Bakının iki rayonunda əməliyyat: Həbs olunanlar var

Bakının iki rayonunda əməliyyat: Həbs olunanlar varBakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da Bərdə rayon sakini E.Əliyevin "Lada Priora" markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Behbudov avtomobillə birlikdə Biləcəri qəsəbəsi ərazisində saxlanılıb.

Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da Bakı şəhər sakini M.Tarverdiyevin mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini B.Sodiyev həbs edilib.

Daha bir neçə oğurluq faktının üstü Sabunçu rayonunda açılıb.

Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mənzillərin birindən noutbuk və 1300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Xəlilov saxlanılıb.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən ümumilikdə 2230 manat, 2000 ABŞ dolları və 5300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini E.İsayev saxlanılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2508   Tarix: 18 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

DİN ötən gün törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilərə hücuma məruz qalıb. xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb. Yaral

11 sentyabr 2021
.

Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini

25 avqust 2021
.

Gəncədə qadın qətlinin detalları: Hadisə yun çırpmaq üstündə olub - YENİLƏNİB

Ötən gün Gəncə şəhərində baş verən qətllə bağlı bəzi detallar məlum olub. Hüquq-mühafizə orqanlarından -a bildirilib ki, iki qonşu arasında baş verən mübahisə yun təmizləmək üstündə olub. Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova yaşadığı binanın qarşısında yun çırpırmış. B

1 sentyabr 2021
.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021
.

Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021
.

"Anasına danışanda oğluna şər atdığımı dedi" - 10 il həbs verilən 26 yaşlı Nərmin

Ötən il Bərdədə həmcinsini güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən N.Mehrəliyeva şəxsi istəyi olmadan cinsi əlaqəyə məcbur edildiyini bildirib. O, məhz həmin şəxsin anası Sevda Hacıyevanı ov tüfəngi ilə qətlə yetirməkd

2 sentyabr 2021