"Azərbaycanda kredit portfelinin 70-80%-ni depozitlər təşkil edir"-RƏY

"Azərbaycanda kredit portfelinin 70-80%-ni depozitlər təşkil edir"-RƏYAzərbaycan Prezidenti İlham Əliyevin və hökumət üzvlərinin iştirakı ilə keçirilən videokonfransda çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dərəcəsi ilə bağlı dilemmalar haqqında danışıb. Əhalinin banklardakı əmanətlərini qorumaq üçün faiz dərəcələrini artırmaq lazımdır, iqtisadiyyatdakı ümumi vəziyyət isə onların azaldılmasını tələb edir. Bu məsələ bugünlərdə Maliyyə Sabitliyi Şurasının iclasında müzakirə ediləcək.

Mövcud vəziyyəti nəzərə alaraq ölkə iqtisadiyyatı üçün nəyin məqbul olması barədə Sonxeber.az-a iqtisadçı-ekspert Akif Nəsirli açıqlama verib. O, bildirib ki, konkret faiz dərəcələrinin artırılıb və ya azaldılması ilə əlaqədar hər iki qurumun ümumi narahatlıqlarını başa düşmək olar.

Amma məsələ burasındadır ki, Azərbaycanda bu faiz dərəcələri alətinin əhatə dairəsi çox azdır. Yəni ölkənin maliyə sferasına o qədər də güclü təsir eləmir. Başqa sözlə desək bu faiz dərəcəsi əsasən ölkədəki kredit portfelinə təsir etməlidir. Bütün dünyada faiz dərəcəsi kredit portfelinin əsas alətlərindən biridir. Biraz ümumi danışsaq bu faiz dərəcəsi ölkədə kreditə verilən pulun ilkin faiz dərəcəsidir. Yəni, bu ilkin faiz dərəcəsi o vaxt işlək formada olur ki, ölkənin Mərkəzi Bankı, dövlətin özü kommersiya banklarının əsas donoru olur. Daha doğrusu, kommersiya banklarının verdiyi kreditin əsas hissəsini hökumət öz üzərinə götürür, yəni Milli Bank kommersiya banklarına pul satır. Pul verir ki, onlar da kommersiya dərəcələrindən əhaliyə, biznesə, sahibkara kredit versin. Belə olan halda, ölkədəki ilkin faiz dərəcəsi işlək vəziyyətdə olur. Amma çox təəəssüflər olsun ki, Azərbaycanda kredit portfelinin 70-80%-ni depozitlər təşkil edir.

Yəni əhalinin banklara qoyduğu əmanətlərdir. Biz faiz dərəcələrini 5 faiz və ya 15 faiz də etsək də o kredit portfelinə təsir edən əsas amil vətəndaşların banklara qoyduğu depozitdir. Bank depoziti 10 faizdən qəbul edirsə, Mərkəzi Bankda faiz dərəcəsi heç bir şeyə təsiri olmur. Artıq ilkin faiz dərəcəsi 10 faizdir. Çünki bank vətəndaşdan əmanəti qəbul edib 10 faizdən. Burada həm Mərkəzi Bankın xidmət haqqı, həm bankın özünün xidmət haqqı var. Bunları da əlavə edib həmin alınan əmanətin üzərinə öz mənfəətini əlavə etməklə alınan faiz dərəcəsindən vətəndaşımıza və yaxud sahibkara, biznesə kredit verir. Bu gün Azərbaycanda Mərkəzi Bankın dərəcələri maliyə sferası üçün dördtəkərli maşının beşinci təkərinə bənzəyir.

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1489   Tarix: 15 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO

Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl

26 iyul 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021