Lamborghini yenilənmiş Huracan ailəsinin son üzvünü təqdim edib - FOTOLAR

Lamborghini yenilənmiş Huracan ailəsinin son üzvünü təqdim edib - FOTOLARLamborghini şirkəti Huracan ailəsini yenilənməsini başa çatdırıb. Tamötürməli Evo kupesi keçən qışda debüt etmişdi, onun ardınca Spyder versiyası, bu ilin yanvar ayında isə, arxa ötürməli Huracan Evo RWD kupesi işıq üzü görüb. Məlum məsələdir ki, indi növbə arxa ötürməli Huracan Evo RWD Spyder modelinə çatıb.

Texniki cəhətdən rodster kupedən fərqlənmir. Rodsterin təchiz edildiyi 5,2-litrlik V10 atmosfer mühərriki 610 at qüvvəsi və 560 Nm fırlanma anı hasil edir. Güc aqreqatı 7-pilləli LDF "robotu" ilə tandemdə çalışır. Əvvəl olduğu kimi, superkar üç idarəetmə rejiminə malikdir: Strada (yol), Sport və Corsa (yarış). Lakin indi, elektronika Sport rejimində sürüşmələrə daha çox icazə verir.

Sonxeber.az autograph.az-a istinadən bildirir ki, arxa ötürməli modelləri tamötürməli superkarlardan başqa ön splitter və dəyişdirilmiş arxa diffuzor fərqləndirir. Rodsterin yumşaq tavanı 50 km/saat həddinə qədər sürətlərdə elektrohidravlik ötürmənin köməyi ilə 17 saniyəyə açılıb-bağlanır. Bütün Huracan Evo modellərinin interyeri eynidır - mərkəzi konsolda 8,4-düymlük sensorlu ekran yerləşir. Bu ekrandan klimat-kontrolu, oturacaqları, telemetriyanı və avtomobilin digər ikinci dərəcəli funksiyalarını idarə etmək olar.

Yenilənmiş rosdterin çəkisi dəyişməyib - açıq kuzovlu versiya əvvəlki kimi 1509 kiloqram ağırlığındadır - yəni rodster kupedən 120 kiloqram ağırdır. Buna görə də, rodsterin dinamikası kupedən bir qədər zəifdir: açıq kuzovlu versiya 100 km/saata sürətlənməyə 3,5 saniyə (+0,2 saniyə), 200 km/saata isə, 9,6 saniyəyə (+0,3 saniyə) sərf edir. Huracan Evo RWD Spyder modelinin maksimal sürəti 324 km/saatdır.

Yenilənmiş Lamborghini Huracan Evo RWD Spyder modelinin satışlarına yayda start veriləcəkdir. Avropada arxa ötürməli rodsterin qiyməti 176 min avrodan başlayacaqdır. Bu kupe modelində olduğundan 17 min avro çoxdur. Eyni zamanda, qiyməti asanlıqla onun üçdə biri qədər artırmaq olar, çünki seçimlər arasında standart 19-düymlük disklərin əvəzləyəcək 20-düymlük təkər diskləri, karbon-saxsı əyləc mexanizmləri və ya geniş fərdiləşdirmə proqramı vardır.
Lamborghini yenilənmiş Huracan ailəsinin son üzvünü təqdim edib - FOTOLARLamborghini yenilənmiş Huracan ailəsinin son üzvünü təqdim edib - FOTOLARLamborghini yenilənmiş Huracan ailəsinin son üzvünü təqdim edib - FOTOLARLamborghini yenilənmiş Huracan ailəsinin son üzvünü təqdim edib - FOTOLARLamborghini yenilənmiş Huracan ailəsinin son üzvünü təqdim edib - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4586   Tarix: 16 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Keçi və xoruz toyuğu belə xilas etdi - VİDEO

Hollandiyanın Qelderland əyalətindəki bir fermada keçi və xoruz bir toyuğu ona hücum edən Şahin quşundan xilas edib. -a istinadən xəbər verir ki, sentyabrın əvvəlində 59 yaşlı fermer Caap Bits həyətdə səs eşidib. Şahin quşunun bir toyuğa hücum etdiyi məlum olub. Bu an müşahidə kamerasının videosuna düşüb

16 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə

16 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik

12 sentyabr 2021