"Virus bitdikdən sonra ABŞ, Çin və Rusiya arasındakı qarşıdurma davam edəcək"-RƏY

"Virus bitdikdən sonra ABŞ, Çin və Rusiya arasındakı qarşıdurma davam edəcək"-RƏYABŞ Müdafiə Nazirliyi Konqresə Hind və Sakit okeanları bölgəsində Çinin və Rusiyanın artan imkanlarının qarşısını almaq üçün əlavə olaraq 20 milyard dollar ayrılması barədə sorğu göndərdi. Pentaqon ayrılacaq vəsaitin raketdən müdafiə sistemlərinin genişləndirilməsi, radar xəbərdarlıq sistemlərinin yerləşdirilməsi, bölgədə ABŞ-ın müttəfiqi olan ölkələrin hərbi potensialının gücləndirilməsinə istifadə olmasını təklif edir. Pentaqonun sözügedən təklifi Hind və Sakit okeanları bölgəsində ABŞ-ın Rusiya və Çinlə getdikcə daha geniş vüsət alan rəqabətinin göstəricisidir. Bu geosiyasi qarşıdurma nəinki Avrasiya məkanında, ümumiyyətlə dünya miqyasında aparıcı güc mərkəzlərinin formalaşdırdığı strateji mənzərəyə təsir edən başlıca amillərdən biridir.

Bununla bağlı Sonxeber.az-a danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu bildirib ki, bəziləri deyirdi ki, koronavirus bitdikdən sonra münasibətlər sistemi böyük ölkələr arasında dəyişəcək: "Müharibələr arxa plana keçir. Nəticə göz qabağındadır. Göründüyü kimi heç nə dəyişməyib. Münasibətlər əvvəlki kimi qalmaqdadır. Silahlanmaya daha çox önəm verilir. Qarşıdurmalar yerində qalır. Hətta Avropa İttifaqı Rusiyaya tədbiq etdiyi sanksiyalardan imtina etməməyə qərar verdi. Bu o deməkdir ki, Amerika, Rusiya və Çin arasında qarşıdurma davam edəcək. Hərbi qüdrətlərini artırmağa çalışacaqlar. Bu ölkələr arasında ciddi rəqabət olacaq. Baxmayaraq ki, bu ölkələr bu gün koronavirusla mübarizədə bir-birinə dəstək verirlər. Bu virus aradan qalxdıqdan sonra rəqabət davam edəcək. Hər üç ölkə silahlanmaya daha çox pul ayıracaq".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2078   Tarix: 07 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda 12 yaşında qaçırılaraq övlad sahibi olan Ülkərlə bağlı RƏSMİ AÇIQLAMA+YENİLƏNİB/VİDEO

Bakıda azyaşlı olarkən qaçırılaraq nikaha daxil edilən Ülkərlə bağlı məsələ nəzarətə götürülüb. Bunu -in sorğusuna cavab olaraq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sözçüsü Teymur Mərdanoğlu bildirib. O əlavə edib ki, artıq xanımla danışılıb və araşdırma aparılır. İctimaiyyətə ətrafl

16 aprel
.

Təbiətə qayğı: "McDonald's Azərbaycan" internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir. Eyni zamanda, bu il Azərbaycanda genişmiqyaslı COP29 tədbirinin keçiriləcəyini nəzərə alaraq, ölkəmizdə çoxlu sayda ekoloji layihələ

16 aprel
.

Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün kvotanı azaldıb. Bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. O, qərarın səbəblərini açıqlayıb. V. Cahangirinin sözlərinə görə, Həcc ziyarətin

16 aprel
.

"Facebook" sosial şəbəkəsinin işində problem yaranıb - FOTO

"Facebook" sosial şəbəkəsinin işində problem yaranıb. xəbər verir ki, bir saata yaxındır ki, şəxsi profildəki heç bir paylaşım görünmür. Problemin səbəbi ilə bağlı hələlik rəsmi hər hansı açıqlama yoxdur

16 aprel
.

Məleykə Abbaszadə: "Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir"

"Buraxılış imtahanında yüksək bal toplayanların sayının çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək tamamilə səhv fikirdir. İmtahanın çətinlik dərəcəsi əvvəlcədən necə elan olunursa, elə o səviyyədə də təqdim edilir. Ötənilki imtahanla builki imtahanın məzmununu müqayisə etdikdə, çətinli

16 aprel
.

Qocalmamaq üçün milyonlar xərcləyir - Son nəticə təəccübləndirdi

Biohaker kimi tanınan, 46 yaşlı Brayen Conson 2018-ci ildən bəri nə qədər dəyişdiyini göstərən fotolar yayımlayaraq hər kəsi şoka salıb. xəbər verir ki, qocalmamaq üçün maraqlı üsullara əl atan və bununla da tez-tez dünya mətbuatında yer alan kaliforniyalı texnologiya maqnatı zəhmətinin bəhrəsini aldığın

16 aprel
.

Ən çox balı onlar topladı - Siyahı

Dövlət İmtahan Mərkəzi 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanında 300 bal toplayan şagirdlərin siyahısını açıqlayıb. həmin siyahını təqdim edir:. 1. Məhərrəmzadə İlahə Rəşad qızı (Tovuz rayonu, M.Ələkbərov adına şəhər orta məktəbi) . 2. Ələsgərov Amil Tofiq oğlu (Sumqayıt şəhəri,

16 aprel
.

Azərbaycanda baş redaktor və müxbir həbs edildi

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, " internet saytının baş redaktoru Ramin Qurbanov, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edən Xəyyam Qurbanlı Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olan çoxsayl

16 aprel
.

Ad, ata adı və soyad necə dəyişdirilir? - CAVAB

Maraqlıdır, ad, ata adı və soyad necə dəyişdirilir?. xəbər verir ki, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə

16 aprel