Koronavirus toz kimi yayılır? - ARAŞDIRMA

Koronavirus toz kimi yayılır? - ARAŞDIRMASon zamanlar SARS-CoV-2-nin qapalı məkanda havada qalma əlamətləri ortaya çıxmağa başlayıb.

"Report" xəbər verir ki, bu barədə məlumat jurnalist Kristina Berndtin Almaniyanın "Süddeutsche Zeitung" nəşrində yer alan araşdırmasında öz əksini tapıb.

Bildirilib ki, sosial məsafəni gözləmək infeksiyadan qorusa da, virusun güman edilən yeni xüsusiyyəti işi çətinləşdirə bilər.

Məqalədə qeyd olunub ki, sosial məsafənin qorunmasına baxmayaraq, Vaşinqtondakı "Skagit Valley Chorale" xorunun yalnız bir vokalçısının virusa yoluxması bütün xoru koronavirus daşıyıcısı edib. Belə ki, martın 10-da xorun üzvləri repetisiyada görüşüblər. Onlar görüşdən öncə salamlaşmaq məqsədilə qucaqlaşmağa qərar veriblər. Ancaq repetisiya fəlakətə çevrilib. Vokalçının SARS-CoV-2 daşıyıcısı olması 60 nəfərlik xordan 57 nəfərin virusa yoluxmasına yol açıb. Üstəlik, yoluxanlardan 3 vokalçı xəstəxanaya yerləşdirilib, 2 nəfər isə, ümumiyyətlə, dünyasını dəyişib. Virusun sadəcə bir görüşdə belə geniş miqyasda yayılması mütəxəssisləri koronavirusun daha bir xüsusiyyəti ilə üz-üzə qoyub. Belə ki, onların fikrincə, virus yalnız asqıraq, öskürək və ya nəm danışıq zamanı, yəni hava-damcı yolu ilə deyil, həm də aerozol formasında yayıla bilər. Söhbət adi nəfəsalma və danışıq zamanı (hələ-hələ oxuyarkən) havaya düşən və orada uzun müddət qalan damcılardan gedir.

"Fikrimcə, koronavirusun aerozol yolu ilə keçmək ehtimalı mövcuddur", - nəşrə açıqlamasında Berlinin koronavirus üzrə mütəxəssisi Kristian Drosten bildirib. O, həmçinin insanların ifraz etdiyi virusların yarısının aerozolda aşkarlanmasına dair Honkonq araşdırmasına da işarə edib.

Müəllif bildirir ki, virusun aerozol yolu ilə ötürülməsi təsdiq olunarsa, bu, görülən qorunma tədbirlərinə də təsir edəcək. Çünki məsafə aerozol deyil, məhz hava-damcı yolu ilə keçən infeksiyadan qoruyur. Aerozol zərrəciyinin diametri 5 mkm-dən də (0,005 mm) az olduğuna görə onlar havada uzun müddət qalırlar. Bir az böyük zərrəciklər isə mənbəyi olduğu insanın ətrafına enirlər və buna görə də 1,5-2 metr məsafə saxlamaq tövsiyə edilir.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi Vaşinqtondakı vokalçıların bir-birinə yaxın oturması, üstəlik, bəzilərinin bir-biri ilə peçenye ve portağallar paylaşmasına baxmayaraq, oxuma faktının özü belə aerozolların ətraf mühitə ifraz edilməsi yolu ilə infeksiyanın yayılmasına yola aça biləcəyini bildirib.

Virusun aerozol yolu ilə ötürülməsi faktları, təkzibedilməz olmasa da, durmadan artır. Hələ mart ayında ABŞ-ın Montana Universitetinin alimləri "New England Journal Of Medicine" jurnalına SARS-CoV-2-nin xırda damcı formasında qaldığını açıqlayıblar. Araşdırmaçılar eksperimentin sadəcə laborator şəraitdə keçirildiyini də vurğulayıblar. Alimlər aerozolu viruslarla dolu olan maye qurğusu vasitəsilə ifraz ediblər. Laborator şəraitdə keçən eksperimentin sonunda məlum olub ki, zərrəciklər düz 3 saat havada qala biliblər. Üstəlik, eyni vaxt qədər onlar yoluxdurma iqtidarında olublar.

Bundan başqa, Sinqapur, həmçinin ABŞ-ın Nebraska ştatının alimləri COVID-19 pasiyentlərinin olduğu otaqda tərkibində virus olan aerozollar aşkarlayıblar. Maraqlıdır ki, bu aerozollar pasiyentdən 2 metr aralı məsafədə olub. Virusun mənbəyi sayılan Uhanda da koronavirus xəstələrinin çox olduğu hospitalların birində aerozolların yüksək qatılığı aşkarlanıb.

