"Koronavirus geridə qaldı" – Bu ölkələr karantin rejimini yumşaldır

"Koronavirus geridə qaldı" – Bu ölkələr karantin rejimini yumşaldırMartin 29-da Çin koronavirusun ölkəsində yayılmasının qarşısın aldığını elan edən ilk ölkə oldu.

Sonxeber.az Modern.az-a istinadən xəbər verir ki, aprelin 8-də virusun ilk yayılma ocağı olan Uxan şəhərindən sakinlərin çıxışına icazə verilib. Həmin gün 65 min sakin şəhəri tərk edib. Karantin ləğv olunsa da, şəhər sakinlərinin maskada gəzməsi mütləqdir və mərkəzi küçələrdə onların temperaturu tez-tez ölçülür. Ümumilikdə, Çinin əksər müəssisələri və insanlar normal həyata geri dönüblər.

Bu fonda pandemiyanın mərkəzinə çevrilən ABŞ və Avropa da yaxın həftələrdə tətbiq etdikləri sərt karantin rejimini yumşaltmağı planlaşdırır. Belə ki, Fransa, İspaniya, Belçika, Finlandiya və s. ölkələrdə karantin məhdudiyyətlərinin azaldılması üçün ekspert şuraları yaradılıb. Digər tərəfdən, virusun pik həddə nə zaman çatacağı və onun ikinci dalğasının başlanmasından qorxu da hiss olunur.

İspaniya baş naziri Pedro Sançes karantinin aprelin 26-na qədər uzadılacağını elan etsə də, Paxsa bayramından sonra tikinti və bəzi istehsal sahələrinə qoyulan qadağaların aradan götürüləcəyini söyləyib.

"Ölkəmiz yoluxmanın pik həddinə çatıb və aprelin 26-dan sonra karantin rejimi sadələşdiriləcək".

Danimarka baş naziri Mette Fridreksen də Pasxa bayramından sonra əgər yoluxma halları stabil qalarsa, karantinin yumşaldılacağını elan edib. O, aprelin 15-dən bağça və ibtidai məktəblərin, mayın 10-dan isə məktəb və universitetlərin fəaliyyətə başlayacağını əlavə edib.

"Amma bar, gecə klubları, ticarət mərkəzləri və massaj salonları qapalı qalacaq. Məhdudiyyətli rejimdə bir neçə ay işləməli olmağa öyrənməliyik".

İtaliya baş naziri Cüzeppe Konte isə bu tədbirlərə başlamaq üçün aprelin sonlarını gözlədiyin əlavə edib.

"Bizə işini bərpa etməsi tələb olunan sektorlar lazımdır. Həmin sektorları aprelin sonuna qədər yenidən işə başlaya bilər".

O, yoluxma və ölüm hallarının azaldığını və məhdudiyyətlərin tədricən aradan qaldırılmalı olduğunu söyləyib.

Almaniya hökuməti isə aprelin 6-dan Şengen zonası çərçivəsində sərhədlərin açılmasını Avropa Birliyinin digər üzvləri ilə müzakirəyə çıxarıb. Amma kanslerin ofis rəhbəri Helge Braun ölkədə virusun pik səviyyəyə hələ çatmadığını xatırladıb. Kansler Angela Merkel isə karantin rejiminin aprelin 19-dan yumşalacağını elan edib.

"Hökumət karantin tədbirlərinin hansı metodlarla yumşalacağını müzakirə edir. Yoluxma hallarını maksimum azaltmalıyıq ki, səhiyyə sisteminə yük düşməsin. Amma normal həyata dönmək dərhal olmayacaq".

Avstriya kansleri Sebastian Kurts isə aprelin 14-dən başlayaraq karantin tədbirlərinin yumşalacağını eılan edib.

"Virusun yayılmasının qarşısını almaq üçün sahəsi 400 kvadrat metrə qədər olan obyektlərin işləməsinə icazə veriləcək. Həmçinin, ixtisaslaşmış tikinti və ev əşyaları satan ticarət müəssisələrinə də icazə veriləcək".

Situasiyadan asılı olaraq bütün mağaza, ticarət mərkəzləri və bərbərxanalar mayın 1-dən açılacaq. Buna baxmayaraq, məktəblər mayın ortaları, kütləvi tədbirlər isə iyunun sonlarına qədər qadağa altında olacaq.

