"Bütün dünya üzrə neft bazarında hazırda böhrandır"-RƏY

"Bütün dünya üzrə neft bazarında hazırda böhrandır"-RƏYÖtən gün dünya neft bazarındakı qəfil çalxalanma və ABŞ neftinin kəskin ucuzlaşması dünyada böyük təsir yaratdı. Qlobal neft bazarı üçün bu cür çalxalanmalar nadir hadisə olmasa da, baş verənlərin səbəbi maraq doğurur.

Martın əvvəlində OPEC+ ölkələri arasında razılaşmanın əldə olunmaması nəticəsində neft kəskin ucuzlaşdı və bu prosesdə daha çox Rusiyanın zərər gördüyü və bunun Rusiyanı zəiflətməyə yönəlmiş bri plan olması ilə bağlı rəylər meydana çıxdı.

Ötən günkü hadisə isə ABŞ-ın ciddi zərər görməsi ilə müşayiət olundu. Bu isə fərqli yozumlara səbəb oldu.

Neft birjalarındakı son vəziyyət və bu hadisələrin gerçək səbəbləri nələrdir?

Məsələ ilə bağlı iqtisadçı-ekspert İlham Şabanlı Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, bu yalnız ABŞ bazarı üçün xarakterik olmadı. Dünən Avropada London birjasında brend markalı neft 28 faiz dəyərini itirdi. Ondan əvvəl 27 dollara yaxın bir həddə ticarət edilirdisə, dünən ilk dəfə 18 dolardan aşağı, daha dəqiq desək 17 dollar 95 sentə satıldı. Yəni, bütün dünya üzrə neft bazarında hazırda böhrandır. Bu böhranın bir neçə səbəbi var ki, bu da neftin bazara təklifinin tələbdən çox olmasıdır. Buna görə də neft kəskin ucuzlaşır və dəyərini itirir. Bunun hər hansı bir ölkəyə qarşı istiqamətləndirilməsi, ölkələr arasındakı müharibələrə və bu kimi faktorlara bağlanması doğru deyil. Təbii ki, əgər söhbət qlobal bazardan gedirsə.
Müharibələrdə rəqib var və bütün həmlələr ona qarşıdır, o isə sənin həmlələrini dəff edir. Bu gün biz o vəziyyəri bazarda görmürük".

İqtisadçı-ekspert qeyd edib ki, dünyda hasilata görə üç qlobal oyunçu var:

"Bunlar ABŞ, Rusiya və daha sonra Səudiyyə Ərəbistanıdır. Vəziyyətin qiymətləndirilməsində deyə bilərəm ki, xammal bazarının ümumilikdə çökməsi dövrü çatıb.
"Digər tərəfdən 10 ilin neft bazarının keçdiyi dövrə nəzər salsaq görərik ki, 2010-2012-ci illərdə neftin orta qiyməti 104 dolar, 2015-2019-cu illərdə neftin orta qiyməti 58 dollar olub, 2020-2024-cü illərdə isə neftin qiyməti təbii ki, bundan aşağı olacaq.Ən yaxşı halda neft 50 doların ətrafında və yaxud onun altında ola bilər. Yəni getdikcə biz bunu müşahidə edirik ki, qlobal əmtəə bazarında hansı ki, neft birinci yerdədir və bir ildə 4.5-4.8 milyard ton bundan dünya bazarında ticarət edilib, onun dəyəri getdikcə düşür. İqtisadiyyatı əmtəələrdən asılı olan ölkələr artıq əvvəlki yəni, 5 il, 10 il əvvəlki gəlirləri və bundan sonrakı 5 illikdə əldə etmək imkanında olmayacaqlar. Yəni məsələnin baxışı, fəlsəfəsi bundan ibarətdir".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1533   Tarix: 22 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Keçmiş bank sədri Vyanada vəfat etdi

Keçmiş bank sədri Fərid Əlizadə Vyanada dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, Fərid Əlizadə müalicə aldığı klinikada ürək problemindən vəfat edib. Yaxın günlərdə mərhumun cənazəsinin dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi bildirilib. Qeyd edək ki, F.Əlizadə Rutgers Universitetin

22 aprel
.

Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun aktivləri 48 milyard 909,9 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,5% və 241,3 milyon manat azdır. Bu ilin əvvəlində yerli bankların cəmi aktivləri 49 milyard 151,2 milyon manata bərabər olub. Bu dövrd

20 aprel
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart
.

Azərbaycanda yağ niyə ucuzlaşmır?

Azərbaycana xarici ölkələrdən idxal olunan kərə yağlarının qiyməti ucuzlaşıb. Bəs bu dəyişiklik daxili bazardakı qiymətlərə hansı dərəcədə təsir edə bilər?. Məsələ ilə bağlı "Yeni Sabah"a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, ucuzlaşma gözlənilsə də, bu müşahidə edilmir:. "Xaricdə

22 fevral
.

Azərbaycan neftinin qiyməti 92 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,9 % azalaraq 92,26 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərini

11 aprel
.

Zeytun yağı niyə BAHALAŞIB?

Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,5

8 mart
.

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə xəbər verir. Sərəncamda qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqind

7 mart
.

Bu işçilərə kompensasiya veriləcək

Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilə

17 aprel
.

Xiyarın qiyməti kəskin azaldı

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. İqtisadiyyat.az xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərd

23 aprel