"Münaqişənin həllində irəliləyişlər yoxdur, toqquşma riski artıb"-RƏY

"Münaqişənin həllində irəliləyişlər yoxdur, toqquşma riski artıb"-RƏYMayın 18-də Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə videokonfrans formatında görüş keçirib.

Görüşdə tərəflər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi, eləcə də qarşıdan gələn aylarda, qlobal pandemiya sonrası atılacaq addımları müzakirə ediblər.

Artıq ilin 5-ci ayı başa çatmaqdadır və bu müddətdə münaqişənin həlli ilə bağlı prosesi analiz etməyə etiyac var. Məsələ ondadır ki, ilin əvvəlində Ermənistan və Azərbaycan arasında intensiv danışıqlar baş verib. Lakin sonradan bu proses pandemiya səbəbindən səngiyib, lakin eyni zamanda Ermənistan hakimiyyəti də müxtəlif cəhdlərlə danışıqlar prosesini zəiflətməyə cəhd edir.

Bu barədə politoloq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, aparılan danışıqlar əslində imitasiya xarakteri daşıyır:

"Koronavirusa görə görüşlər videokonfrans vasitəsilə keçirilib ki, onun da elə bir ciddi nəticəsi olmayıb. Təsəvvür edin, atəşkəs pozulur, ermənilər yenidən təxribatlarla məşğul olurlar və 21-i növbəti təxribata hazırlaşırlar. Dırnaqarası seçdikləri prezidentin Şuşada andiçmə mərasimi keçiriləcək və Paşinyan da bu tədbirdə iştirak edəcək. Bunun özü belə təxribatdır. Çox təəssüf ki, vasitəçilər bu təxribatın qarşısını almırlar və almaq istəmirlər. Belə şəraitdə aydındır ki, vasitəçilərlə keçirilən videokonfransın, onlayn görüşlərin heç bir əhəmiyyəti yoxdur. Şuşa, Laçın, Kəlbəcərdə ermənilər məskunlaşdırma siyasəti həyata keçirir. Vasitəçilərin planına görə bu şəhərlər boşaldılmalı, azərbaycanlılar geri qayıtmalıdırlar.

Amma məskunlaşdırma siyasəti aparılırsa, deməli erməni separatçıları bu bölgələri də boşaltmaq istəmirlər. Vasitəçilər çox təəssüf ki, buna da reaksiya bildirmirlər. Həmçinin Dağlıq-Qarabağda saxlanılan iki girovun qaytarılması məsələsi də hələ açıq qalır ki, vasitəçilər bu məsələyə də aydınlıq gətirmirlər. Bütün bunlar varkən münaqişənin həllində danışqlarda irəliləyişlər gözləmirəm. Yenə də toqquşma riski artıb. Azərbaycan hərbi təlimlərə başlayıb. Erməni separatçıları buna cavab olaraq təlimlər keçirir. Hər iki tərəf başa düşür ki, danışıqlarda nəticə yoxdur və mümkün toqquşma ehtimalı hər keçən gün daha da artır".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1270   Tarix: 20 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev Gəncədə Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub. Bu barədə AZƏRTAC məlumat yayıb

9 aprel
.

Gəncə MDB-nin idman paytaxtı olacaq

Azərbaycanın Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı olacaq. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunları barədə danışarkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Biz Gəncə şəhərinin 2025-ci ildə

12 aprel
.

Prezident İlham Əliyev Gəncə İdman Sarayının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə İdman Sarayının açılışında iştirak edib. Bu barədə AZƏRTAC məlumat yayıb

9 aprel
.

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görüləcək işlər barədə məluma

16 aprel
.

Yeni hakim təyinatları olub - Siyahı

Bakı, Gəncə, Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Bakı İnzibati Məhkəməsinin hakimlər

5 aprel
.

Aİ nümayəndəliyi: "Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur"

"Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə, inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazımdır". Bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos "Joxovurd" nəşrinə müsahibəsind

16 aprel
.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

16 aprel
.

İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Mövlud Cavuşoğluy

5 aprel
.

Qazaxıstan prezidenti: "Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan İrəvana səfəri ərəfəsində "Armenpress" agentliyinə müsahibəsində deyib.

13 aprel