Yayın istisi koronavirusun yayılmasının qarşısını alacaqmı? - ARAŞDIRMA

Yayın istisi koronavirusun yayılmasının qarşısını alacaqmı? - ARAŞDIRMAAlimlər isti havanın koronavirusla mübarizədə nə dərəcədə önəmli olduğunu araşdırıblar.

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın "The Guardian" nəşri yazıb.

Araşdırmaların nəticələrinə həsr olunan məqalədə qeyd olunub ki, yaxın vaxtlarda isti günlər başlayacaq və, proqnozlara əsasən, bəzi bölgələrdə istilik 20 dərəcəyədək yüksələcək. Bildirilib ki, isti hava ümumi karantinin tətbiq edildiyi Böyük Britaniyaya nəfəsini dərməyə imkan yaradacaq, vəziyyəti nəzarət almaq istəyən hökumətin işini isə çətinləşdirəcək.

Alimlərə görə, yazın gəlişinin koronavirusun isti havaya necə reaksiya verəcəyini bilmək üçün onun xüsusiyyətlərinin araşdırılmasında yardımçı ola bilər. Epidemiyalar adətən baharın gəlişi ilə bitirlər. Günəş işığı koronavirus və onun yayılmasına eyni cür təsir edə bilərmi? Bu, çox vacib sualdır və epidemioloqlar istənilən dəyişikliyi diqqətlə izləyəcəklər.

Koronavirusların, yəni Böyük Britaniya sakinlərinin tez-tez soyuqlamasına səbəb olan virus növlərinin ilkin araşdırması onların mövsümi xarakter daşıdığını göstərir: xəstələnmələrin pik nöqtəsi qışa düşür, yazda isə onlar yoxa çıxırlar. Maraqlıdır ki, bu piklər çox vaxt qrip alovlanmaları ilə üst-üstə düşür. Bunun əksinə olaraq, yayda koronavirus, demək olar, ötürülmür.

Ötən həftə London Universitet Kollecinin alimləri HCoV-NL63, HCoV-OC43 və HCoV-229E kimi koronavirusun tez-tez görülən növlərinə həsr olunan mühüm araşdırmanın nəticələrini dərc ediblər. Bir neçə il öncə götürülmüş nümunələri təhlil edən alimlər xəstələnmələrin yüksək səviyyəsinin fevral ayına təsadüf etdiyini qeyd ediblər. Yayda isə bu səviyyə çox aşağı olur. Digər tədqiqatlar mülayim iqlim şəraitində koronavirus infeksiyalarının alovlanmasının mövsümi xarakter daşıdığını təsdiq edir.

Lakin araşdırmanın aparıcı müəllifi Rob Oldric xəbərdarlıq edib. "Biz koronavirusun yavaş templə də olsa yayda da ötürüldüyünü müəyyənləşdirdik, ancaq qışda xüsusi həssas insanların sayı yetərincə olsa, həmin vaxtadək bu templər yenidən arta bilər", - o bildirib.

"Üz-üzə olduğumuz virusun yeni olduğunu nəzərə alsaq, onun mövsümi xarakter daşıdığını bilmirik, üstəlik, xüsusi həssaslığa malik əhalini də nəzərə alaraq yayda azalacağı məlum deyil. Bu səbəbdən indidən hərəkət etmək və bütün tibbi tövsiyələrə riayət etmək çox vacibdir".

Bu nöqteyi-nəzəri COVID-19-un yeni infeksiya törədicisi və insanlardan ona qarşı immunitetin formalaşmasına hələ imkanın olmadığını bildirən digər alimlər də dəstəkləyir. Bu baxımdan yayın gələcəyinə baxmayaraq, virusun indiki sürətlə yayılmağa davam edəcəyinin ehtimalı böyükdür.

"Mən əminəm ki, virusun davranışındakı mövsümi dəyişikliklər onun yayılma xarakterində müəyyən rol oynayacaq. Ancaq indi riayət etdiyimiz sosial məsafə effekti ilə müqayisədə mövsümi faktorların təsiri çox əhəmiyyətsiz olacaq. Mövsümün dəyişməsi müəyyən formada təsir edə bilər, ancaq onu özünütəcridin alternativi olaraq gözdən keçirmək olmaz", - London İmperial Kollecinin virusoloqu Maykl Skinner açıqlayıb.

