"Rusiya Amerikanın formalaşdırdığı təkqütblü dünyanı çoxqütblü dünyaya çevirmək istəyir"-RƏY

"Rusiya Amerikanın formalaşdırdığı təkqütblü dünyanı çoxqütblü dünyaya çevirmək istəyir"-RƏY"Bloomberg" agentliyinin məlumatına görə, Çin informasiya savaşını gücləndirmək məqsədilə sosial mediada yeni layihələr həyata keçirir. Qərbin analitik mərkəzləri Çindən ötürülən dezinformasiyaların artdığını müşahidə etdiklərini bildirirlər. Bu sırada kiberhücumların da artdığı gələn xəbərlər arasındadır.

Bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, Qərbin ancaq bir araşdırma mərkəzinin 25 aprel-3 may tarixləri arasındakı qısa tədqiqatı nəticəsində "Twitter"də Çindən dezinformasiya yayan 1000-ə yaxın saxta hesab aşkarlandığı üzə çıxıb. Hər gün aşkarlanan oxşar hesabların sayı yüzlərlədir. Çin həmin şəbəkəni genişləndirmək siyasəti yürüdür. Mart və may aylarında həmin şəbəkə xüsusi fəallığı ilə seçilib göstərib. Bu o aylardır ki, koronavirus dünyada daha geniş yayılmışdı. Bu prosesdə Çin Mərkəzi Televiziyası və Çin Qlobal Televiziya Şəbəkəsi də fəal iştirak edirlər. Məlumatlar əsasən ingilis dilində yayılır.

Qərbli mütəxəssislər hesab edirlər ki, Çin kiberhücumlar və saxta hesablar açıb dezinformasiya yaymaq təcrübəsini Rusiyadan öyrənib. Həqiqətən Rusiyada hakimiyyətə bağlı internet resurslar kiberhücumlar və saxta xəbər yaymaqda Amerikada və Avropa ölkələrində "ad qazanıblar".

Çin Xarici İşlər Nazirliyi kiberhücumlarla bağlı ittihamları rədd edir. Eyni açıqlamanı illərdir Rusiya Xarici İşlər Nazirliyi də səsləndirir. Ancaq reallığın fərqli olduğunu hamı bilir. Yayılan xəbərlərdə yalnız Qərb ölkələri deyil, Honkonqda Pekin əleyhinə mitinq və küçə yürüşləri təşkil edənlər də hədəf götürülür.

Bu arada, ABŞ Dövlət Departamenti növbəti analitik hesabatını yayınlayıb. Hesabat Amerikanın Çin və Rusiyaya qarşı strateji rəqabətinin ana xətlərini müəyyənləşdirib.
Hesabatda yazılır ki, Çinin və Rusiyanın hərbi və texnoloji inklişafı Amerika və liberal dünya üçün ciddi təhlükə yaradır. Vaşinqtonda bu qənaətə gəliblər ki, Çin və Rusiya hər yerdə Amerikanın planlarını pozmaqla məşğuldurlar. O da maraqlıdır ki, hesabatda hər iki ölkə faktiki Amerikaya bərabər səviyyəli rəqib kimi dəyərləndirilib. Halbuki, son illərə qədər Rusiya Amerikanın rəqibi sayılmırdı. SSRİ dağıldıqdan sonra müstəqilliyini qazanan Rusiya Amerika ilə ayaqlaşa bilmirdi. Tam tərsinə, ağıq iqtisadi vəziyyətdə olan Rusiya Amerikadan maliyyə yardımı xahiş edirdi. Vladimir Putinin hakimiyyətə gəlişi ilə durum dəyişdi. Rusiyanın Gürcüstanla apardığı müharibə, Krımı ilhaq etməsi və Suriyaya qoşunlarını yeritməsi Amerikanın

Kremlə baxışını dəyişdirdi. Hazırda Rusiya Amerika üçün Çin qədər ciddi başağrısıdır.
Hesabatda bunlar qeyd edilib: "Çin və Rusiya beynəlxalq nizama qarşı çıxırlar. Pekin və Moskva Amerikanın siyasi sisteminə təhdid yaradırlar. Ona görə də Amerika bu iki dövlətin yaratdığı problemlərin həllinə yaradıcı yanaşmalıdır. Çinin və Rusiyanın dünyadakı liberal dəyərlərə yönəlik dağıdıcı siyasətinə qarşı tutarla addımlar atmalıyıq. Hər iki dövlət iqtisadi və hərbi texnologiyaların oğurlanmasıyla da məşğuldurlar. Digər tərəfdən Çin və Rusiya son 20 il ərzində geosiyasi güclərini artırıblar. Bu da Amerikanın maraqları əleyhinə yönəlib".
Hesabat müəllifləri hesab edirlər ki, Rusiya Amerikanın formalaşdırdığı təkqütblü dünyanı çoxqütblü dünyaya çevirmək istəyir. Aydındır ki, Rusiya SSRİ kimi Amerikaya meydan oxuyub ikiqütblü dünya formalaşdıra bilməyəcək. Ona görə də Kremli müxtəlif dövlətlərlə müxtəlif birliklər formalaşdıraraq Amerikanın bölgələrdəki maraqlarını neytrallaşdırmağa çalışır. Bu prosesdə Çin Rusiyanın təbii müttəfiqidir.

