"2 aydır valideynlərimi görmürəm" - FOTO
Braziliyada yaşayan Elaine Oliveira adlı tibb bacısı qoruyucu geyimdə çəkdiyi selfini sosial şəbəkədə yayaraq insanları evdə qalmağa səsləyib.
Sonxeber.az milli.az-a istinadla xəbər verir ki, Fortaleza şəhərindəki xəstəxanada işləyən 33 yaşlı tibb bacısı hər kəsin evdə qalması üçün yalvarıb.
"2 aydır valideynlərimi görmürəm, onlar üçün çox darıxmışam. Mən burada bunları yazarkən kolleqalarım iş başındadır və kiminsə həyatını xilas edirlər", - deyə üsyan edib.
"Mən alqış və ya tərif gözləmirəm, mənim istədiyim tək şey sizin evdə qalıb, özünüzü qorumağınızdır", - tibb bacısı insanları xəstəliyə ciddi yanaşmağa çağırıb.
Braziliya koronavirusa yoluxanların sayına görə ilk üçlüyə daxil olub. Ölkədə koronavirusdan ölənlərin sayı 18 mini keçib, xəstəxanalarda yer qalmayıb. Bir müddət əvvəl Braziliyanın Amazonas əyalətinin mərkəzi şəhəri olan Manaosda Covid-19-dan ölənlər üçün kütləvi məzar qazılmağa başlayıb.
Qeyd edək ki, koronavirusu ciddi qəbul etməyən ölkə başçısı Jair Bolsonaro bir müddət əvvəl sosial izolyasiya tədbirlərinin keçirilməsinə etiraz məqsədi ilə təşkil olunan aksiyada iştirak edib. O, həmçinin xalqa "evdə qal" çağırışı edən səhiyyə naziri Luiz Henrique Mandetta-nı işdən qovub.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 3784 Tarix: 21 may 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşXalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO
"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"
24 aprel"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb
23 aprelTürkiyənin ilk astronavtı Azərbaycana gələcək
Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini
24 aprelBaş nazir iclas keçirdi: Sədr məruzə etdi
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərin 2023-c
24 aprelBu ərazilərdə qaz olmayacaq
Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da
23 aprel