Maliyyə Sabitliyi Şurasının iclasının keçirilməsi planlaşdırılır

Maliyyə Sabitliyi Şurasının iclasının keçirilməsi planlaşdırılır"Qarşıdakı dövrdə biz makroiqtisadi və maliyyə sabitliyini qorumalıyıq, pandemiyadan, bu məhdudlaşmadan əziyyət çəkən əhaliyə və biznes-iqtisadiyyata dəstək verməliyik. Üçüncü, olduqca önəmli məsələ bütövlükdə bu situasiya qurtarandan sonra əhalimizi və iqtisadiyyatımızı normal həyata qaytarmaqdır. Biz bunun üçün lazımi tədbirləri indidən görməliyik".

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirib.

"Burada artıq biz mümkün hadisələri, mümkün inkişaf ssenarilərini düşünməliyik, proqnozlaşdırmalıyıq. Hər bir ssenariyə hazır olmalıyıq. Yəni, Siz dediyiniz kimi, indi ən mühüm məsələ qeyri-müəyyənlikdir. Heç kim bilmir bu hadisələr nə qədər davam edəcək, bunun təsiri nə olacaq. Beynəlxalq təşkilatlarda ciddi bədbin proqnozlar var və bu proqnozlara, yəni biz hər şeyə hazır olmalıyıq və buna uyğun öz resurslarımızla manevr edərək siyasət reaksiyaları yaratmalıyıq.

Biz milli valyutamızın məzənnəsinin qorunması istiqamətində işlərimizi davam etdirəcəyik. OPEC+ danışıqlarının uğurla nəticələnməsi hesab edirəm ki, həm bizim ticarət və tədiyə balansımız üçün və bütövlükdə ilin sonuna valyuta ehtiyatlarımızın proqnozlaşdırılması üçün yaxşı xəbərdir. Lakin bilirsiniz ki, dünyada iqtisadi tələbatın aşağı düşməsi, bütövlükdə iqtisadiyyatda olan tələbat imkan vermir ki, neftin qiyməti kəskin qalxsın. Amma düşünürük ki, biz ilin sonuna qədər valyuta bazarında sabitlik yarada biləcəyik.

Maliyyə sabitliyi diqqətimizdədir və bu, daimi monitorinqdədir. AMB situasiyanı izləyir və burada qarşıya çıxan problemləri təbii ki, biz Maliyyə Sabitliyi Şurasında müzakirəyə çıxaracağıq. Bütövlükdə pandemiyadan əziyyət çəkmiş sahələrə AMB-nin müntəzəm yumşaltma tədbirləri, yəni hökumətin atdığı addımlarla sıx əlaqədə tətillərin verilməsi məsələlərinə baxılıb. Bu günlərdə Maliyyə Sabitliyi Şurasının iclasının keçirilməsini planlaşdırırıq. Biz bu təklifləri, o cümlədən də valyuta tənzimlənməsi sahəsində atacağımız addımları Maliyyə Sabitliyi Şurasının müzakirəsinə çıxarandan sonra Sizə məruzə olunacaq və ondan sonra lazımi addımlar atılacaq" - deyə o, qeyd edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3308   Tarix: 14 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO

Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad

3 sentyabr 2021
.

Toylar necə keçiriləcək? - AÇIQLAMA

Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl

26 may 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021