Bu məsələdə Redinq Universitetinin əməkdaşı Ben Nyumanın mövqeyi daha qətidir: "Bu virus Çində yetərincə soyuq ortamda əmələ gəlib və o, həm İslandiya, həm də ekvatorda, yəni Braziliya və Ekvadorda eyni sürətlə yayılır. Qışın yerinə yaz gələndə onun yayılma sürəti bütün dünya üzrə artdı. Bu, "Dünyaların müharibəsi" deyil və bizdə buludlarda əmələ gəlib və hər şey qaydasına sala biləcək deus ex machina ("maşından tanrı") yoxdur. Biz bu virusla özümüz mübarizə aparmalıyıq".

Bununla belə, baharın gəlişi yalnız virusun davranışına təsir etmir. Başqa araşdırmaçıların fikrincə, bu, həm də insanların immun sistemində dəyişikliklərə gətirib çıxarır. "Bizim immun sistemimizdə sutkalıq ritmlər var, ancaq alimlər onun durumunun mövsümdən-mövsümə necə dəyişdiyini tam incələməyiblər", - Surreya Universitetinin immunoloqu Natali Riddell söyləyib.

Bunu aydınlaşdırmaq üçün Riddel və Surreya ilə Kolumbiya universitetlərinin tədqiqatçıları insanların immunitetinin sutkanın müxtəlif vaxtı və ilin müxtəlif fəsillərində keçən dəyişiklikləri incələyirlər. Alimlər qış və yay, həmçinin payız və yaz gündönümlərində könüllülərdən nümunə alıblar. İlkin nəticələr bizim immun sistemimizdə mühüm rol oynayan ağ qan hüceyrələrinin konsentrasiyasının sutkanın müəyyən vaxtlarında yüksəldiyini göstərib. Bu immunitetimizin sutkanın müxtəlif vaxtlarında dürlü reaksiya verdiyinə işarə edir. Misal üçün, antikor yaradan B-limfositlərin konsentrasiyası gecə yüksəlir.

Bununla belə, Kolumbiya Universitetindəki tədqiqatın rəhbəri Mikaela Martines qeyd edib ki, müxtəlif fəsillərin hüceyrələrin ritmlərinə təsiri hələlik araşdırılma mərhələsindədir. Onun sözlərinə görə, bu araşdırmanın nəticələri çox böyük önəm daşıyacaq: "Orqanizmimizdəki hansı zəif nöqtələrin bizi xəstəlik və viruslara qarşı həssas etdiyini bilsək, infeksiyaları aradan qaldırmağa yardımçı olan vaksin kampaniyalarımızı planlaşdıra bilərik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3546   Tarix: 07 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

"Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar ki, bu da çox önəmlidir". APA xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniya mətbuatına müsahibəsində söyləyib. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında SSRİ-nin süqutu dövründ

23 aprel
.

Astarada intihar edən yeniyetmə ilə bağlı bəzi təfərrüat MƏLUM OLUB - YENİLƏNİB + FOTO

Astarada intihar edən yeniyetmə ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən yeniyetmənin ailəsinin maddi vəziyyəti yaxşı olmayıb və o, bu səbəbdən dərsdən sonra neft məhsullarının satışı ilə məşğul olub, qazancını isə ailəsi ilə bölüşüb. Mərhumun atasının Bakıda işlədiyi

23 aprel
.

Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ

Nazirlər Kabinetinin ölkədə taksi xidməti ilə bağlı qərarı iyulun 1-dən qüvvəyə minəcək. -in məlumatına görə, taksilərlə bağlı bu tələblər bunlar olacaq:. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətin

23 aprel
.

Sabah Bakıda 29° isti olacaq

Aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

23 aprel
.

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Beynəlxalq arenada beyin mərkəzlərinin rolu informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Beyin mərkəzlərinin yeni bilik yaratmaq, sosial problemləri təhlil etmək, cəmiyyətə innovativ ideyalar təqdim etmək kimi funksiyalar

23 aprel
.

Məktəb direktoru həmin qadından 300 min alıbmış

Məktəb direktoru həmin qadından 300 min alıbmış. Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsini

23 aprel
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23 aprel
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - İDDİA - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23 aprel
.

DYP avtobus sürücülərinə XƏBƏRDARLIQ ETDİ - FOTO/VİDEO

Ötən gün iki avtobus sürücüsünün qaydaları pozması ilə bağlı görüntülər yayılıb. -in məlumatına görə, sürücülər Abşeron rayonu ərazisində avtobusları idarə edərkən həm öz, həm də sərnişinlərin həyatını təhlükəyə atıblar. Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra sürücülər tənqid obyektinə çevrilib

23 aprel