"İnsanda ani boğulma, hərarət, titrəmə olarsa, o zaman..." - Psixoloq

"İnsanda ani boğulma, hərarət, titrəmə olarsa, o zaman..." - Psixoloqİnsanlar koronavirusla bağlı çox narahat olurlar və bu da panik tutmaların yaranmasına gətirib çıxarır. Evdə qalan insanların psixoloji baxımdan təmkinli olmaları vacibdir.

Sonxeber.az xəbər verir ki, bu sözləri oxu.az-a psixoloq Aytən Ələkbərova sosial şəbəkələrdə insanların neqativ paylaşımlarına münasibət bildirərkən deyib.

O qeyd edib ki, insanlar bunu bir məzuniyyət, istirahət kimi düşünməli və karantin qaydalarına riayət etməlidirlər:

"Bəzi insanlar aktiv həyat tərzi keçirdiyi üçün bir anlıq onlara "evdə qal" şüarı boğucu gəlir. Amma bu, ölkədə yayılan koronavirus pandemiyasının qarşısını almaq üçün təhlükəsizlik məqsədilə təyin edilən karantin qaydasıdır. Buna mütləq şəkildə riayət etmək lazımdır. Evdə kitab oxumaq, ailə ilə birlikdə film izləməklə zaman keçirmək gözəldir. Bu, əslində ailə münasibətlərində problem yaşayan insanlar üçün əlverişli fürsətdir.

Təəssüf ki, bu vəziyyət yaz-yay aylarına təsadüf etdiyindən bəzi insanlarda mövsümi panik tutmalar yaranır. İnsanlar koronavirusla bağlı özlərini bir çox hallarda səbəbsiz yerə qorxudurlar. Psixoloji cəhətdən insanlar özlərini təmkinli aparmalıdır. Çünki stress, gərginlik bir çox xəstəliklərin yaranmasına gətirib çıxara bilər".

Psixoloq qeyd edir ki, boğulma, baş ağrısı və halsızlıq koronavirusun əlamətləri deyil:

"Dünən 12 nəfər xroniki konyunktivit əlaməti ilə müraciət edib. Özlərini qorxudurlar ki, koronavirusa yoluxublar. Əslində, belə deyil. Bilmək lazımdır ki, insan təşvişə düşəndə həyəcanlanır. Həyəcan səbəbindən bədəndə titrəmə olur. Ani olaraq hərarət gəlir, sanki ürək sıxılır, nəfəs almaq çətin olur. Panik tutma bir anda başlayır və 12-30 dəqiqə ərzində davam edir. İnsan düşünür ki, ürəyi boğazında döyünür, soyuq tərləmə olur, tez özlərini evdən çölə atmaq istəyirlər. Bu bir qədər çətinlik yarada bilir.

Bu zaman həmin insana 30 dəqiqə ərzində toxunmaq lazım deyil. Bu, sadəcə psixoloji gərginlik səbəbindən insanın özündə yaratdığı yalançı simptomlardır. Bir müddət sonra həmin şəxslərə izah olunmalıdır ki, bu, sadəcə psixolojidir. Heç bir xəstəlik yoxdur.

Mən psixoloq kimi tək yaşayan insanlara yaş qrupundan asılı olmayaraq, sosial şəbəkə vasitəsilə konsultasiyalar keçirəm. Canlı yayımlara yüzlərlə belə suallar gəlir. İnsanları sakitləşdirməyə çalışıram. İzah edirəm ki, evdə qalmaq infeksiyadan qorunmaq üçün ən vacib və effektiv çıxış yoludur. Onları da başa düşmək, dəstək olmaq lazımdır".

A.Ələkbərova psixoloji vəziyyəti zəif olan insanların bu halda intihara belə cəhd edəcəyini də diqqətə çatdırıb:

"ABŞ-da bir cütlük koronavirus şübhəsi ilə əlaqədar testdən keçib. Cütlüyün psixoloji vəziyyəti zəif olduğu üçün cavablar çıxana qədər stresdən onlar özlərini yüksək mərtəbəli binadan ataraq intihar ediblər. Cavablar çıxanda isə onlarda heç bir xəstəliyin olmadığı bəlli olub. Hər kəs başa düşməlidir ki, təlaş, stress insanın sağlam düşünməsinə mane olur. Ona görə də insanlar sinir sistemlərini qorumalıdırlar.

Ötən gün xəstələrimdən biri mənə zəng edərək, artıq dözə bilmədiyini və intihar həddinə çatdığını dedi. Onu sakitləşdirməyə çalışdım. Çətinliklə olsa da, onun hər hansı çılğınlıq etməsinin qarşısını ala bildim. İnsanlar başa düşməlidir ki, bu xəstəlik tək Azərbaycanda deyil, bütün dünyada var. Epidemiyanın yayıldığı ölkələrdə karantin qaydaları tətbiq edilir. Bu xəstəliyin ölüm halı 2-3 faizdir. Sadəcə, gigiyenik normalara riayət edərək, ona qalib gəlmək olar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4058   Tarix: 08 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə

15 sentyabr 2021
.

Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib

12 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları

9 sentyabr 2021
.

Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...

Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür?. Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur. Ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizl

11 sentyabr 2021
.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021
.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? - AÇIQLAMA

Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur. Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzin

11 sentyabr 2021