Hesabat müəllifləri Rusiyanın yaxın qonşularını öz orbitinə çəkməyə çalışdığı qənaətindədirlər. Bu siyasi yolla alınmadıqda hərbi yola üstünlük verir. Gürcüstan və Ukrayna bunun bariz nümunəsidir. Hesabat müəllifləri hesab edirlər ki, Kremlin digər hədəfi Avropa ölkələri ilə Amerikanın arasını vurmağa çalışmasıdır.
Dövlət Departamenti bu tezislərdən çıxış edərək Çin və Rusiya ilə iki prinsip əsasında mübarizə aparılmasını vacib sayır.
Birincisi, Amerika diplomatiyası elə etməlidir ki, Vaşinqtonun tərəfdaşları Rusiya və Çinin təsiri altına düşməsinlər. Bu məqsədlə Amerikanın tərəfdaş ölkələrlə siyasi və iqtisadi əlaqələrini gücləndirməsi tövsiyyə edilir.

İkincisi, təklif edilir ki, Amerika tərəfdaş ölkələrə silah və hərbi texnika satışını gücləndirsin. Çünki, Çin və Rusiya silah bazarında ildən ilə fəallaşırlar. Yəni bu iki ölkə boşluğu dolduqmaq üçün bütün imkanlarını səfərbər ediblər. Dövlət Departamenti təklif edir ki, Vaşinqton tərəfdaşlarını silah bazarında Çin və Rusiyanın aqressiv siyasətindən daha fəal şəkildə qorusun.
Beləliklə, Dövlət Departamenti həyəcan təbili çalır, dünyanı Çin və Rusiyanın aqressiv siyasətindən qorumağa çalışır. Ancaq bu siyasəti kim reallaşdıracaq? ABŞ preziedenti Donald Trampın əsas şüarı və hədəfi "birinci növbədə Amerikadır". Ağ Ev sahibini Amerikanın tərəfdaş dövlətlərini Çin və Rusiyanın ambisiyalarından qorumaq kimi dərdi yoxdur. Belə olan halda Çin və Rusiyanı durdurmaq çətin olacaq. Ancaq koronavirus epidemiyası Çinlə Rusiyanın gücünün və təsir imkanlarının məhdud olduğunu da göstərdi".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin
Siyasət   Baxılıb: 818   Tarix: 21 may 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

İlham Əliyev onu nazir müavini TƏYİN ETDİ

Azərbaycanın Energetika nazirinə yeni müavin təyin edilib.. . Sonxeber.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə nazir müavini Gülməmməd Cavadov vəzifəsindən azad edilib, Kamal Abbasov Energetika nazirinin müavini təyin olunub.

21 may

Rüstəm Usubov vəzifəsindən azad edildi - SƏBƏB

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin birinci müavini Rüstəm Usubovun və digər müavinlərinin vəzifədən azad olunması üçün Prezident İlham Əliyevə təqdimat göndərməsi haqda informasiya yayılıb.. . Axar.az xəbər verir ki, sosial şəbəkələrdə Rüstəm Usubovun 65 yaşının olması səbəbindən təqaüd

21 may

"Türkiyə regionda geosiyasi, iqtisadi enerji maraqlarını müdafiə edir"-RƏY

Liviyada Türkiyənin dəstəklədiyi Milli Razılıq Hökuməti qüvvələri general Xəftər qüvvələri ilə müharibədə üstünlüyü ələ alır. Son günlərdə MRH qüvvələri 2014-cü ildən bu yana Xəftər qüvvələrinin nəzarətində olan strateji əhəmiyyətə malik Vattiyə hərbi hava bazasını geri alıb. Bu, son zamanlarda müharibəni

21 may

İldırımzadənin yerinə o təyin edildi

Baş prokuror Kamran Əliyev Xətai rayonuna yeni prokuror təyin edib.. . Sonxeber.az-ın Sabah.az-a istinadən məlumatına görə, bununla bağlı Baş prokuror müvafiq əmr imzalayıb.. . Əmrə əsasən, Astara rayonu prokuroru Qabil Qasımov Xətai rayonuna yeni prokuror təyin edilib.. . Qeyd edək ki, Xətai rayon

21 may

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.. . Bu barədə Sonxeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib. . . Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərd

21 may

"İki qardaş ölkə arasında hərbi əməkdaşlıq regionda yeni siyasi-hərbi nizam formalaşdırır"-RƏY

Yüksələn xətlə inkişaf edən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı ikitərəfli strateji müttəfiqliyin mühüm tərkib hissəsidir. Bunu Naxçıvan Muxtar Respublikasının ərazisində Türkiyə istehsalı olan təkrar istifadə edilə bilən daşıyıcı raketlərin yerləşdirilməsi də təsdiq edir.. . "Jamestown Foundation"

20 may

"Münaqişənin həllində irəliləyişlər yoxdur, toqquşma riski artıb"-RƏY

Mayın 18-də Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə videokonfrans formatında görüş keçirib.. . Görüşdə tərəflər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi, eləcə d

20 may

ABŞ COVID-19 ilə mübarizə üçün Azərbaycana vəsait ayırdı

ABŞ Azərbaycana koronavirusla mübarizə üçün tibbi və humanitar yardım şəklində, təxminən, 3,6 milyon ABŞ dolları ayırıb.. . "Report" xəbər verir ki, bu, ABŞ Dövlət Departamentinin mayın 19-da yaydığı məlumatda göstərilib.. . Qeyd olunub ki, ümumi məbləğdən 3 milyon ABŞ dolları tibbi yardım

20 may

Rusiyanın Baş naziri koronavirusdan SAĞALDI

Rusiyanın Baş naziri Mixail Mişustin koronavirusa görə müalicə aldığı xəstəxanadan evə buraxılıb.. . Sonxeber.az xəbər verir ki, Baş nazirin mətbuat katibi Boris Belyakov jurnalistlərə Mişustinin koronavirus müalicəsinin tamamlandığını və xəstəxanadan evə buraxıldığını söyləyib.. . Baş nazirin iş yerin

19 may