5-ci sinif şagirdi atasının telefonundan "8103"ə 90 dəfə SMS göndərib

5-ci sinif şagirdi atasının telefonundan "8103"ə 90 dəfə SMS göndəribQısa müddətdə yaradılan "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" vasitəsi olan 8103 qısa nömrəsinə ayrı-ayrı vətəndaşlar tərəfindən bəzi hallarda lüzumsuz smslər göndərilir. Bu halların qarşısının alınması üçün daxili işlər orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən Sonxeber.az-a bildirilib ki, daxil olmuş sonuncu müraciətdə mobil operatorlardan birinin abonəçisinin 8103 nömrəsinə icazə almaq üçün 90-na yaxın sms göndərdiyi barədə məlumat verilib. Həmin abonentin şəxsiyyəti dəqiqləşdirilən zaman onun Nərimanov rayonunda müvəqqəti məskunlaşan Ağdam sakini İlham Bəhramanov olduğu müəyyən edilib. Həmin şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İ.Bəhramov ifadəsində 8103 xidmətinə ona məxsus mobil telefondan xəbəri olmadan azyaşlı oğlu 5-ci sinif şagirdi U.Bəhramlı tərəfindən smslər göndərildiyini bildirib.

Məsuliyyətsiz davrandığına və və xüsusi karantin rejimi qaydalarını pozduğuna görə Nərimanov RPİ 18-ci Polis Şöbəsində İlham Bəhramanov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülüb və o, cərimə edilib.

Qeyd edək ki, qeyri-ciddi, aidiyyəti olmayan SMS-lərin 8103 yönləndirilməsi yaşayış yerini zəruri olaraq tərk etmək istəyən vətəndaşlara vaxtında cavab mesajının göndərilməsinə maneə törədir. Vətəndaşlardan belə hallara yol verməməyi tələb edərək bildiririk ki, əks halda bu cür davranış karantin rejimi tələblərinin pozulması kimi qiymətləndiriləcək və həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək.


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 4861   Tarix: 07 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Koronavirus bəlası nə zaman bitəcək? - 4 SSENARİ

Dünyanın bir sıra ölkələri kimi, Azərbaycanda da karantin və sosial təcrid rejimi tətbiq olunub. "Evdə qal!" çağırışı günün şüarıdır indi.. . Bəs COVİD-19 koronavirus pandemiyasına bəşər övladı nə zaman tam qalib gələcək? Virusa yoluxma qorxusu və riski olmadan nə zaman evdən çıxa biləcəyik

7 aprel

Evimə gələn dostum ölüyə bənzədiyimi dedi — Təcavüzə uğrayan məşhur müğənni etiraf etdi

Dünyaca məşhur müğənni Duffi daha əvvəl etiraf etdiyi təcavüzə uğraması haqqında ətraflı danışıb.. . ''Ölkə.Az'' xəbər verir ki, ifaçı aylar əvvəl qaçırıldığını və ona narkotik verilib təcazüvə uğradığını etiraf etmişdi. 35 yaşlı Duffi öz sosial media hesabında hər şeyi danışara

7 aprel

Vərəm əleyhinə peyvəndin koronavirusa TƏSİRİ TAPILDI

Texas Universitetinin (ABŞ) epidemioloqlar qrupu məşhur peyvəndin koronavirus infeksiyası üzərində təsirini tapıb.. . Sonxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "The IrishTimes" məlumat yayıb. Alimlər koronavirusun yayılma və ölüm göstəriciləri ilə 178 ölkədə vərəm əleyhin

7 aprel

Koronavirusa qalib gələn 95 yaşlı kişi xəstəxanadan oynayaraq çıxdı

Türkiyədə maraqlı anlar yaşanıb.. . Sonxeber.az Milli.Az istinadla bildirir ki, İzmir şəhərində 95 yaşlı kişi koronavirusa qalib gəlib. O, xəstəxanadan evə buraxılarkən rəqs edib.. . İsmail adlı kişinin bu hərəkəti maraqla qarşılanıb. O, bununla koronavirusun ancaq yaşlıları öldürdüyünə dair mifi yo

7 aprel

Koronavirusun sonu yaxınlaşır? - 3 ay sonra Çində bir ilk - FOTO

Çində 3 ay sonra bir ilk yaşanıb.. . Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çində uzun müddət sonra ilk dəfə koronavirusa görə ölüm hadisəsi yaşanmayıb.. . Worldometers-in məlumatına görə, ötən gün ərzində cəmi 34 nəfər koronavirusa yoluxub.. . Ekspertlər bunun koronavirusun sonunu

7 aprel

"Səni koranavirusa yoluxdurdum" deyib 17 yaşlı oğlana TƏCAVÜZ ETDİ

İstanbulda 42 yaşlı qadın tanışlıq saytında yaşını kiçildərək tanış olduğu 17 yaşlı bir yeniyetməni bıçaqla hədələyərək onunla cinsi əlaqədə olub. Daha sonra o, yeniyetməyə "Sənə virus yoluxdurdum" deyərək onu qorxudub.. . "Ölkə.Az" xəbər verir ki, qadın əvvəlcə yeniyetməni aldadara

7 aprel

Koronavirusun olmadığı tarixi qəsəbə: İnsanlar orda yaşamağa can atır

Koronavirusun tüğyan etdiyi İspaniyanın yalnız 1 qəsəbəsində "Covid-19"a rast gəlinməyib.. . Bu Sevilya şəhəri yaxınlığında yerləşən Zahara qəsəbəsidir. Sakinlər bu hadisəni möcüzə kimi qəbul etsə də, əslində bunun səbəbi sadədir. Məlumata görə, koronavirus İspaniyada yayılmağa başlayan il

7 aprel

"Virus bitdikdən sonra ABŞ, Çin və Rusiya arasındakı qarşıdurma davam edəcək"-RƏY

ABŞ Müdafiə Nazirliyi Konqresə Hind və Sakit okeanları bölgəsində Çinin və Rusiyanın artan imkanlarının qarşısını almaq üçün əlavə olaraq 20 milyard dollar ayrılması barədə sorğu göndərdi. Pentaqon ayrılacaq vəsaitin raketdən müdafiə sistemlərinin genişləndirilməsi, radar xəbərdarlıq sistemlərinin yerləşdirilməsi

7 aprel

Azərbaycan və Gürcüstan arasında gediş-gəliş tam bağlandı

Gürcüstanın Azərbaycanla sərhədində yerləşən bütün sərhəd-keçid məntəqələri gediş-gəliş üçün bağlanıb.. . Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.. . Bildirilib ki, Azərbaycanda koronavirus epidemiyasının qarşısının alınmas

7 aprel