İctimai nəqliyyat karantin rejimindən hansı nəticələri çıxarmalıdır?

İctimai nəqliyyat karantin rejimindən hansı nəticələri çıxarmalıdır?Ərşad Hüseynovdan tövsiyyələr

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı elan olunmuş karantin rejimi tədricən yumuşaldılır. Pandemiya şəraitində ictimai nəqliyyat vasitəsilə insanların təhlükəsiz və rahat daşınması üçün bir sıra işlər görüldü.

Bəs karantin rejimi ictimai nəqliyyatda hansı çətinlikləri üzə çıxardı? Koronavirus təhlükəsi aradan qalxdıqdan sonra ictimai nəqliyyatda mərhələli şəkildə hansı planları icra etmək daha məqsədəuyğun olar?

Məsələ ilə bağlı avtosfer.az saytına açıqlama verən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, nəqliyyat infrastrukturu və yol nəqliyyat təsərrüfatı istənilən fövqəladə hallara və çətinliklərə hazır olmalıdır: "Koronavirus pandemiyası bunu bir daha sübut etdi. Hazırda ictimai nəqliyyatın, taksi fəaliyyətinin və yol hərəkətinin təşkili və ona nəzarət Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən həyata keçirilir. Pandemiyadan əvvəl mövcud olan bu işlər sistemli şəkildə davam etdirilməlidir. Xüsusən, ictimai nəqliyyata və taksi fəaliyyətinə xüsusi diqqət yetirilməli və pandemiya dövründə ortaya çıxan çətinliklərdən dərs çıxarılmalıdır".

Ekspertin sözlərinə görə, metropolitenin fəaliyyətinin müvəqqəti dayandırıldığı və bu yükün avtobuslara ötürüldüyü karantin dövründə daşıyıcı şirkətlərlə bağlı maraqlı bir hal müşahidə olundu: "Avtobus parkı, istehsalat bazası və qaraj təsərrüfatı daha yaxşı olan daşıyıcılar rahat çalışdı. Bu, digər daşıyıcılara istehsalat bazasını gücləndirmək üçün dərs olmalıdır. Kiçik daşıyıcılar birləşməli və böyüməlidir ki, çətinliklərin və tələblərin öhdəsindən gələ bilsinlər".

Ə. Hüseynov taksi fəaliyyəti ilə bağlı da maraqlı dərslərin ortaya çıxdığını bildirdi: "Nazirlər Kabinetinin qərarı ilə taksi fəaliyyəti ilə məşğul olmaq sərbəstdir. Karantin dövrü isə minlərlə taksinin qanunsuz fəaliyyət göstərməsi faktını ortaya çıxardı. Bu taksilər heç bir yerdə qeydiyyatda deyillər və vergi ödəmirlər. Karantin dövründə onların taksi fəaliyyəti ilə məşğul olduqda cərimələnəcəkləri deyildi ki, bu da müəyyən ajiotaj yaratdı. BNA bu işi təhlil edərək gələcəkdə taksi fəaliyyətinin qanun çərçivəsində həyata keçirilməsini təmin etməlidir. Məsələn, pandemiya dövründə taksi minik avtomobillərinin dezinfeksiya edilməsinə, sərnişin və sürücü arasında arakəsmənin tətbiq olunmasına ehtiyac yarandı. Bunu tək-tək taksi sürücülərinin etməsi çətindir. Buna görə də, taksi fəaliyyətində təşkilatlanmaya ehtiyac var. Bakıda taksimator parklar yaranmalı, real taksi şikətləri formalaşmalıdır. Həmçinin sürücülərin gündəlik tibbi, avtomobillərin isə gündəlik texniki yoxlanılması işlərini həyata keçirə bilən qaraj təsərrüfatı olmalıdır. BNA da bu işdə həm qanunvcericilik bazası, həm də fəaliyyəti ilə taksi fəaliyyətinə dəstək verməlidirlər ki, gələcəkdə taksi fəaliyyətində intizam yaransın".

"Həmçinin hərəkətin təşkili, qanunsuz parklanmaya qarşı görülən işlər davam etməlidir. Karantin dövründə qanunsuz parklanmaya görə cərimələr olunmurdu. Artıq hərəkət intensivliyi artdığı üçün cərimələr bərpa olunub. Yolun hərəkət hissəsində parklanma qaydalarını ciddi şəlkildə pozmaqla nəqliyyat axınlarına mane olan sürücülər barəsində tədbirlər görülür. Parklanma ilə bağlı sürücülər arasında təbliğat və təşviqat işləri aparılmalıdır ki, belə problemlər yaranmasın. Həmçinin küçələrdə, yollarda svetoforların işində təkmilləşməyə ehtiyac var ki, bu proses davam etməli, nişanlar, xətlər və s. üzrə gündəlik cari və planlı təhlillər aparılmalıdır. Təkmilləşdirmə işləri görülməlidir ki, yollarda təhlükəsizlik təmin olunsun", -deyə ekspert əlavə edib.

Ə. Hüseynov vurğulayıb ki, fərdi avtomobillərdən istifadənin mümkün qədər azaldılması və ictimai nəqliyyata marağın artması üçün avtobus zolaqlarının rolu müstəsnadır: "BNA 5 ilə yaxındır ki, avtobus zolaqlarının yaradılması istiqamətində müəyyən təhlillər aparır və bu sahədə ideyalar mövcuddur. Həmin ideyanı əlaqəli qurumlarla birlikdə həyata keçirməyə başlamaq lazımdır. Avtobusların fasiləsiz hərəkətinin təmin olunması və tıxaclarda vaxt itirməməsi üçün xüsusi zolaqların tətbiq olunması ictimai nəqliyyata marağı artıra bilər. Koronavirus təhlükəsi aradan qalxdıqdan sonra ictimai nəqliyyatdan istifadə də artacaq. Bu zaman ictimai nəqliyyatın daha operativ, əlçatan və rahat olmasında xüsusi zolaqların yaradılmasının önəmli rolu ola bilər. Bu da insanlarda fərdi nəqliyyat vasitələri ilə müqayisədə ictimai nəqliyyata daha çox üstünlük verilməsi meyilləri yaradacaq. Xüsusi zolaqların çəkilməsi perspektivi mütləq şəkildə gündəlikdə olmalı, paytaxtda xüsusi zolaq şəbəkəsi qurulmalıdır ki, müsbət effektlər hiss olunsun".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1099   Tarix: 21 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021