Bütün ürək-damar xəstələri oruc tuta bilərmi?

Bütün ürək-damar xəstələri oruc tuta bilərmi?Bəzi araşdırmalara görə, düzgün şəkildə oruc tutan insanların qan analizlərində HDL dediyimiz bədən üçün xeyirli olan, damarlarda xolesterol yığıntısı - düyünlərin əmələ gəlməsini önləyən, beləcə bizi ürək-damar xəstəliklərinə qarşı qoruyan xüsusi xolesterol növü artır. Eyni zamanda LDL dediyimiz arteriyalarda yağ düyünlərinin yaranmasına və tıxanmalara səbəb olan xolesterol növü azalır.

Sonxeber.az e-tibb.az-a istinadən bildirir ki, bunu kardioloq, uzman həkim Ülvin Həbibova açıqlayıb.

Onun sözlərinə görə, bu səbəblərdən oruc tutmağı ürəyimiz üçün yararlı hesab edə bilərik. Bəs bütün ürək-damar xəstələri oruc tuta bilərmi?

Həkim qeyd edib ki, uzun müddət əvvəl miokard infarktı keçirmiş, aktiv ürək problemi, sinədə ağrıları olmayan xəstələrin əlavə xəstəlikləri yoxdursa oruc tutmalarında hər hansı bir qorxu yoxdur. Lakin bütün ürək xəstələri mütləq oruc tutmazdan əvvəl həkim kontrolundan keçməli və bu müddətdə nəzarətdə olmalıdır.

Hansı ürək-damar xəstələrinə oruc tutmaq olmaz?

Mütəxəssis vurğulayıb ki, yaxın zamanda (1 il ərzində) ürək infarktı keçirmiş, ürək ağrıları davam edən, kontrol altına alınmamış yüksək qan təzyiqi problemi, ürək çatışmazlığı olan və bu səbəbdən sidikqovucu dərman istifadə etmək məcburiyyətində qalan, ürək qapağı protezi və ya digər səbəbdən güclü qandurulducu dərman istifadə edən kəslərin oruc tutmaları məsləhət deyil.
Ən vacib məqamlardan biri də qidalanma ilə bağlıdır. Ürək-damar xəstələri iftarda və sahurda nələri yeməlidir?

Həkimin sözlərinə görə, iftarda qısa müddətdə həddindən artıq yeməklə bağlı iftarla sahur arasında toxluq müddətində ürək problemləri artmaqdadır. Həddindən artıq su və duz yüklənməsi, sürətli və bol yeməyin həzmi qan dövranı və ürəyi həddindən artıq işləməyə məcbur edərək miokard infarktına və ürək çatışmazlığına yol aça bilər. Ü.Həbibova vurğulayıb ki, əslində ürək xəstələrinə məsləhət görülən diet oruc zamanı da keçərlidir. Həddindən artıq yağlı və kalorili yeməklərdən, şirniyyatlardan qaçılsa, həm Ramazanda, həm bu aydan sonra ürək, şəkər xəstəliklərindən, hətta xərçəngdən belə özümüzü qorumuş olarıq.

Kardioloq bildirib ki, həzmi çətin olan paxlalıların miqdarı azaldılmalı, mədənin turşu sekresiyasını artıran ədviyyatların istifadəsi kəsilməlidir. "Sahurda çox yemək uzun müddət tox tutar", fikri isə səhvdir. Çünki nə qədər çox və nə qədər sürətlə qan şəkərini yüksəldən qidalar yeyilsə, o qədər tez acma hissi yaranar. Su və mineral ehtiyacını qarşılayacaq qidalarla yanaşı yumurta, süd və süd məhsulları, lifli tərəvəz yeməkləri qan şəkərini yavaş yüksəldərək aclığı ləngidər.

Həkim, həmçinin qeyd edib ki, orucluq müddətində siqaret istifadəsinin azaldılması da arzuedilən haldır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3655   Tarix: 16 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021
.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum

13 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Koronavirusun simptomları dəyişdi

Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən

14 sentyabr 2021
.

Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq

COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır

8 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? - AÇIQLAMA

Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur. Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzin

11 sentyabr 2021