İşğal edilmiş Azərbaycan ərazisində xəstəxana tikdirən erməni iş adamının MƏHKƏMƏSİ

İşğal edilmiş Azərbaycan ərazisində xəstəxana tikdirən erməni iş adamının MƏHKƏMƏSİABŞ-ın Yuta ştatının Federal Bölgə Məhkəməsində erməni əsilli amerikalı biznesmen Levon Termencyanın məhkəmə prosesi keçirilmişdir. Məhkəmə prosesində Kaliforniyada fəaliyyət göstərən "Noil Energy Group" və digər şirkətlərin rəhbəri olan L.Termencyan Yuta ştatında fəaliyyət göstərən "Washakie Renewable Energy" şirkətinin rəhbərləri olan Ceykob və İsaiyə Kinqston qardaşları ilə birgə 2010-2016-cı illərdə 1 milyard dollar dəyərində vergi saxtakarlığı etməkdə təqsirli bilinmişlər. 2018-ci ilin avqustunda Federal Təhqiqatlar Bürosu tərəfindən həbs edilən L.Termencyanın məhkəmə prosesi bu ilin yanvar ayında başlamışdır.

- Cənubi Kaliforniya Universitetinin tərkibində fəaliyyət göstərən Erməni Araşdırmaları İnstitutunun əməkdaşı, Bakı ermənisi olan Emil Sanamyanın "Twitter"də paylaşdığı məlumatda və "YouTube"da yerləşdirilmiş filmdə göstərilir ki, Ermənistanda anadan olmuş və 14 yaşında Los Anceles şəhərinə köçmüş L.Termencyan və qardaşı Qriqor Termencyan 2000-ci illərdə Hayastan Ümumerməni Fondu vasitəsilə Azərbaycanın işğal olunmuş keçmiş Ağdərə rayonunda xəstəxana tikintisi və Ermənistan ərazisində internat evinin inşası layihələrinə dəstək vermişlər.

- L.Termencyan və Kinqston qardaşları ABŞ hökumətinin ənənəvi yanacağa alternativ daha təmiz yanacağın istehsalını təşviq etmək məqsədilə yaratdığı və bioyanacaq istehsal edən şirkətlərə istehsalın həcminə görə müəyyən məbləğin geri ödənməsini nəzərdə tutan vergi krediti proqramından istifadə edərək, milyonlarla ton bioyanacağı ölkə daxilində müxtəlif limanlara nəql etməklə və xarici ölkələrə daşıyıb geri qaytarmaqla, habelə, müvafiq sənədləri saxtalaşdırmaqla, həmin yanacağın istehsal və satışını həyata keçirdikləri ilə bağlı dövlətə yalan məlumatlar vermiş və sözügedən proqram vasitəsilə külli miqdarda vəsait mənimsəmişlər.

- Kinqston qardaşları məhkəmə prosesində sözügedən saxtakarlıqları L.Termencyanın göstərişi ilə həyata keçirdiklərini və onun başda Türkiyə olmaqla bir sıra xarici ölkələrdəki şəxsi və ya digər hesablarına milyonlarla dollar vəsait köçürdüklərini etiraf etmişlər. Kinqston qardaşlarının sözlərinə görə L.Termencyan hüquq-mühafizə orqanlarında əlaqələrinin olduğunu, həyata keçirdikləri qanunsuz əməllərə görə narahatlığa əsas olmadığını bildirmiş və onları qoruyacağına söz vermişdir. Bunun müqabilində Kinqston qardaşları L.Termencyanm Türkiyə və Lüksemburqdakı hesablarına 134 milyon ABŞ dolları məbləğində "zəmanət" pulu köçürmüşlər. L.Termencyan və Kinqston qardaşlarına yaxın gələcəkdə hökm oxunacağı gözlənilir.

- L.Termencyanın 2018-ci ildə həbsindən sonra onun Türkiyədə fəaliyyət göstərən "Palmali" şirkəti ilə əməkdaşlığı barədə iddialar yayılmışdır. Belə ki, 2016-cı ildə ABŞ-da "Palmali USA" şirkəti yaradılmış və Kaliforniya ştatında qeydiyyatdan keçmişdir. Kaliforniya Ştat Katibliyinin rəsmi internet saytında yerləşdirilmiş sənəddə "Palmali USA" şirkətinin rəhbərinin L.Termencyanın oğlu Corc Termencyan olduğu qeyd edilmişdir. Həmin internet saytında 2019-cu ilin martında şirkətin qeydiyyatının ləğv edildiyini göstərən digər sənəddə isə onun C.Termencyan tərəfindən imzalandığı görünür.

