Oruc koronavirusdan qoruyur, yaxud risk yaradır? - 17 ilin ARAŞDIRMASI GÜNDƏMƏ GƏLDİ- VİDEO

Oruc koronavirusdan qoruyur, yaxud risk yaradır? - 17 ilin ARAŞDIRMASI GÜNDƏMƏ GƏLDİ- VİDEOBütün müsəlmanların səbirsizliklə gözlədiyi mübarək Ramazan ayına cəmi bir neçə həftə qalıb. İslam dünyası da koronavirusla amansız mübarizədən kənarda deyil.

Bəs, görəsən, koronavirusun dünyanı "ələ aldığı" bir dövrdə oruc tutmaq təhlükəlidirmi? Yaxud, əksinə, orucun virusa qarşı qoruyucu təsiri varmı?

Sonxeber.az-ın BiG.AZ-a istinadən verdiyi xəbərə görə, bu sualı "Fatih Altaylı ilə tək-təkə" verilişinin qonağı olan Yeditepe Universitetinin Xəstəxanasının Tibbi Mikrobiologiya Mütəxəssisi Dr. Aynur Eren Topkaya cavablandırıb.

Oruc koronavirusdan qoruyur, yaxud risk yaradır? - 17 ilin ARAŞDIRMASI GÜNDƏMƏ GƏLDİ- VİDEOO, 2003-cü ildə oruc tutan insanlar arasında aparılan və dünyanın bir çox tibb saytları tərəfindən dərc olunan araşdırmadan bəhs edərək bildirib ki, Fasiləli Oruc (İntermittent Fasting) insan bədənində immuniteti aşağı salan və koronavirus xəstəliyini daha da ağırlaşdıran stokinləri azaldır.

Ağciyər toxumalarındakı epitelial hüceyrələr daha az stokinlər ifraz etdikdə immun sisteminin "silah"ı sayılan dendrit hüceyrələr güclənir.

17 il öncə edilən araşdırma ürək-damar xəstəlikləri ilə bağlı aparılıb. Belə ki, oruc tutan və tutmayan iki qrup arasında aparılan tədqiqat zamanı iştirakçılardan mübarək Ramazan ayından iki həftə öncə, həmin ayın ortasında və sonunda qan götürülüb.

İmmunitet sistemini zəiflədən stokinlərin Ramazan ayının ortasında və sonunda aşağı olduğu məlum olub.

Lakin Topkaya oruc tutanlara bütün günü ac qalıb iftar zamanı karbohidrat və yağlı yeməklərdən çəkindirərək, daha çox tərəvəz, lifli qidalar və ət kimi proteinli yeməklərə üstünlük verməyi tövsiyə edib.

<br><a href="https://www.superhaber.tv/oruc-tutmak-koronaya-karsi-korur-mu-risk-mi-yaratir-video-268437" target="_blank">Oruç tutmak koronaya karşı korur mu risk mi yaratır?</a>

Qeyd edək ki, Azərbaycanda mübarək Ramazan ayı aprelin 25-i başlayacaq.

Fasiləli oruc (Intermittent Fasting) nədir?

Oruc koronavirusdan qoruyur, yaxud risk yaradır? - 17 ilin ARAŞDIRMASI GÜNDƏMƏ GƏLDİ- VİDEOFasiləli oruc (Intermittent Fasting) saatlarla ac qalmağı nəzərdə tutan pəhriz növüdür.

Onun 12-12, 16-8, 24-24 kimi fərqli yemə periodları vardır:

- 12-12 periodunu seçsəniz, gündə yalnız 2 dəfə qidalanırsınız və bu iki dəfənin arasında 12 saat fasilə olmalıdır. Bu paylar arasında istədiyiniz kimi çay, qəhvə və ya digər kalorisiz içkiləri içə bilərsiniz.

- 16-8 periodunda isə 2 payınızın arasında 8 saat fərq olur və 16 saat heç bir şey qəbul etmirsiz. Bu, müsəlmanların orucuna daha yaxın növdür.

- 24-24 sistemini tətbiq etdikdə, həftədə yalnız bir gün 24 saat yemək yeməmək lazımdır. Ya da həftənin 5 günü normal rejiminizdə yemək yeyib, 2 gün isə gündəlik kalorinin yalnız 20-25 faizini sərf edərək bu qidalanma stilini tətbiq edə bilərsiz.

Əslində bu qidalanma tərzi illərdir Hollivud ulduzlarının da zaman-zaman tətbiq etdiyi pəhrizlərdəndir.

Bu cür qidalanma zamanı yeməyin miqdarında heç bir məhdudiyyət qoyulmur. Sadəcə olaraq şəkərli, əlüstü qidalardan uzaq durulmalıdır. Uzun müddət ac qalmağı tələb edən bu qidalanma tərzi şəkər və təzyiq xəstələri üçün tövsiyə edilmir.

Həqiqətdə, insan orqanizmi oruc tutmağa uyğunlaşıb. Keçmiş dövrlərdə insanlar qidanı elə də asanlıqla tapa bilmirdilər və uzun müddət ac qalmalı olurdular.

Aparılan araşdırmalara görə fasiləli oruc çəkinin azalmasına kömək edir, nizamlı tətbiq olunduqda isə sağlamlığa da müsbət təsir göstərir: xərçəng riskini azaldır, təzyiqi normallaşdırır, 2-ci tip diabetin qarşısını alır və ürək xəstəliklərindən qoruyur.

Məsələ burasındadır ki, yediyimiz yeməklər orqanizmə daxil olduqdan bir müddət sonra həzm edilməyə başlayır. Qidaların sovurulması isə kalorisindən asılı olaraq 3-4 saat ərzində yekunlaşır. Sonra isə bədənimiz enerji istehsal etmək üçün toplanmış yağları yandırmağa başlayır. Çəkinin azalması prosesi də bu səbəbdən baş verir.

Lakin standart pəhrizlərdə arada "atışdırılan" yeməklər arıqlamağınıza mane olur. Çünki orqanizm toplanmış yağı yandırmaq əvəzinə, ara paylardan qəbul etdiyi qidanı yandırmağa başlayır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5652   Tarix: 08 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdard

24 aprel
.

Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ

Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev -ə bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarını

24 aprel
.

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərin 2023-c

24 aprel
.

Nazirdən Nəzrinlə Mərdana hədiyyə

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb. Bununla bağlı Mərdan paylaşım edib. "Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik", - deyə, Kazımov bildirib. OLAY-ın əldə etdiyi məlumat

23 aprel
.

Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Babaşov, Saleh Salahov, Elşad Quliyev və Elxan Mahmudov saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətini

24 aprel
.

Hadrutdan ürəkaçan görüntülər - Video

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-də yayımlanıb. Bildirilib ki, burada tikilən hər bir bina xüsusi memarlıq üslubuna görə seçiləcək. Artıq tikililərin layihələndirmə işləri yekunlaşıb. Daha ətraflı süjetdə

24 aprel
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23 aprel
.

Final" çayın dəstəyi ilə tanınmış aparıcı Çində

"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy

24 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel