ACJ350 XWB - Geniş gövdədə sərhədsiz komfort - FOTOLAR

ACJ350 XWB - Geniş gövdədə sərhədsiz komfort - FOTOLARAparıcı təyyarə istehsalçıları Boeing və Airbus istənilən ölçüdə və istənilən məsafəyə uça bilən sərnişin təyyarəsi istehsalında daima yarışdadırlar. Lakin onların bu mübarizəsi təkcə adi təyyarələrlə məhdudlaşmır. Necə ki, amerikanlar Boeing Business Jet (BBJ) adı altında sərnişin təyyarələrini "uçan evlərə" çevirir, avropalılar da onlara Airbus Corporate Jets (ACJ) adlanan xüsusi seriya ilə cavab verir.

Sonxeber.az autograph.az-a istinadən bildirir ki, Airbus ACJ layihəsinə 1997-ci ildə başlayıb və ilk təyyarəsi A318-in xüsusi modifikasiyası olub. Hazırda bu seriyaya A318, A319, A320, A321, A319neo, A320neo, A333-200, A330neo, A340-300, A340-500, A340-600, A350 və A380 təyyarələrinin lüks versiyaları daxildir. Biz isə təbii ki, Airbus-ın ən yeni, ən mükəmməl təyyarəsi olan A350-nin daha möhtəşəm versiyasından - ACJ350 XWB-dən bəhs edəcəyik.

Airbus-ın flaqmanı A350 ilk uçuşunu 2013-cü ildə yerinə yetirib. Qatar Airways 2015-ci ildə təyyarənin ilk müştərisi olub. Bazara gec daxil olsa da, ən böyük rəqibi Boeing 777 ilə sifariş sayında mübarizədən qalib ayrılmasına səbəb yeni texnologiyaya, az sərfiyyata, müasir idarəetməyə və yüksək komforta sahib olmasıdır. 777x modelinin gecikməsi də A350-ni zirvədə yalnız qoyub.

Onsuz da kifayət qədər uzun mənzilə sahib olan A350-900 modelinin əsasında daha da uzağa uça bilən variantı - A350-900ULR hazırlanıb. Daha böyük çənlərə sahib olan ULR 18000 km məsafəyə uça bilir. Ən böyük müştərisi Singapore Airlines 2018-ci ilin oktyabr ayında Nyu York-a 17 saat 52 dəqiqəlik fasiləsiz uçuşu məhz bu təyyarə ilə yerinə yetirmişdi.

Airbus A350 tipli təyyarələrdən məhz ULR variantını ACJ layihəsinə daxil edib. Şirkət müştərilərini yüksək komfortlu şəraitdə mümkün qədər uzağa uçurmağı planlaşdırır. Yəni, rahatlıqda sərhəd qoymadığı kimi, məsafələri də sərhədsiz etmək fikrindədirlər. Çənlər daha da böyüdülüb və bunun nəticəsində xüsusi jet 20 557 km uzağa, 22 saat dayanmadan uçmaqla sizi çatdıra bilir.

Həm gövdəsində, həm də salonunda karbon elementlərinə daha çox yer verilməsi təyyarənin çəksinin azaldılması və etibarlılığının artması ilə nəticələnib. Gövdənin 70%-i xüsusi materiallardan (o cümlədən, 53%-i karbondan) hazırlanıb ki, bu da xüsusilə texniki baxış xərclərini xeyli azaldır. Qanadların hava ilə sürtünməsinin azalması da yanacaq sərfiyyatının aşağı düşməsinə kömək edir.

ACJ350 XWB - Geniş gövdədə sərhədsiz komfort - FOTOLARACJ350 XWB - Geniş gövdədə sərhədsiz komfort - FOTOLARACJ350 XWB - Geniş gövdədə sərhədsiz komfort - FOTOLARACJ350 XWB - Geniş gövdədə sərhədsiz komfort - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3124   Tarix: 17 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

Bu ölkədə borşa abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun

10 sentyabr 2021
.

"Pfizer" vaksini bölgələrdə də vurulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün, cari epidemioloji vəziyyəti nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən 16 yaşdan yuxarı yeniyetmələrin "Pfizer" vaksinləri ilə peyvənd olunması qərarı qəbul edilib. Buna baxmayaraq, bölgələrdə hələ də "Sinovac"

8 sentyabr 2021
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021