"Atamın nəşini qəbrdən çıxaracağam" - Məhəbbət Kazımovun oğlu

"Atamın nəşini qəbrdən çıxaracağam" - Məhəbbət Kazımovun oğlu"Atam deyirdi ki, məni Laçında dəfn edin".
Sonxeber.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında əməkdar artist, mərhum sənətkar Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib.

Onun sözlərinə görə, Məhəbbət Kazımov öz vətənində vətənsiz olaraq dünyasını dəyişib:

"Atamın Laçınla bağlı böyük arzuları vardı. İstəyirdi doğulduğu kənddə yaşasın, nəvələrini orada böyütsün. Bütün qarabağlıların bir arzusu var, torpaqlar alınsın, hamı evinə, yurduna qayıtsın. Məhəbbət müəllimin bir vəsiyyəti vardı. Həmişə deyirdi: "Məni Laçında basdırın. Nə vaxt ölsəm, qəbrimi laçına aparın, məni doğulduğum torpaqda dəfn edin". Allah eləsin, Laçın alınsın, torpaqlarımız qayıtsın... Atamın da dediyi kimi, torpaqlarımız qayıtığı gün mən burada bütün şəraitimi qoyub Laçına qayıdacağam. Atamın vəsiyyətini yerinə yetirəcəyəm. Atamın nəşini qəbirdən çıxarıb Laçına aparacaq, doğulduğu kənddə dəfn edəcəyəm. Bu vəsiyyətdir, gərək əməl edəm".
Rəşid Kazımov Laçını görmədiyini, ancaq onun xəyalı ilə yaşadığını deyib:

"Təkçə atam deyil, böyüklər də danışanda həsrətlə dinləyərdik. Böyüklər məclislərdə Laçınla bağlı təəssüratlarını bölüşürdülər. Bu, bizi ağrıdır. Məcburi köçkünlərin hamısı Qarabağa qayıtmaq istəyir. Torpaqlar alınsa, 80% əhali yurduna qayıdar. Yetərincə təbliğat gedib, hər kəs oranı görmək istəyir. Atam kimi mənim də ürəyimdən keçən bir arzum var, Laçın alınsın, geri qayıdım. Orda mənim atamın kəndi var".

Rəşid Kazımov "Laçınım" mahnısında bir fəryad olduğunu vurğulayıb:

"Mahnınn tarixçəsini bilmirəm. Amma bu mahnı Laçın işğal olunandan sonra yazılıb. "Laçınım" mahnısını digər mahnılardan fərqləndirən onun ah-nalə, fəryad üstündə yazılmasıdır. Məhəbbət Kazımov ös səsi ilə fəryad edir. Sanki bu mahnı ilə bütün Qarabağı ağlayır. Bütün Azərbaycan bu mahnını sevdi".
Rəşid Kazımov həmişə olduğu kimi bu gün də Məhəbbət Kazımovun qəbrini ziyarət etdiyini deyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3618   Tarix: 18 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İbrahim Tatlısesin oğlundan ŞOK ETİRAF: "Uşaq yaşlarımda məni özünüzün ..."

Müğənni İbrahim Tatlıses evində illərdir icazəsiz yaşayan nəvəsi Merti məhkəmə yolu ilə oradan çıxarıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, o "Atalıq necə olur, baxsın, öyrənsin!" deyərək Mertin atası Ahmet Tatlısesə ismarış göndərib. Buna cavab olaraq Ahmet sosial mediada hesabında açıqlam

16 aprel
.

Bred Colinin ittihamlarına cavab verdi

Hollivud ulduzları Bred Pittlə Ancelina Coli arasındakı qalmaqal bitmək bilmir. Axşam.az xəbər verir ki, boşanmalarından 8 il keçən aktyorlar illərdir məhkəmələrdə qalıb. Bu dəfə isə Coli illərlə Bred tərəfindən şiddətə məruz qaldığını açıqlayıb. Bred vəkilləri vasitəsilə Ancelinanın ona qarşı yeni ittihamların

8 aprel
.

"Mən indi Xalq artisti olmalıydım"

"İnsana sağlığında qiymət verilməlidir. Öləndən sonra yox. Çox əziyyət çəkmişəm: həm sənət, həm həyatda". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "7 Tamam" proqramında deyib. Qarmon ifaçısı fəxri ad almaq arzusundan danışıb:. "Yuxusuz gecələrimə heyfslənirəm

7 aprel
.

"Məni burada sayan yoxdur" - Elməddindən etiraz

Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev. Müqayisə edəndə çoxu deyir ki, heyif köhnə aktyorlardan. Özünüzü onlarl

14 aprel
.

Azərbaycanda tanınmış müğənninin toy görüntüləri üzə çıxdı - VİDEO

Müğənni Tacir Şahmalıoğlunun toy görüntüləri üzə çıxıb. "axşam.az"a istinadən xəbər verir ki, sözügedən kadrlar "7 Tamam" proqramında nümayiş olunub. Arxiv kadrlar 1995-ci il dekabrın 17-də sənətçinin ikinci həyat yoldaşı Kəmalə xanımla özəl günündə lentə alınıb. Qeyd edək ki, Taci

17 aprel
.

Mahsun Kırmızıgülün ölüm xəbəri yayıldı

Sosial şəbəkələrdə Türkiyəli tanınmış müğənni və aktyor Mahsun Kırmızıgülün ölüm xəbərləri yayılıb. -ın xarici mediaya istinadən xəbərinə görə, müğənni öz sosial şəbəkə hesabından bu xəbərlərə reaksiya bildirib. "Sırf bəyənmə xatirinə "öldü" xəbərlərini yaymaq ayıbdır. Yaşayıram və sağlığı

15 aprel
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17 aprel
.

Zirəddin Rzayev mahnı oxudu

Tanınmış ekstrasens Zirəddin Rzayev bu dəfə ifası ilə diqqət çəkib. OLAY yazır ki, o, "Ovqat" verilişində qonaq olarkən mahnı oxuyub. Belə ki, Rzayev "Azərbaycan maralı" adlı xalq nəğməsini səsləndirib. Bu anlar tamaşaçıların marağına səbəb olub

8 aprel
.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

18 aprel