Böhran zamanı kiçik biznesə dəstək olan dörd sosial şəbəkə

Böhran zamanı kiçik biznesə dəstək olan dörd sosial şəbəkəMüştərilərin itirilməsi, ənənəvi ticarətin azalması kiçik biznesin resurssuz və vəsaitsiz qalmasına gətirib çıxarıb. Məhz buna görə də bəzi sosial şəbəkələr kiçik biznesə onlayn formada inkişaf etmək üçün köməklik göstərməyə başlayıb.

Beləliklə, aşağıda sosial şəbəkələrin şirkətlərə biznesi rəqəmsal modeldə aparmağa necə kömək etdikləri barədə danışacağıq:

"Facebook"
Böhran zamanı kiçik biznesə dəstək olan dörd sosial şəbəkə"Facebook" korporasiyası işçilərinin sayı 50 nəfərdən çox olmayan şirkətlərə reklam üçün 100 milyon dollar vəsait ayırıb. Bu şirkətlər dünyanın 30 ölkəsində yerləşir.

Məlumata əsasən, "Facebook" bu proqramdan yararlanmaq istəyən şirkətlər tərəfindən artıq 500 mindən artıq elektron məktub alıb.

Bundan əlavə, şirkət kiçik biznes üçün rəqəmsal hədiyyə kartları yaratmağa imkan verəcək əlavə imkanlar, eləcə də hazır mesaj şablonları təqdim edir.

"Instagram"

Böhran zamanı kiçik biznesə dəstək olan dörd sosial şəbəkə"Instagram" kiçik biznesə müştərilərlə əlaqə qurmağa, o cümlədən interaktiv xidmətlərdən və təzə stikerlərdən yararlanmağa imkan verəcək yeni üsullar tətbiq edib.

Stikerləri digər istifadəçilərlə paylaşmaq mümkündür. Bundan savayı, "Instagram" profilində müştərilərə seçdikləri platforma vasitəsilə bilavasitə alış-veriş etməyə imkan verəcək yeni düymələr əlavə etmək olar.

"Pinterest"
Böhran zamanı kiçik biznesə dəstək olan dörd sosial şəbəkəMart ayının sonunda "Pinterest" reteylerlərə öz profillərinin yanında mavi işarə yerləşdirməyə imkan verən "Verified Merchant Program"ını işə salıb. Şirkət, həmçinin birbaşa "Pins"dən alış-veriş üçün yeni yollar təqdim edib.

Bundan savayı, "Pinterest Shop"da kiçik biznesi dəstəkləmək üçün bir sıra məhsullar peyda olub ki, bunlar da şirkətlərə öz biznesini şəbəkədə inkişaf etdirməyə kömək edəcək.

"YouTube"
Böhran zamanı kiçik biznesə dəstək olan dörd sosial şəbəkə"YouTube" kiçik biznesə kömək edəcək yeni aləti də işə salıb ki, bunun da vasitəsilə statik şəkil, mətn və loqotipləri cəld animasiya etmək mümkündür.

Videoreklama ehtiyacı olan kiçik biznez üçün bu, bahalı çəkilişi əvəz edə bilən ucuz alternativ ola bilər.

Oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1609   Tarix: 26 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

6 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR

Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d

8 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"

Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind

8 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14 sentyabr 2021