Türkiyədə yaşayan azərbaycanlı professorun ÖZƏL ŞƏRHİ: "Mayın 20-dən sonra xəstəlik ciddi şəkildə azalacaq"/ VİDEO

Türkiyədə yaşayan azərbaycanlı professorun ÖZƏL ŞƏRHİ: "Mayın 20-dən sonra xəstəlik ciddi şəkildə azalacaq"/ VİDEOKoronavirus epidemiyası hər ötən gün can almaqda davam edir. Elm adamları xsətəliyin qarşısını almaqda fərqli dərmanlar sınaqdan keçirsələr də, dünya əhalisi sağlamlığını itirməkdə davam edir.

Bununla bağlı Sonxeber. az-a Türkiyənin Yıldız Teknik Universiteti, Biomühəndislik kafedrasının azərbaycanlı müəllimi, professor Adil Allahverdiyev danışıb. Professor Türkiyədəki hazırki vəziyyəti şərh edib:

"Bu gün dünyada 1 milyon 500 mindən çox insan koronavirusa yoluxub və 80 mindən çox insan bu xəstəlik səbəbilə vəfat edib. Türkiyənin Səhiyyə nazirliyinin aprel ayını 8-də verdiyi məlumata görə bir gün ərzində Türkiyədə 3 min 892 xəstə qeydə alınıb. Həmin gün ölən xəstə sayı 76 olub, indiyədək ölənlərin sayı isə 725 olub. Virusdan sağalan xəstələrin sayı 800-ə yaxın olubdur. Düşünürəm ki, Türkiyədə xəstə sayının yüksək olmasına səbəb hər keçən gün test sayının artırılmasıdır. Testlərin edilməsi gizli koronaviruslu xəstələrin ortaya çıxmasına imkan verir. Son günlərdə xəstəlik yüksələn xəttlə artmaqda və pik həddə ola bilər ki, çatmaqdadır. Mayın təxminən 20- dən sonra azalacağı ehtimal edilir".

Adil Allahverdiyev mövcud vəziyyətlə əlaqədar artıq Türkiyədə bəzi müsbət nəticələrin əldə olunduğunu da bildirib:

"Son vaxtlar koronavirusdan ölənlərin sayı azalıb. Bu iki səbəblə izah edilir. Birincis,i xəstələrə erkən diaqnozun qoyulması, ikincisi müalicədə bəzi tədbirlərin həyata keçirilməsidir".

Professor Azərbaycandakı koronavirusa görə tətbiq edilən xüsusi karantin rejimindən də söz açıb. O Türkiyə ilə müqayisə apararaq ölkəmizdə keçirilən testlərin də yüksək faiz təşkil etdiyini bildirib. Azərbaycan koronavirus testlərinin keçirilməsinə görə dünyada sayca 30- cu yeri, MDB dövlətləri arasında isə 1-ci yeri tutur:

"Azərbaycanda da burdakı kimi xəstəliyə erkən diaqnozunun qoyulması və antiviral dərmanlarla müalicənin davam etdirilməsini eşitdim. Bu son dərəcə əhəmiyyətlidir. Azərbaycandakı koronaviruslu xəstələrin sayını Türkiyə ilə müqayisə edikdə rəqəmlərin az olduğunu deyə bilərik. Azərbycanda diqqət çəkən bir məsələ vardır. Bu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən qərarların çox zamanında həyata keçirilməsidir. İkinci bir tərəfdən dünyada ölkələrin yaşadıqlarını qeydə alıb, öz işlərində bunu həyata keçirmələridir. Azərbaycandakı karantin rejiminin Türkiyədəki krantin rejimindən fərqi bütün yaş qruplarını əhatə etməsidir. Bu son dərəcə önəmlidir. Azərbaycanda aprelin 8 -də 105 koronaviruslu xəstə qeydə alınıb. Bu o demək deyil ki, aprelin 1- də verilən xüsusi karantin rejimi işə yaramayıb. Çünki qərar ayın 1- də verilib, qərardan cəmi bir həftə keçib. Əgər xəstəliyin inkubasiyan müddəti 14 gün, hətta 16-17 gün olursa, o zaman bu vaxtadək çıxan xəstələr qərar verilməzdən əvvəlki dövrə aid olan xəstələr ola bilər. Xüsusi karantin rejiminin nəticələrini təqribən iki həftə, ayın 20-dən sonra görməliyik. Bu dövrdə insanlar əgər karantin rejimini yerinə yetirərlərsə, inanıram ki, xəstəliyin sayında kəskin azalma görəcəyik".

Professor qeyd edib ki,insanlar zamanında müraciət etməsələr, xəstəliyə gecikmiş olsalar, həmin xəstələrə antiviral maddələrlə müalicənin heç bir faydası olmayacaq. Adil Allahverdiyev belə insanların xaricdən hava verilməsindən, yəni tənəffüs aparatından asılı qalacaqlarını vurğulayıb. Azərbaycanda isə karantin rejiminə əmək edildiyi təqdirdə, xəstəliyin may ayının 18- 20 dən sonra azalacağını qeyd edib:

"Əgər karantin rejiminə əməl etmiş olsanız, mütləq mayın 18-20-dən sonra xəstəliyin ciddi şəkildə azalmasını görmüş olacaqsınız. Ona görə hər birinizdən xahiş edirəm ki, mütləq deyilənləri yerinə yetirin. Evinizdə qalın, sosial məsafəni qoruyun, təmasdan uzaq olun. O zaman siz bu itkidən özünüzü qurtarmış olacaqsınız. Bir məqamı qeyd edim ki, xəstəliyin müalicəsində effektiv üsul tam olaraq yoxdur. Bunu ABŞ dövləti taparsa, ilk öncə özünün çarəsinə baxacaqdır. Tək bir yol sizin öz əlinizdədir".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6984   Tarix: 09 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021