Dünyanın ən qorxunc MƏKANLARI — FOTOLAR

Dünyanın ən qorxunc MƏKANLARI — FOTOLARTətil üçün hər kəs mənzərəli və daha sakit məkan axtarışında olur. Ancaq dünyanın fərqliliklə dolu onlarla məkanı turistlərin yolunu gözləyir.

Sonxeber.az ''Ölkə.Az''a istinadən xəbər verir ki, falçıların üz tutduğu, macərapərəstlərin görməyə can atdığı məkanları təqdim edirik.

Lome Vodo Bazarı, Togo
Qərbi Afrika ölkəsi Togoda yerləşən bu bazar heyvan sümükləri ilə doludur. Bazarın alıcıları isə timsah, meymun, ilan, keçi sümüyü almağa gələn falçılardır.
Dünyanın ən qorxunc MƏKANLARI — FOTOLARLome Voodoo Pazarı, Togo
Belitz Heilstaten Sanatoriyası, Almaniya
Adolf Hitlerin müalicə aldığı bu Belitz Heilstaten Sanatoriyası öz vahiməli görünüşü ilə diqqət çəkir. Divarları illər ərzində müxtəlif rənglərə boyanan sanatoriyanın içərisi xarabalığı xatırladır.
Dünyanın ən qorxunc MƏKANLARI — FOTOLARBeelitz Heilstätten Sanatoryumu, Almanya
İşgəncə muzeyi, Amsterdam
Daş divarlar, dar kolidorlar, və zəif işıqlandırılmış bu muzey insanların içəri daxil olmağa çəkindiyi məkanlardan biridir. Muzeydə orta əsrlərdə insanlara hansı üsullarla işgəncə edilməsi sərgilənir.
Dünyanın ən qorxunc MƏKANLARI — FOTOLARAmsterdam İşkence Müzesi
Aokigahara meşəsi, Yaponiya
Yaponiyada Fuji dağının ətəyində yerləşən bu meşə bir çox qorxu filmlərinə ev sahibliyi edib. İntihar etmək istəyən insanlar bu meşəyə üz tutur. Dövlət meşənin müəyyən hissəsinə giriş qadağası qoysa da bu intiharların sayını azaltmayıb.
Dünyanın ən qorxunc MƏKANLARI — FOTOLARAokigahara Ormanı, Japonya
Konnektikut cadugərlik muzeyi
Amerikada yerləşən bu muzeydə keçmiş zamanlardan bu günə kimi cadugərliklə məşğul olan insanların istifadə etdikləri güzgülər, kuklalar nümayiş olunur. Annebelle kuklası da məhz bu muzeydə saxlanılır.
Dünyanın ən qorxunc MƏKANLARI — FOTOLARConnecticut Büyücülük Müzesi
Sedlec Kilsəsi
İçəriyə addım atdığınız anda özünüzü qəribə hiss edəcəyiniz bu kilsədə 60 min insan skleti saxlanılır. Tavandan asılmış skletdən hazırlanmış çilçıraq kilsəyə daha da vahiməli görünüş bəxş edir.
Dünyanın ən qorxunc MƏKANLARI — FOTOLAR60 bin insan kemiğinin bulunduğu kilise: Sedlec Kilisesi
Darvaza cəhənnəm çuxuru, Türkmənistan
Türkmənistanda yerləşən bu çuxur cəhənnəm təsvirlərinə çox uyğun olduğu üçün ''Cəhənnəm çuxuru'' adlanır. Qorxunc görüntüyə sahib olan bu çuxur illər əvvəl qaz partlaması nəticəsində əmələ gəlib.
Dünyanın ən qorxunc MƏKANLARI — FOTOLARDarvaza Cehennem Çukuru, Türkmenistan
Oyuncaq kuklalar adası, Meksika
Meksikanın paytaxtı Mexikoda yerləşən oyuncaq kuklalar adası görənlərin marağına səbəb olur. Culian Santana Barrera adlı kişi adanı pis ruhlardan qorumaq üçün qorxunc görünüşlü kuklalarları bu əraziyə yerləşdirib.
Dünyanın ən qorxunc MƏKANLARI — FOTOLAROyuncak bebekler adası, Meksika
Katakomb, Paris
Parisin cənubunda yerləşən Katakomb yüz minlərlə insan skeletinə ev sahibliyi edir. Şəhərdə yerləşən qədim məzarlıq köçürüldükdən sonra skletlər mədənə yerləşdirilib. Hazırda həmin ərazi muzey kimi fəaliyyət göstərir.
Dünyanın ən qorxunc MƏKANLARI — FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3406   Tarix: 06 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq

Bu həftəsonu Lirida adlı "ulduz yağışı" (meteor yağışı) yaz mövsümündə pik həddinə çatacaq. Aprelin 14-dən başlayan Lirida "ulduz yağışı" aprelin 30-dək davam edəcək, lakin bir neçə gecə onu tam şəkildə müşahidə etmək olacaq. Alimlərin fikrincə, Lirida yağışı C/1861 G1 Tetçer kometasında

20 aprel
.

Azərbaycanda hotellərdə xidmət qiymətləri niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda beş ulduzlu hotellərdə xidmət qiymətləri durmadan artır. -ın məlumatına görə, Dövlət Turizm Agentliyinin hesabatına əsasən, bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı beş ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 225 manat təşkil edib. Bu da ötən ili

21 aprel
.

85 yaşlı amerikalını görən 65 yaşlı azərbaycanlı ŞOK YAŞADI - VİDEO

Sosial şəbəkədə yayılan video maraq yaradıb. xəbər verir ki, 85 yaşlı amerikalı ilə 65 yaşlı azərbaycanlı kişinin dialoqu gündəm olub. Xarici qonağın yaşını öyrənən kişi qulaqlarına inanmayıb. Sözügedən görüntünü təqdim edirik:

14 aprel
.

56 milyon insanın ölümünün dəhşətli sirri AÇILDI - Dondurulmuş soyqırım

Antarktidadan gələn buz nümunələrinin tədqiqi alimlərə avropalıların Amerikaya müstəmləkəçilik etməyə gəlməsi ilə bağlı dəhşətli həqiqəti üzə çıxarmağa imkan verib. -ın xarici KİV-ə istinadən xəbərinə görə, alimlərin aşkar etdiyi sübutlar 15-ci əsrdə müstəmləkəçiliyin başlanğıcının 56 milyon insanı

19 aprel
.

Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirilə

20 aprel
.

Natiq Şirinovun qızının müzakirələrə səbəb olan gəlinliyi neçəyə başa gəlib?

Uzun müddət sonra şou-biznesdə günlərlə müzakirə olunan toy baş tutub. Bir neçə gün öncə ailə quran Xalq artisti Natiq Şirinovun qızı Sevilin gəlinliyi sosial şəbəkələrdə geniş müzakirə olunub. Kimisi libası bəyəndiyini yazsa da, kimisi həddən artıq qapalı olduğunu bildirib. Gəlinliyi tərzlərinə uyğu

14 aprel
.

Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO

Bir kiloqramı üç, dörd, hətta beş manata təklif olunur. Xəzər TV-yə istinadən bildirir ki, paytaxt bazarlarında Şəmkir kartofu müxtəlif qiymətlərə təklif olunur. Elə satıcılar var ki, sözügedən kartofu üç manata, bəziləri isə beş manata satışa çıxarırlar. Alıcılar isə kartof alan zaman onun hansı bölgədə

14 aprel
.

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredi

21 aprel
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21 aprel