Paytaxtda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir - FOTO

Paytaxtda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir - FOTOKoronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın qərar və təlimatlarına uyğun olaraq çoxşaxəli tədbirlər həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin, aidiyyəti qurumların əməkdaşları və xüsusi texnikası tərəfindən müvafiq qrafik əsasında gündəlik olaqraq səhər və axşam saatlarında küçə və prospektlərin xüsusi kimyəvi vasitələr və yeni yuyucu gel vasitəsi ilə yuyulması aparılır.

Gündə 2 dəfə Departamentin balansında olan 11400-dən cox yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür. Dezinfeksiya və maarifləndirmə işləri paytaxtın qəsəbələrində də aparılır.

Bu işlərin vaxtaşırı olaraq paytaxtdakı 2000-dən cox kooperativ binaların və yaşayış komplekslərində də aparılması təmin edilir.

Ərazidəki tibbi-profilaktiki işlərlə yanaşı Bakı Şəhər Ticarət və Xidmət Departamenti və Yaşıllaşdırma Təsərrüfatı Birliyinun əməkdaşları tərəfindən paytaxtdakı idarə, təşkilat, ictimai-iaşə və digər özəl kommersiya qurumlarının inzibati binalarının, yol və küçələrin kənarlarında yaradılmış yaşıllıq guşələrinə qulluq göstərilir, ofis mərkəzləri qarşısında qoyulmuş gül dibçəklərindəki güllər sulanır.

Paytaxt rayonları İcra Hakimiyyətlərinin əməkdaşları, rayonlarda yaradılan Operativ Qərargahların üzvləri, könüllülər və hüquq-mühafizə orqanları əməkdaşları ərazidə mütəmadi reydlər keçirərək vətəndaşları ciddi ehtiyac olmadıqca evdən çıxmamaları, ehtiyac yarandıqda isə elektron icazə alınması qaydasında çıxa biləcəkləri barədə məlumatlandırır, Nazirlər Kabineti Operativ Qərargahının son qərarları və göstərişlərinin icrası ilə bağlı əhali arasında maarifləndirmə-təbliğat işləri aparırlar.

Həmçinin RİH-ləri, bələdiyyələr, könüllülər tərəfindən yaşı 65-dən yuxarı, tənha və yaşlı vətəndaşlar daim nəzarətdə saxlanılır, onlara ərzaq yardımları çatdırılır, lazımi sosial xidmətlər göstərilir.

Bütün təbliğat, maarifləndirmə dezinfeksiya və yardımların göstərilməsi gündəlik davam etdirilir.
Paytaxtda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir - FOTOPaytaxtda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir - FOTOPaytaxtda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir - FOTOPaytaxtda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1272   Tarix: 08 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

AAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi

Xırdalan-Saray avtomobil yolunda yol nişanı qoyulmadığından avtomobili yarğana düşərək qəza keçirən sürücü "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyini məhkəmədə udub. Qaynarinfo-nun məlumatına görə, Zamin Şabanov (ad-soyad şərti) gecə saat 22:05 radələrində "Lada Vesta" markal

18 aprel
.

Övlad valideynə aliment ÖDƏYƏ BİLƏR? - AÇIQLAMA

Bizim bu gün əsas mənəvi dəyərlərimizdən biri ailə instutunun qorunub saxlanmasıdır. Ölkədə boşanmaların gündən-günə artması bu dəyərlərimizə ağır zərbə vurur. Bildiyimiz kimi, məhkəmənin qərarına əsasən övlad boşanan tərəflərdən kimin himayəsində qalırsa, həmin şəxs aliment ödəməyə borcludur. Uşağ

18 aprel
.

Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Bu barədə "Qafqazinfo"ya onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əld

18 aprel
.

Başlıbel qətliamının şahidi: "Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər" - VİDEO

Bu gün Başlıbel qətliamından 31 il keçir. Hadisə şahidləri İctimai TV-yə qətliamın dəhşətlərini danışıblar. Başlıbel sakini Niyyət Əhmədovun ailə üzvləri gözləri qarşısında qətlə yetirilib:. "Əvvəl anamı, sonra isə bacımı güllələyərək öldürdülər. Sonra isə digər şəxsləri maşına yığaraq apardılar"

18 aprel
.

Marketdən 8 min manatlıq spirtli içki oğurlandı - ANBAAN VİDEO

Bakının Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 800 manat dəyərində spirtli içki oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərl

18 aprel
.

Nazir: Şagirdlər arasında bulinq, qısnama və intihar halları olur

Şagirdlər arasında bulinq, qısnama və az sayda olsa da, intihar halları olur. "Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, məktəblərdə daha cidd

18 aprel
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18 aprel
.

Balakəndə 11 əsrə şahidlik edən, inanc yeri olan ağac - VİDEO

Balakənin Katex kəndində yol kənarında bitən, yaşı min ildən artıq olan dağdağan ağacı bu gün də diqqət mərkəzindədir. Belə ki, inanc yeri olan ağacdan müalicə üsulu kimi istifadə edirlər. Həmçinin bu ağac yerli sakinlərlə yanaşı, ərazidən keçən əcnəbi turistlərin də diqqətini çəkir. Daha ətraflı Bak

18 aprel
.

Bakıda məmur olmaq istəyən qadının başına oyun açdılar

Bakıda qadına qarşı dələduzluq edilib. -ın əldə etdiyi məlumata görə, paytaxt sakini olan bir qadının 20 min manatının etibardan sui-istifadə etməklə ələ keçirildiyi barədə polisə məlumat daxil olub. Zərərçəkən ifadəsində təxminən 1 il bundan öncə Anar adlı şəxsə 20 min manat manat verdiyini amma qarşılığınd

18 aprel