Azərbaycanlı alim koronavirusun yoxa çıxacağı dəqiq vaxtı AÇIQLADI- FOTO

Azərbaycanlı alim koronavirusun yoxa çıxacağı dəqiq vaxtı AÇIQLADI- FOTO"Əgər infeksiya kaskad effekti almasa, reinfeksiya olmasa, yəqin ki, yaxın 2 aydan sonra infeksiya haqda keçmiş zamanda danışmaq mümkün olacaq. Spesifik müalicə və profilaktik vasitə (vaksin) yoxdur. Vaksin illüziyasına qapılmayın. Vaksin yaradılıb sənaye istehsalına buraxılına qədər virus canlı aləmi tərk edəcək!".

Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla belə düşünür. O deyir ki, koronavirusun sürətlə yayılmasının qarşısı alınarsa, 2 ay müddətində təmamən yoxa çıxa bilər.

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Transplantologiya kafedrasının professoru vaksin olmadığından virusdan qorunmaq yolunu ancaq karantin rejiminə ciddi əməl etmədə və şəxsi gigiyanaya riayət etməkdə görür:

"Dünya təcrübəsi göstərdi ki, sosial izolyasiya və şəxsi gigiyena tədbirlərinə əməl etmək virusun canlı hüceyrələrdə bəslənmə şanslarını itirir. Əlləri isti su altında 30 san tez-tez diqqətlə yumaq, canlı insanla təmaslardan qaçmaq (sosial izolyasiya, antikommunikasiya), maska taxmaq, immun sistemi gücləndirmək, fiziki fəallığı artırmaq əsas görəcəyimiz işlər olmalıdır!

Yoluxma üçün ekspozisiya (təmas) müddəti və buna bağlı virus yüklənməsi də xüsusi önəm kəsb edir. həkimlər arasında ölüm hallarının bir səbəbi də bununla izah olunur. Gizli dövr, orta hesabla 14 gün, son məlumatlara görə, bəzən 28-29 günə qədər tərəddüd edə bilər".
Hər il dünyada qrip infeksiyasından ölənlərin statistikasını nümunə gətirən A.Qeybulla insanları panika və təşvişə düşməməyə çağırır:
"Mənə bir həkim kimi olan çoxsaylı zənglərdən görürəm ki, insanlar panika və təşviş içindədirlər. Kütləvi psixoz durumu yaranıb.
İnsanları təşviş keçirməməyə çağırırıam.

Düzgün təsəvvürlərin yaranması üçün bir statistikanı nəzərinizə çatdırım: hər il dünyada qrip infeksiyası (H1N1) fonunda ölüm halları (ya yanaşı xəstəliklərdən, ya da virusun yaratdığı birbaşa bakterial və septik ağırlaşmalardan) COVID-19-dan dəfələrlə çox olur. Koronovirusların diğər təhlükəli növləri sayılan SARS və MERS COVID-19-dan daha ağır gedişə malik olub yüksək ölüm faizinə malikdir: uyğun olaraq 11% (SARS) və 35-50% (MERS).

İnfeksiyadan dünyasını dəyişənlərin təhlili göstərir ki, əksər hallarda infeksiya yaşlı və yanaşı ağır xəstəlikləri (co-morbid vəziyyət) olanlar arasında bir provakasiya rolunu oynayıb. Onsuz da dünyada hər il insanlar bu patologiyaların ağırlaşmasından dünyasını dəyişirlər.

İnfeksiya ətrafında yaranmış ajiotaj infeksiyanın mahiyyətinə qəti adekvat deyil. Şayiə xarakterli informasiyalara inanmayın! Qətiyyən qorxmayın və əndişə keçirməyin! Unutmayın ki, qorxu da immuniteti aşağı salır. Qorxu heç nəyi həll etmir! Əksinə laqeyd də qalmaq olmaz! Ehtiyatlı və diqqətli olmaq isə şərtdir".

O, deyir ki, koronavirusa yoluxanların əksəriyyəti xəstəliyi yüngül keçirir:

"COVID-19 hər 4 adamdan 1-də tam asimptomatik (subklinik formada) keçir. Xəstəlik yüngül gedişli soyuqdəymə əlamətləri ilə, həyati təhlükəsiz bakterial və ya virus pnevmoniyası ilə, kəskin respirator distres sindromu ilə, ağ ciyər çatmazlığına gətirən ağır atipik pnevmoniya ilə və bu fonda yaranmış septiki şok və poliorqan çatmazlığı ilə müxtəlif gedişlərlə müşahidə oluna bilər".

Adil Qeybulla COVID-19 pandemiyasının dünya düzənini, siyasi və iqsidai coğrafiyanı dəyişməyə doğru hədəfləndiyini düşünür:

"Bunun arxasında həm də ciddi maraqların dayandığı göz önündədir… Bu məsələlər bizim iradəmiz xaricindədir, təəssüf ki… Allah millətimizi qorusun!"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 9965   Tarix: 09 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021