Bakıda oğurluq etdiyi əşyaları "İnstagram"da satan şəxs saxlanıldı - FOTO

Bakıda oğurluq etdiyi əşyaları "İnstagram"da satan şəxs saxlanıldı - FOTOSabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan paytaxt sakini Səbuhi Hüseynovun evindən oğurluq edilib.

Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Zərərçəkən ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə şikayət edərək bildirib ki, evin plastik pəncərəsini sındırıb içəri daxil olan naməlum şəxs mənzildən ümumi dəyəri 1 200 manat olan qızıl-zinət əşyalarını oğurlayıb. Eyni zamanda, həmin qəsəbədə yaşayan daha 5 nəfər oxşar məzmunlu şikayətlərlə polisə müraciət edərək müxtəlif vaxtlarda onların da mənzillərindən pul və digər qiymətli əşyalar oğurlandığını bildiblər.

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiklər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini Elşən İsayev qısa zamanda tutularaq istintaqa təqdim edilib. O, təkzibedilməz faktlar və mötəbər sübutlar qarşısında törətdiyi qanun pozuntularını etiraf edərək ümumilikdə 6 evdən oğurluq etdiyini bildirib.

Araşdırma zamanı müəyyən olunub ki, Elşən İsayev evlərdən oğurladığı qızıl-zinət əşyalarının bir qismini "İnstagram" sosial şəbəkəsində satıb. Əldə etdiyi pul vəsaitlərini isə şəxsi ehtiyaclarına xərcləyib. Onun ümumilikdə zərərçəkənlərə 9 min manata yaxın maddi ziyan vurduğu məlum olub.

Elşən İsayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Bakıda oğurluq etdiyi əşyaları "İnstagram"da satan şəxs saxlanıldı - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 946   Tarix: 21 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18 aprel
.

Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların ödənilməsinin yubanması iddiaları ilə bağlı açıqlama yayıb. Qafqazinfo-ya istinadən xəbər verir ki, fondun mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarını

18 aprel
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18 aprel
.

Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Bu barədə "Qafqazinfo"ya onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əld

18 aprel
.

Aytən Səfərovanın aparıcısı olduğu verilişdə açıqlama: "Səhhətində ciddi problemlər yaranıb" - VİDEO

Aytən Səfərovanın aparıcısı olduğu "Xəbər ertəsi" verilişində ilk dəfə onun qəzaya düşməsi ilə bağlı açıqlama verilib. xəbər verir ki, bu barədə Səfərova ilə verilişi təqdim edən həmkarı Mehman Rəsulov danışıb. O baş verən hadisənin "Xəzər tv" kollektivini və onu çox üzdüyünü qey

18 aprel
.

Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı

"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin". "Olay" bildirir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, həmçinin ötən gün vəfat edən sabi

18 aprel
.

Bu şəxsləri böyük cərimələr gözləyir: "30 min manat verib obyekt işlədirəm..." - VİDEO

Şəhərin mərkəzi hissələrində parklanma yerləri salınsa da, ətraf ərazilərdə bu problem hələ də qalmaqdadır. Xüsusən iri bazarların ətrafında yerli-yersiz parklanmalar səbəbindən nə maşınlar keçə bilir, nə də piyadalar. Vəziyyəti qəlizləşdirən məsələ obyektlərin qarşısındakı ərazilərin dolmasıdır. 8 k

18 aprel
.

"Gec-tez Fransa Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etdiyini qəbul etməlidir" - DEPUTAT

"Fransa Azərbaycandakı səfiri Ann Buayonu məsləhətləşmələr üçün geri çağırıb". Bunu -a danışan deputat Aydın Hüseynov bildirib. Deputat qeyd edib ki, Fransanın məsləhətləşməsi nə ilə bitəcəyi məlum deyil:. "Amma Azərbaycanın xarici siyasəti və diplomatik addımları məlumdur. Azərbaycanı

18 aprel
.

Polis 21 yaşlı qızı axtarır

Hacıqabulda 21 yaşlı qadın itkin düşüb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, rayon sakini, 2003-cü il təvəllüdlü Təhməzova Tünzalə İlham qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. T. Təhməzovanın əlamətləri belədir: boyu 17

18 aprel