Ancaq buna baxmayaraq, bütün bunlar koronavirusun aerozol yolu ilə yayıla bilməsinin birbaşa sübutu deyil.

"Koronavirusların havada aerozol formasında qalmasını isə biz 2003-cü ildə Honkonqun "Amoy Gardens" yaşayış kompleksindəki epidemiya alovlanmasından bilirik", - K.Drosten bildirib.

O zaman virus, yoluxanlardan daha yüksək mərtəbələrdə yaşayanlar da daxil olmaqla, 300 nəfərə ötürülmüşdü.

Virusun aerozol yolu ilə ötürülməsi məsələsi çox vacibdir. Çünki bunun əsasında insanların bir-biri ilə təmasda olması ilə bağlı yeni tövsiyələr yazıla bilər. Məsafənin qorunması hava-damcı yolu ilə ötürülən virusa qarşı yenə də yaxşı tədbir olaraq qalır. Aerozol məsələsinə gəldikdə isə, buna açıq hava və havanın oynaması yardımçı ola bilər, çünki havanın hər axını virusları dağıdır, aerozolları isə parçalayır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1666   Tarix: 15 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11 fevral
.

Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILAR

Son zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir. Bildirilir ki, həmin dərmanların tərkibi, əsasən, vitamin və mikroelementlərdən ibarətdir. Bəs bu dərmanlar nə qədər effektivdir? Neçə yaşından bilmək olur ki, uşaqda boy problemi var? Uşaqların bo

24 mart
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24 mart
.

Kakaonun qan təzyiqinə möcüzəvi təsiri AÇIQLANDI

Kakao qan təzyiqini, damarlardakı sərtliyin göstəriciləri yüksək olan zaman aşağı sala bilir. Bu barədə britaniyalı alimlərin araşdırmasından məlum olub. Bildirilib ki, mütəxəssislər kakaonun tərkibində olan birləşmələri, xüsusilə flavanolları təhlil ediblər. Sonra təcrübə iştirakçılarından bir neç

3 fevral
.

"Xərçəngə daha çox bu qadınlarda rast gəlinir"

"Uşaqların süni qidalanması son 20 ildə sürətli şəkildə artıb. Ana südü ilə qidalanma kəskin azalıb". qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib. Deputat vurğulayıb ki, bu, təhlükəli tendensiyadır: "Dünyad

28 fevral
.

Bişmiş qarğıdalının orqanizmə 12 faydası – Bu xəstəliklərdə effektivdir

Qarğıdalı insanın yetişdirdiyi ən faydalı bitkilərdən biridir. Amerika, Avropa və Rusiyada qarğıdalı yetişən kimi onu müxtəlif variantlarda bişirib süfrəyə qoyurlar və ailəlikcə yeyirlər. Qarğıdalının faydaları və zərərləri barədə ətraflı məlumat almaq üçün məqaləni oxuyun. Bizdə isə qarğıdalı az xörəkd

23 mart
.

Çeynəmə zamanı bu səhvə yol verməyin - Stomatoloqdan XƏBƏRDARLIQ

Bir tərəfdən çeynəmək dişlərin çürüməsinə səbəb ola bilər. xəbər verir ki, bu barədə "Sputnik" radiosuna stomatoloq Aleksey Antipenko məlumat verib. "Əgər dişlərin bir tərəfi çeynəmək üçün istifadə edilmirsə, daha az təmizlənir. Fakt budur ki, tərəvəz və digər sıx tərkibli qidalar - çörək

23 mart
.

Dünyada daha bir epidemiya gözlənilir: Gözlərinizi qoruyun!

Qadjetlərdən geniş istifadə miyopiyanın dünyada yayılmasına səbəb olub. Problem xüsusilə 1997-2012-ci illər arasında doğulanlar arasında müşahidə olunur. Sonxeber -a istinadən xəbər verir ki, bu barədə göz cərrahı Yorn Yorgensen danışıb. Həkimin sözlərinə görə, Böyük Britaniyada son 30 ildə yeniyetmələ

10 mart
.

Həkim xəbərdarlıq etdi: "Uzunsaçlı gəlinciklər təhlükəlidir"

Uzunsaçlı gəlinciklər uşaqlar üçün ciddi təhlükə yarada bilər. -a istinadən bildirir ki, bunu Rusiya Uşaq Elmi-Tədqiqat Klinik İnstitutunun pediatrı Yekaterina Pasnova bildirib. O qeyd edib ki, uşaqlar gəlinciklərin başından qopan uzun saç tellərini uda bilərlər. Əgər bu tellər kifayət qədər uzun v

17 mart