1500 il əvvəl 25 milyon insanı öldürən vəba - Koronavirusla şok bənzərlik

1500 il əvvəl 25 milyon insanı öldürən vəba - Koronavirusla şok bənzərlikİspaniyada aparılan bir araşdırma koronavirus pandemiyasının 1500 il əvvəl Bizans İmperiyasında (Konstantinopol) yayılmış bir vəba ilə bənzərliyini ortaya çıxarıb.

"El Pais" qəzetində yayımlanan məqalədə vəbanın 30 milyona yaxın insanın həyatına son qoyduğu bildirilib.

Bizans İmperatoru I Yustinianın adını daşıyan vəba ilə koronavirusun yayıldığı tarixdə də paralellik var.

Prokopius adlı bizanslı tarixçisinin qeydlərini araşdıran Barselona Universitetinin elm adamı Sales Karbonell vəbanın yayıldığı dövrdə Konstantinopolun karantinə alındığını bildirib.

Karbonell Bizansın paytaxtına giriş-çıxışın bağlanılması haqda danışarkən bunları deyib:

"Xəstə insanlar üçün karantin məcburi idi. Sağlam insanlar da, xəstəlikdən qorunmaq üçün karantində qalmağa üstünlük verirdilər".

Vəbanın 541-ci ildə Misirdə yayıldıqdan bir il sonra Konstantinopola çatdığı və dörd ay ərzində şəhərdə böyük itkilərə səbəb olduğu qeyd edilib.

Tarixçi Prokopius "Müharibələrin tarixi" adlı kitabında yazır:

"Həyəcanlı xəbər Misirdən gəldi. Oradan da sürətli və ölümcül şəkildə yayıldı. Bu vəba dünyanın bir hissəsinə, kişilərin bir qisminə və ya ilin bir zamanına yox, ayrı-seçkilik etmədən bütün insanlara hücum etdi. Xəstəlik sanki kimisə unudacağına görə həyəcanlı idi, dünyanın bütün köşəsinə yayıldı".

Prokopius Konstantinopol (İstanbul) haqda bu fikirlərə diqqət çəkir:

"Bizansda insanları ictimai yerlərdə görmək asan deyildi. Xəstə olmayanlar da evlərinə çəkilmiş, ya xəstələrinə baxır, ya da ölülərinə ağlayırdılar. Küçələrdə hərəkət tamamilə dayanmışdı, insanlar əllərindəki işi buraxmışdılar".

Prokopiusun bəhs etdiyi tarix koronavirus pandemiyasının yayıldığı bu günlərlə paralel gedir.

Tarixçi yazır: "Bir çox insan onlara baxan kimsə olmadığı üçün öldü. Baxıcılar əzab və yorğunluqdan süst düşmüşdülər. İnsanlar onların bu halına xəstələrdən daha çox kədərlənirdilər".

Prokopiusun qeydlərinə görə, vəba təkcə Konstantinopolda 5-10 min insanın həyatına son qoyub. Vəbanın yayılmasının ən yüksək nöqtəsində ölən insanların cənazə mərasimləri təşkil edilmədən kütləvi şəkildə dəfn olunduğunu bildirir.

Bizans İmperatoru I Yustinianın adıyla xatırlanan və özünün də yoluxduğu vəbanın yayıldığı dövr ərzində dünyada ümumilikdə 25 milyon insanın öldüyü ehtimal olunur./Teleqraf


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5173   Tarix: 23 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Anasını və qardaşını öldürən QƏDDAR HÖKMDAR

Roma imperatoru Neron Qay Yuli Sezarın nəslindən olan və Romanı idarə edən sonuncu hökmdar sayılır. 13 il 8 ay hakimiyyətdə olan Neron öz qəddarlığı, kütləvi edamları və ailə üzvlərini öldürmək barədə göstəriş verməsi ilə yadda qalıb. Bundan başqa, onun incəsənətə böyük marağı olub. Neron teatr səhnəsind

6 aprel
.

Gəlin toyda elə geyindi ki... HAMI ŞOK OLDU - VİDEO

Türkiyədə baş tutan toyların birində gəlinin geyimi xeyli müzakirələrə səbəb olub. Gəlin dərin sinə dekolteli libas geyinib. Əlində dəsmalla yallı gedən gəlinin açıq-saçıq paltarı kranla çəkiliş zamanı daha da ortaya çıxıb. Həmin görüntüləri təqdim edirik. ( )

13 aprel
.

Bəşəriyyət 2029-cu ildə sutkadan bir əlavə saniyəni çıxarmalı olacaq

ABŞ-li geofizik Dunkan Eqnyu sübut edib ki, Yerin nüvəsinin fırlanmasının yavaşlaması, Antarktika və Qrenlandiya buzlaqlarının əriməsi səbəbindən 2029-cu ildə bəşəriyyət günün davamlılığını 30 iyun və ya 31 dekabrda bir saniyə artırmaq əvəzinə, qısaltmalı olacaq. "1972-ci ildən bəri UTC (Koordinasiy

7 aprel
.

Boşanmalar artır: Əsas səbəblər nələrdir? - VİDEO

Azərbaycanda bu ilin ilk ayında 1700-dən çox nikah pozulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı ilə müqayisədə qurulan ailələrin sayı azalıb, boşanmaların sayı isə çoxalıb. Bəs bu tendensiyanın əsas səbəbəri nələrdir?. Vəkil-mediator Qasım Şaliyevin sözlərinə görə, işlər

14 aprel
.

"Son qəpiyimi də sənə xərcləmişəm": Valideylərin uşaqlardan imtahan gözləntisi - ARAŞDIRMA

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. Mövzu ilə bağlı "Kaspi" qəzeti məqal

14 aprel
.

85 yaşlı amerikalını görən 65 yaşlı azərbaycanlı ŞOK YAŞADI - VİDEO

Sosial şəbəkədə yayılan video maraq yaradıb. xəbər verir ki, 85 yaşlı amerikalı ilə 65 yaşlı azərbaycanlı kişinin dialoqu gündəm olub. Xarici qonağın yaşını öyrənən kişi qulaqlarına inanmayıb. Sözügedən görüntünü təqdim edirik:

14 aprel
.

12 yaşında uşaqları ofis işçilərinə çevirən "texnologiya": Həkimdən XƏBƏRDARLIQ

"İki yaşında planşet istifadə etməyə başlayan uşaq on iki yaşında bel və boyun disk yırtığı ilə qarşılaşa bilər". Bu barədə türkiyəli fizioterapevt Mehmet Toprak bildirib. Onun sözlərinə görə, sözügedən şikayətlərlə tibb müəssisələrinə müraciət edənlərin sayı günü-gündən artır. Mütəxəssis bildiri

7 aprel
.

Endirimi kassaya qədər olan mağazalar - ARAŞDIRMA + VİDEO

Endirim, yoxsa müştəri cəlb etmək üsulu?. xəbər verir ki, əksər mağazalarda endirim adı altında qoyulan məhsullar elə endirimsiz qiymətinə satılır. Belə hallarla rastlaşan sakinlərin sözlərinə görə, çox vaxt kassada bununla bağlı problem yaşayırlar. Ekspertlər də təsdiqləyir, xüsusilə paytaxt Bakıd

14 aprel
.

"WhatsApp"da yeni funksiya

Məşhur "WhatsApp" mesencerinin istifadəçiləri "Instagram"da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Ekspertlər bildiriblər ki, servis tərtibatçıları "Instagram"la "WhatsApp" uyğunluğunu aktiv şəkildə tətbiq edirlər

13 aprel