Sevgilisi ilə birləşib evdən oğurluq etdi

Sevgilisi ilə birləşib evdən oğurluq etdiZaqatalada oğurluqda təqsirləndirilən Ziviadi Zurabaşvili, Eristo Lomaşvili və Şükufə Hacıyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Sonxeber.az-ın "Report"a istinadən xəbərinə görə cinayət işi baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilib.

Hakim Tural Həsənovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında baş verib.

Polisə müraciət edən Zaqatalanın Göyəm kənd sakini ona məxsus evdən qızıl-zinət və pulun oğurlanması barədə məlumat verib.

Zərərçəkmişə məxsus evdən təxminən 2 000 manat dəyərində qızıl-zinət əşyalarının və 450 manat dəyərində pulun oğurlandığı müəyyən edilib.

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslərin Qax rayonunun Qaxingiloy kənd sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ziviadi Zurabaşvili və Dima Lomaşvili olduqları müəyyən olunub. Onlardan Z.Zurabaşvilinin yeri müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılan araşdırmalarla məlum olub ki, oğurluğu edən şəxslərin evə daxil olmasında zərərçəkmişin qohumu Şükufə Hacıyeva və onunla qeyri-rəsmi münasibətdə yaşayan D.Lomaşvilinin qardaşı Eristo Lomaşvili yardımçı olublar.

Belə ki, Ş.Hacıyeva ev sahiblərinin evdə olmaması barədə E.Lomaşviliyə məlumat verib. Sonuncu isə məlumatı həmin vaxt bir yerdə olduqları Z.Zurabaşvili və D.Lomaşviliyə ötürdüyü, bundan sonra onların həmin evə qanunsuz daxil olduqları məlum olub. Ş.Hacıyeva və E.Lomaşvili də polis əməkdaşları tərəfindən saxlanılıb. Oğurladıqları qızıl-zinət əşyalarının bir qismini dəyərindən ucuz qiymətə Qax rayonunda yerləşən zərgərlik mağazasına satdıqları müəyyən edilib və həmin qızıl-zinət əşyası maddi sübut kimi götürülüb.

Onlara Cinayət Məcəlləsinin 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) maddəsi ilə ittiham verilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2205   Tarix: 13 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda girovda saxlanılan şəxsin azadolunma görüntüləri - VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu il

15 mart
.

Ələsgər Məmmədli həbsdə qaldı

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib

15 mart
.

Fazil Qasımovun həbs müddəti uzadıldı

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov haqda yenidən məhkəməyə müraciət edilib. "Qafqazinfo"nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsinə daxil olmuş vəsatət və təqdimatda seçilmiş qətimkan tədbiri müddətinin uzadılması istənilib

20 fevral
.

Düşmən casusuna hökm oxundu

Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunan Emil Məmmədovun məhkəmə araşdırması yekunlaşıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaət

16 mart
.

DTX tərəfindən həbs edilən generaldan XƏBƏR VAR

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. "Report"un yerli bürosu xəbər verir ki, Tofiq Həsənov məhkəməyə videokonfrans vasitəsilə qatılıb. İclas Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüsey

29 fevral
.

Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxdı: "Ailəmi öldürdüm, çünki..."

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxıb. TV Müsavat xəbər verir ki, Ə.Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb. O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını bildirib

1 mart
.

Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhmədlə bağlı daha bir İDDİA

Bakıda ailəsinin beş üzvünü xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı yeni iddialar səsləndirilib. Belə ki, verilişlərin birinə zəng edən şəxs 4-5 il öncə Əhməd Əhmədov tərəfindən döyüldüyünü, pullarının və telefonunun oğurlandığını bildirib. Səsləndirilən iddialarl

19 fevral
.

Bakıda dəhşətli cinayətin TƏFƏRRÜATI - 14 yaşlı qızı zorlayıb, qətlə yetirdi - VİDEO

2023-cü il fevralın 22-nə keçən gecə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində dəhşətli qətl baş verib. Belə ki, 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cu il təvəllüdlü Günay Şadatovaya bıçaq xəsarəti yetirib. 1

24 fevral
.

Qətldə şübhəli bilinən şəxs tutuldu

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub. DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Əhmədli Səbuhi Arif oğlunun qətlə yetirilməsi ilə bağlı açılmış cinayət işi ilə bağlı 1985-ci il təvəllüdlü Heybətov Əli Həmid oğlu saxlanılıb. O, istintaqa təhvil verilib. Qey

11 mart