"Pandemiyanın yayılma sürətinin azaldığını iddia etmək qətiyyən doğru deyil"- DEPUTAT

"Pandemiyanın yayılma sürətinin azaldığını iddia etmək qətiyyən doğru deyil"- DEPUTATKoronavirus xəstəliyi bir sıra ölkələrdə şiddətləndiyi halda, bəzi ölkələrdə artıq azalmağa doğru gedir. Norveç səhiyyə naziri artıq xəstəliyin nəzarət altına alındığını açıqlayıb. Nazir deyib ki, sərt tədbirlərdən sonra xəsətliyin yayılması kəskin şəkildə azalıb, artıq xəstə sayı artmır.Norveçdə 5755 nəfərdə koronavirus tapılıb, 59 nəfər isə dünaysını dəyişib.Belçikada da artıq xəstəliyin yayılması azalıb. Ölkə baş naziri sosial təcrid – karantinin tədricən götürülməyə başlayacaqlarını bildirib. Belçikada aprelin 19-dək karantin elan olunsa da, xəstəliyin azalması səbəbi ilə karantin götürülür.Danimarka hökuməti də aprelin 15-dən etibarən karantinin götürüləcəyi, məktəb və bağçaların açılacağını elan edib.Ən çox koronavirus ölümlərinin qeydə alındığı İspaniyada da aprelin 2-dən sonra ölüm hallarında azalma başlayıb. Çində də bu gün ilk dəfə koronavirusdan ölüm halı qeydə alınmayıb. Bu faktlar pandemiyanın zəiflədiyinə işarə sayıla bilərmi? Pandemiyanın müəyyən şiddətli dövrünün arxada qaldığı, artıq yavaşlamağa başladığını demək olarmı?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, indiki mərhələdə pandemiyanın yayılma sürətinin azaldığını iddia etmək qətiyyən doğru deyil: "Bəli, sadaladığınız ölkələrdə hadisələr müsbət istiqamətdə inkişaf edir. Amma bu kifayət deyil. Koronovirusun episentri sayılan Çində ötən sutka ərzində ilk dəfə ölüm qeydə alınmayıb. Ancaq 32 nəfər yeni yoluxan aşkarlanıb. Bütövlükdə dünya ölkələrinin statistikasına nəzər yetirdikdə, ciddi artımın, yəni 1 milyon 300- dən çox insanın virusa yoluxmasının şahidi oluruq. Aydındır ki, pandemiya sərhəd tanımır. Ümumdünya Səhiyyə Təşkilatı öz gündəlik hesabatlarında, əksər ölkələrdə kəskin azalmanı, COVİD-19 virusu əleyhinə vaksinlərin və dərmanların tapılmasını elan etməmiş, karantin rejimlərini ləğv etməmiş, bu barədə danışmaq tezdir. Son günlər ölkəmizdə aparılan sistemli işlər ümid yaradır ki, biz milli həmrəylik, vətəndaş məsuliyyəti nümayiş etdirərək pandemiyanın qalib gələrək, normal həyata qayıdacağıq".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2081   Tarix: 07 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdard

24 aprel