Allergiyadan necə qorunmalı? - MÜTƏXƏSSİS TÖVSİYƏLƏRİ

Allergiyadan necə qorunmalı? - MÜTƏXƏSSİS TÖVSİYƏLƏRİYaz fəsli mövsümi allergik xəstəliklərin ən çox müşahidə edildiyi dövrdür. Fevralın ortalarından başlayaraq iyul ayının sonlarınadək çiçəklənmə dövrü olduğundan, bu müddətdə allergik xəstəliklərin müşahidə edilməsi çox aktual olur. Bu dövrdə uşaqlarl və böyüklər arasında allergik rinit hallarına, xüsusilə güllərin və alaq otlarının təsirindən yaranan allergik reaksiyalara daha çox rast gəlinir.

Sonxeber.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, ən geniş yayılmış allergik reaksiyalardan biri pollinozdur:

"Buna çox vaxt mövsümi allergik rinit diaqnozu qoyulur. Bu zaman əsas dörd əlamət müşahidə edilir ki, bunlar səhər saatlarında ardıcıl olaraq, 10-15 dəfə asqırma, burunun qaşınması, şəffaf seliyin gəlməsi, burun tutulması, qoxunun zəifləməsi, gözlərdə yaşarma və yorğunluqdur".

Mütəxəssis əlavə edib ki, allergiya genetik olaraq keçir. Əgər hər iki valideyn allergikdirsə, uşaqlarında allergiyaya rast gəlinmə tezliyi 50%-ə bərabərdir:

"Allergik rinit ən çox rast gəlinən allergik xəstəlikdir. Onun rast gəlinmə tezliyi 20%-dir. Hər il bir çox insan allergik rinitlə qarşılaşır. Bəzi insanlarda bu, yüngül, bəzilərində isə çox ağır əlamətlərlə özünü göstərir. Allergiya zamanı qavrama çətinliyi, yuxu pozğunluğu normal həyat keyfiyyətini pozur. Bu xəstəliyə bütün yaşlarda rast gəlinə bilər. Ancaq xəstəlik əsasən, 1-20 yaş arasında başlayır. Belə insanların əksəriyyətinin ailə üzvləri arasında eyni və ya oxşar xəstəliklər olur".

Y.Abdiyeva bildirib ki, mövsümlə əlaqəli allergik rinit ağac, çayır və yabanı ot tozcuqlarına qarşı yaranan rinitdir. Xəstənin şikayətləri bu allergenlərin atmosferdə çox olduğu vaxtlarda özünü göstərir. Xəstəliyin il ərzində davam etmə müddəti coğrafi bölgə və iqlim ilə yaxından əlaqəlidir:

"Tozcuq mövsümü xaricində xəstələr qalan dövr ərzində özlərini rahat hiss edirlər. Yazın əvvələrində ağac, ortalarında çayır, yazın ortasından payıza qədər də yabanı ot tozcuqları onlarda şikayətlərin yaranmasına səbəb olur. İl boyu davam edən allergik rinit isə allergenlərlə təmasın il boyu davam etdiyi və şikayətlərin il ərzində mövcud olduğu allergik rinit növüdür. Buna səbəb olan allergenlər ev tozu (mite), hamam böcəkləri, ev heyvanı allergenləri (pişik, it) və sporlarıdır. Ən vacib allergen ev tozudur. Xəstənin yaşadığı yerdə daim toz allergenlərinə məruz qalması onun şikayətlərinin il boyu davam etməsinə səbəb olur. Ev şəraitində daha çox yayılan digər allergenlər isə ev heyvanları, xüsusilə pişik allergenləridir. Onlar yayıldığı yerdə aylarca qala bilir".

Alim əlavə edib ki, peşəyə bağlı allergik rinit iş yerlərindəki allergenlərə, qıcıqlandırıcı maddələrə bağlıdır:

"Bu halda asqırma, burun axıntısı və burun tıxanıqlığı kimi əlamətlər iş yerlərinə girdikdən sonra yaranır. Xəstələr həftə sonları və istirahət günlərində özlərində bu əlamətləri hiss etmirlər".

Y.Abdiyeva bildirib ki, allergik rinit olan xəstələrin 30-40%-də bronx həssaslığı və allergik astma müşahidə olunur:

"Allergik rinitin müalicəsində əsas məqsəd allergenlərdən qorunmaqdır. Tozcuqlardan qorunmaq üçün tozcuqların çox olduğu vaxtlarda saat 05.00-10.00 arası açıq havaya çıxmamaq lazımdır. Havaya ancaq burunu bağlayan maskalardan istifadə etməklə çıxmaq olar. Saç tozu özündə saxladığı üçün hər axşam saçlar yuyulmalıdır. Uşaqlar evə gəldikləri zaman paltarlarını dəyişməlidirlər. Tozcuq mövsümündə qapı və pəncərələr bağlanmalı, evdə və ofislərdə kondisionerlərin filtri tez-tez dəyişdirilməli, istirahət üçün dəniz kənarı seçilməli, havaya çıxdıqda eynək və şlyapalardan istifadə edilməli, eynəklər hər gün axar su altında yuyulmalı, gündəlik paltarlar yataq otağında dəyişdirilməməlidir. Allergiyadan qorunmağın mümkün olmadığı və ya dərman müalicəsinin fayda vermədiyi hallarda, allergenin az dozadan başlayaraq, artan şəkildə şprislə dəri altına yeridilməsi üsulu ilə peyvənd müalicəsi (immunoterapiya) aparıla billər".

Alim əlavə edib ki, peyvənd həftədə bir dəfə olmaqla, 3-5 il ərzində aparılır. Yaşı 5-dən az olan uşaqlar, immun sistemi, xərçəng xəstəliyi, ağır psixoloji problemləri olanlar, müalicəyə düzgün davam edə bilməyən xəstələr peyvənd aparılması üçün münasib kontingent deyil. İmmunoterapiya mütəxəssis nəzarəti altında aparılmalıdır:

"Fototerapiya (Rhinolight) allergiyanın müalicəsində istifadə olunan ən yeni metoddur. Bir neçə dəqiqəlik seanslarla istifadə olunan işıq müalicəsi ağrısızdır və bir, ya da iki müalicədən sonra öz təsirini göstərir. İşıq müalicəsi aparmaqla həm mövsümi, həm də il boyu allergik şikayətləri davam edən xəstələrdə burunda allergiyaya bağlı yaranan qaşıntı, axıntı, tıxanma, asqırma azalır və ya yox olur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1690   Tarix: 28 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

17 sentyabr 2021
.

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana

17 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021
.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021
.

Koronavirusun simptomları dəyişdi

Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən

14 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Oynaqlarınız ağrıyırsa, bunları yeyin

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz

8 sentyabr 2021
.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021