Tənəffüs gimnastikası: Ev şəraitində ağciyəri necə gücləndirmək olar? - QAYDALAR

Tənəffüs gimnastikası: Ev şəraitində ağciyəri necə gücləndirmək olar? - QAYDALARYeni koronavirus COVİD-19 infeksiyasının insan orqanizminə vurduğu zərər və fəsadlar alimlər tərəfindən araşdırılır. COVİD-19 virusu bir çox hallarda ağciyəri zədələyir. Xəstəliyin kəskin dövründə müalicəsi və ağciyərin fəaliyyətinin kontrolu stasionar şəraitdə aparılır. Bəs koronavirusa yoluxmuş xəstələr sağalandan sonra hansı fəsadlarlarla rastlaşırlar?

Sonxeber.az e-tibb.az-a istinadən bildirir ki, fizioterapevt-reabilitoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Səidə Kərimova koronavirus xəstəliyindən sağalan insanların ağciyərinin fəaliyyətinin gücləndirilməsi ücün xüsusi pulmonar reabilitasiya barədə məlumat verib. Həkim bildirib ki, mütəxəssislərin araşdırmalarına görə, virusdan sağalmış bəzi pasiyentlərdə ağciyərin funksiyası normadan 20-30% azala bilər. Bu da onu göstərir ki, ağciyərin fəaliyyətinin gücləndirilməsi ücün sağalmış pasiyentlərə xüsusi pulmonar reabilitasiya aparılmalıdır. Onun sözlərinə görə, reabilitasiya planı həkim tərəfindən təyin olunur. Ev səraitində sağalmış xəstələrə diafraqmal tənəffüs texnikasını tətbiq etmək məsləhətdir. Bu tənəffüs gimnastikası ağciyərin daha tam və dolğun ventilyasiyasına kömək edir. Eyni zamanda vücud əzələlərini stabilləşdirir və fiziki dözümlülüyü artırır.

Tənəffüs texnikası belədir:

Arxası üstə uzanın, dizlərinizin və başınızın altına yastıq qoyun. Bir əlinizi sinənizə, ikinci əlinizi qarın nahiyəsinə qoyun. Burunla nəfəs alın, bu zaman havanın qarnınıza dolduğunu hiss edəcəksiniz. Ağzınızla tələsmədən 2-3 saniyə nəfəs verin, qarın əzələrininin yığılmasını hiss edin. Sinə nahiyəsində olan əliniz tənəffüs zamanı mümkün qədər hərəkətsiz qalmalıdır.

Diafraqmal tənəffüsü 5-10 dəqiqə ərzində gündə 3 dəfə təkrarlamaq lazımdır. Tənəffüs üçün nəzərdə tutulan bu idman hərəkətlərini sağlam insanlar və ağciyərin digər xəstəliklərindən sonra reabilitasiya dövründə olan pasiyentlər də tətbiq edə bilər.

Mütəxəssis onu da vurğulayıb ki, siqaret çəkənlər ağciyərə daha çox ziyan vurmamaq üçün bu vərdişi tərgitməlidirlər. Əlavə olaraq ağciyərin funksiyasını və bədən əzələlərini möhkəmləndirmək üçün üzgüçülük də tövsiyə olunur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3313   Tarix: 17 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ

Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv

9 sentyabr 2021
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021