılması, ümumiyyətlə iqtisadi subyektlərə dəstək göstərilməsi üçün Prezident İlham Əliyevin tapşırığına əsasən, 1 milyard manat vəsait ayrılıb. Keçirilmiş qiymətləndirmələr onu göstərib ki, vəsait kifayət etmir. Bu vəsaitin 2,5 milyard manata qədər artırılması gözlənilir".
N.Səfərov bildirib ki, dəstək və yardım göstəriləcək sahibkarların sayı 600 min nəfər təşkil edir.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Dövlət böyük güzəşt edə bilər - bu borcların silinməsi gözlənilir
Azərbaycanda kapitalın və əmlakın amnistiyasının tətbiqi nəzərdən keçirilir.. . Sonxeber.az xəbər verir ki, bu barədə Trend-ə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, burada məqsəd iqtisadi artımın və investisiyaların maliyy
7 aprel 2020Banklar kredit verməyi niyə dayandırıb? - RƏSMİ AÇIQLAMA
Bəzi vətəndaşlar Azərbaycanda fəaliyyət göstərən bankların istehlak və biznes kreditlərinin verilişini dayandırdığını bildirir. Müştərilər müraciət etdiyi bir neçə bankdan ayın sonunadək kredit verilişinin dayandırıldığı cavabını alılar.. . Məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətindən Modern.az-ı
6 aprel 2020Bir aylıq tətilin İQTİSADİYYATA VURACAĞI ZƏRƏR - KOSMİK RƏQƏM
Rusiya koronavirusla mübarizə çərçivəsində aprel ayında bütün iş yerlərinin bir aylıq bağlanması ilə bağlı qərarın iqtisadiyyata vurduğu zərər ÜDM-in 2-2,5 faizini təşkil edəcəkdir.. . Sonxeber.az BiG.AZ-a istinadən verdiyi xəbərə görə, bu hesablamalar RBK nəşri tərəfindən banklar arasında aparılan sorğunu
3 aprel 2020Dünya ərzaq qıtlığı ilə qarşılaşacaqmı?
Almaniyalı ekspertlər tüğyan edən koronavirus pandemiyasının fəsadlarından biri kimi ərzaq qıtlığı yarana biləcəyini proqnozlaşdırırlar.. . Bu proqnoz onunla bağlıdır ki, dünyanın idxal-ixrac şəbəkəsinin və daxili bazarın parçalanması kənd təsərrüfatı işlərinin iflası ilə nəticələnə bilər. Ölkə bir müddə
2 aprel 2020Problemli kreditlərlə bağlı verilən kompensasiyanın məbləği açıqlandı
2019-cu ildə problemli kreditlərin həlli ilə bağlı 600 min vətəndaşa 640 milyon manata yaxın kompensasiya ödənilib.. . Oxu.Az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyəti ilə bağlı hesabatında yazılıb.. . 135 min borcalanın 269 milyon manat məbləğində kreditləri güzəştl
2 aprel 2020Azərbaycanda vaxtı bitmiş bütün növ ödəniş kartlarının istifadə müddəti uzadılır
Vaxtı bitmiş bütün növ ödəniş kartlarının istifadə müddəti uzadılacaq. . . Sonxeber.az xəbər verir ki, bununla bağlı Azərbaycan Banklar Assosiasiyası (ABA) ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən qəbul olunmuş qərarlara uyğun olaraq, bankların filial və şöbələrind
2 aprel 2020