Çexiya isə aprelin 9-dan məhdudiyyətləri aradan qaldıracaq. Təmas tələb etməyə qolf və tennis kimi idman növləri ilə məşğul olmaq üçün icazə veriləcək. Paralel olaraq, bir sıra dükanların da fəaliyyətinə icazə veriləcək.

Norveçdə isə aprelin 20-dən uşaq bağçalarının, aprelin 27-dən isə məktəblərin açılması gözlənilir. Biznes şirkətləri, massaj və gözəllik saloonları, universitetlər də aprelin 27-dən qapılarını aça bilər. Ylaınz kütləvi rədbirlər, festivallar və konsertlər iyunun 15-nə qədər qadağa altında qalacaq.

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Krtistian Lidmayer isə karantin tədbirlərinin vaxtından tez yumşaıldılmasını səhv hesab edir.

"Bu xəsət adamın yataqdan tez qalxmasına oxşayır. Tam sağalmadan işə başlasansız, daha ağır simptomlarla yenidən yatağa düşəcəksiniz".

Təşkilatın Avropa üzrə nümayəndəsi Hans Kluge isə "qoca qitə"nin karantini yaxın günlərdə yumşaltmaq niyyətini tənqid edib. O, əksinə karantini daha da sərtləşdirməyi məntiqli sayır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 3202   Tarix: 10 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Məni ləyaqətsiz şəkildə öldürəcəklər" - "Taliban"ın axtardığı qadın - Video

"Taliban" hərəkatı Əfqanıstanda nəzarəti ələ keçirməzdən əvvəl fəallığı ilə məşhur olan, qadın hüquqları müdafiəsi üzrə fəal Taranom Seyidi gələcəyi ilə bağlı çox narahatdır. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda "Taliban" rejimindən gizlənən Taranom Seyidi "CNN"

16 sentyabr 2021
.

Görün velosipedi necə sürdü - ŞOK SÜRƏT - VİDEO

Tayvanlı gənc yeni rekorda imza atıb. -a istinadən məlumat verir ki, o, velosipedə təyyarə mühərriki yerləşdirərək avtomobil sürəti ilə hərəkət etməyə nail olub. Bu işdə ona bir professor kömək edib. Nəticə uğurlu olsa da, sürəti 133 km/saat olan velosiped cəmi 30 saniyə hərəkət edib. Yanacaq çənini

17 sentyabr 2021
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16 sentyabr 2021
.

Qəbirdən çıxanı gördü, videonu titrəyərək çəkdi - VİDEO

ABŞ sakini tərəfindən çəkilən qorxunc kadrlar hər kəsi heyrətə salıb. -a istinadən xəbər verir ki, qəbiristanlıqdan çıxan saçları çəkən Coel Morrison saçların niyə çıxdığına təəccüblənib və səlahiyyətlilərdən məsələyə baxılmasını istəyib. Qəbirstanlıqda yaxınını ziyarət edən Morrison qəbirdən çıxan saçların

17 sentyabr 2021
.

72 yaşlı həyat yoldaşından hamilə qalan yaşlı qadın: Bu, möcüzədir, sürprizdir - FOTO

ABŞ-da 62 yaşlı qadın 72 yaşlı ərindən hamilə qalıb. İki uşaq anası olan Cenni adlı bloqqer qadın öz hekayəsini sosial şəbəkələrdə paylaşıb. Qadın qeyd edib ki, son 16 il ərzində menstruasiya dövrünü keçirməsə də hamilə qalmasını möcüzə və sürpriz kimi dəyərləndirir. Lakin bloqqer onun bu yaşda hamil

16 sentyabr 2021
.

Bill Qeyts: "Dünya yeni pandemiyaya hazır deyil"

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts dünyanın yeni pandemiyaya hazır olmadığını bəyan edib. Multimilyarderin fikrincə, bu hal həyəcan doğurur. Qeytsin qənaətinə görə, hazırlığın başlıca meyarı 100 gün ərzində bütün dünyanı vaksinlə təmin edəcək istehsal müəssisələrinin yaradılmasıdır

15 sentyabr 2021
.

Lukaşenko Düşənbəyə iti ilə səfər etdi

Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru

17 sentyabr 2021
.

"Taliban" Qadınların İşləri üzrə Nazirliyi "əxlaq polisi"nə çevirdi

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı daha bir nazirliyi ləğv edib. Yayılan xəbərlərə görə, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə "Xeyirli olanın əmri və zərərli olanın qadağası" adlı yeni idarə yaradılıb

18 sentyabr 2021
.

Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib

Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy

16 sentyabr 2021