- Türkiyə mətbuatının məlumatına əsasən C.Termencyan atasının məhkəmə prosesində verdiyi açıqlamada "Palmali USA" şirkətini onun göstərişi ilə Palmali şirkətinin sahibi Mübariz Mənsimovla birgə qurduğunu bildirmişdir. M.Mənsimov isə bunun ABŞ-dakı erməni diasporu tərəfindən onun əleyhinə istifadə olunması məqsədilə təşkil edildiyini bildirmişdir.

- L.Termencyanın Türkiyədəki digər iş ortağı da Türkiyənin nəhəng "SBK Holding" şirkətlər qrupunun rəhbəri, Türkiyənin hakim dairələrinə yaxınlığı ilə seçilən Sezgin Baran Korkmaz olmuşdur və bu ortaqlığın nəticəsində L.Termencyan 2013-cü ildə ABŞ-da "SBK Holding USA" şirkətini yaratmışdır.

- S.Korkmazın adı 2017-ci ildə ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik Məsələləri üzrə keçmiş müşaviri Maykl Flinin məhkəmə prosesində hallanmışdır. Belə ki, S.Korkmazın iş ortağı olduğu iddia edilən Türk-Amerikan Biznes Şurasının sədri, biznesmen Ekim Alptekinin "Inovo BV" şirkəti 2016-cı il ABŞ-ın prezident seçkilərindən öncə M.Flinin "Flynn Intel Group" konsaltinq şirkəti ilə "Fətullah Güləni araşdırmaq üçün" yarım milyonluq müqavilə bağlamışdır. - Həmçinin,D.Trampın seçki kampaniyasına qoşulan və M.Flinin şirkətində çalışan Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Ceyms Vulsi 20 sentyabr 2016-cı il tarixində S.Korkmaz və E.Alptekin ilə görüşərək, F.Gülən əleyhinə lobbiçilik fəaliyyəti göstərməyə razılığını bildirmişdir. Bununla yanaşı, C.Vulsi 2017-ci ildəki açıqlamasında qeyd etmişdir ki, M.Flin 2016-cı ilin sentyabrında Nyu-York şəhərində Türkiyənin Xarici işlər və Enerji nazirləri ilə görüşərək, F.Gülənin Türkiyəyə ekstradisiyası məsələsini müzakirə etmişdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1421   Tarix: 21 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO

Bakıda yeni elektrik avtobusu istifadəyə verilib. -ın məlumatına görə, avtobus parkının yenilənməsi çərçivəsində 5 nömrəli marşrut xəttinə narıncı rəngli elektrikli sərnişin avtobusu buraxılıb. Qeyd edək ki, sərnişin avtobusu Çinin "Zhongtong" şirkətinin istehsalıdır

29 mart
.

Paşinyanı tənqid edən erməni polkovnikin evində axtarış aparılıb - VİDEO

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan ordusunun ehtiyatda olan polkovniki Volodya Avetisyanın evində axtarış aparıblar. V.Avetisyan axtarış zamanı yaşanan hadisələri telefonuna çəkərək öz "Facebook" səhifəsində paylaşıb. V.Avetisyan baş verənlərə görə, Ermənistanı

29 mart
.

Şimşək, yağış, 25° isti - Sabahın havası

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəy

29 mart
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

29 mart
.

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə v

29 mart
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

29 mart
.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

29 mart
.

YAP seçki hazırlığına başladı: Siyahı hazırlanır...

Bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin ilkin siyahısının müəyyənləşdirilməsinə başlanılıb. Bu barədə "Gününsəsi.info" saytı hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Qeyd olunur ki, 125 seçki dairəsi üzrə haki

29 mart
.

"Seyran Ohanyan həbs olunmalı və layiq olduğu cəzanı almalıdır" - DEPUTAT

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib.Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki

29 mart