Azərbaycanın yüngül nefti "Azeri Light"ın qiymətində artım gözlənilirmi?-AÇIQLAMA

Azərbaycanın yüngül nefti "Azeri Light"ın qiymətində artım gözlənilirmi?-AÇIQLAMAMütəxəssislər enerji sektorundakı müsbət tendensiyaları qeyd edirlər.Mayın 6-da aparılan ticarət əməliyyatları zamanı aprelin əvvəlindən bu yana ilk dəfə "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 17,9% artaraq 32,06 dollar / barelə yüksəlib. Artım investorların bəzi ölkələrdə karantin planlarının mərhələli şəkildə aradan qaldırılması və OPEK ++ müqaviləsinin həyata keçirilməsinə müsbət reaksiyası ilə əlaqədardır. May-iyun aylarında ABŞ, Norveç, Argentina və Kanadada hasilatın azalması gözlənilir və payızda enerji bazarının fundamental balansının yaxşılaşmasını gözləmək olar.

İyul-avqust müqavilələri üzrə Azərbaycanın yüngül nefti "Azeri Light"ın qiymətinin artımı gözlənilirmi?

Bu barədə iqtisadçı-ekspert Akif Nəsirli Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, yaxın bir neçə ay ərzində hər şey nəzərdə tutulduğu qaydada davam edərsə, pandemiya yox olarsa, bununla yanaşı OPEK ölkələri qəbul etdikləri öhdəlikləri icra etsələr, sözssüz ki, avqust-sentyabr aylarından başlayaraq neftin bir barelinin qiyməti təxminən 40-45 dollara qədər bahalaşa bilər.

Məlumdur ki, dünyada enerji böhranı, enerji resurslarının qiymətinin aşağı düşməsi, bir tərəfdən dünya iqtisadiyyatının dondurulması, digər tərəfdən də hələ ötən il OPEK ölkələri arasında hasilatın azaldılması barədə razılığa gəlinməməsi idi.

Beynəlxalq ekspertlər tərəfindən bu ilin yayında neftin 25 dollara qədər ucuzlaşacağı bildirilirdi. Bu əsasən Rusiya ilə Səudiyə Ərəbistanı arasındakı ortaq məxrəcin tapılmaması ilə bağlı idi. Bunun da üzərinə pandemiya gəldi və neftin qiyməti kəskin aşağı düşdü.

May ayının 19-na birjalarda qədər iyun fyuçerslərinin satışı nəzərdə tutulub. Artıq mayın 19-dan sonra iyul fyuçerslərinə keçəcək. İyul fyuçersləri barədə söylənilən qiymətlər çox güman ki, proqnozlar və yaxud hansısa razılaşmalardır. Real satış iyul ayı üçün hələ yoxdur. Demək istədiyim odur ki, pandemiya sönməyə doğru getsə və OPEK+ ölkələri əldə etdikləri razılaşmaya riayət etsələr təbii ki, dünyada neftin qiyməti bahalaşmağa başlayacaq.

Qeyd edim ki, Azərbaycan nefti birajalarda satılmır. Yəni birbaşa limanlarda satılır. Ona görə də onun qiyməti də birjalara uyğun olaraq dəyişir. Sözssüz ki,əgər neftin qiyməti birjalarda yüksələcəksə, Azərbaycan neftinin də qiyməti ona uyğun olaraq 40 dollar ətrafında qalxacaqdır".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2599   Tarix: 07 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Laçında ətrafında içki məclisi qurulduğu iddia edilən bulağı salan şəxsin övladı danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə Laçın rayonunun deputatı Mahi

19 may 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021