"Paşinyanın Şuşada tədbir keçirməsi müharibəni yaxınlaşdırır"-RƏY

"Paşinyanın Şuşada tədbir keçirməsi müharibəni yaxınlaşdırır"-RƏYDünən Ermənistanın Azərbaycanın işğal olunmuş Şuşa şəhərində qondarma rejimin "andiçmə" mərasimi təşkil edilib.

"Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 21-də işğal altındakı Şuşaya gəlişi və bu şəhərdə Dağlıq Qarabağın yeni seçilən "prezidenti" Araik Aratunyunanın andiçmə mərasiminin keçirilməsi müharibəyə dəvətdir".

Bu sözləri politoloq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlamasında deyib.

Politoloq bildirib ki, son tədbir erməni separatçılarının və baş nazir Nikol Paşinyanın təxribatı idi. Çünki keçmiş illərdə də Dağlıq Qarabağda "prezidentin" andiçmə mərasimi təşkil edilir və bu tədbirlər ermənilərin yaşadığı Xankəndidə keçirilirdi. Bu dəfə isə "andiçmə" mərasimini Şuşada təşkil etdilər. Halbuki, beynəlxalq vasitəçilərin hazırladığı bütün həll planlarına görə, Şuşa boşaldılmalı və azərbaycanlılara qaytarılmalıdır".

Politoloq, Nikol Paşinyanın "andiçmə mərasimi"nin Şuşada keçirməkdə iki məqsədi olduğunu qeyd etdi:
"Birinci məqsəd, erməni separatçıları Şuşanı Dağlıq Qarabağın paytaxtı etmək istəyirlər. İkinci məqsəd, Erməni separatçıları göstərmək istəyirlər ki, Şuşanı azərbaycanlılara qaytarmayacaqlar.

Nikol Paşinyan hər açıqlamasında bildirir ki, Azərbaycanla müharibənin əleyhinədir və Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etmək istəyir. Ancaq Paşinyanın Şuşada tədbir keçirməsi müharibəni yaxınlaşdırır. Çünki ermənilərin təxribatlarına uzun müddət dözməyin də bir limiti var. Nikol Paşinyan mayın 21-də "Pandora qutusunu" açdı. Azərbaycan cəmiyyəti hakimiyyətdən mayın 21-də Şuşada tədbir keçirən ermənilərə qarşı ciddi tədbirlər görməyi tələb etdi. Sosial şəbəkələrdə hətta "Şuşanı vurun!" təbliğatı aparıldı. Əlbəttə, müharibənin riskləri var. Ancaq bu risklər Azərbaycanı qətiyyətli addımlardan çəkindirməməlidir. Digər tərəfdən ermənilər Şuşada tədbir keçirəndə həm də onu düşünüblər ki, bölgədə koronavirus yayıldığı dövrdə Azərbaycan müharibəyə başlamayacaq. Onların bu düşüncələrinin yanlış olduğunu elə onların özünə sübut etməliyik.

Azərbaycan Xarici İşlər Nazirliyi təkrarlanan bəyanatlarından birini yaydı. Növbəti bəyanat cəmiyyəti məmnun etmədi. Çünki XİN-nin bəyanatları təkrarlanır, bu isə münaqişənin həllini yaxınlaşdırmır. Azərbaycan cəmiyyətində belə fikir var ki, hazırki dövrdə söz sahibi Xarici İşlər Nazirliyi deyil, Müdafiə Nazirliyi olmalıdır. Azərbaycan ordusu bugünlərdə genişmiqyaslı təlimlər keçirir. Görünür, Azərbaycanın hakimiyyət dəhlizlərində düşünüblər ki, bu hərbi təlimlər Nikol Paşinyanı Şuşada "andiçmə mərasimi" keçirməkdən yayındırmalı idi. Ancaq bu Paşinyanın və Xankəndidəki separatçıların planlarına mane olmadı.

Azərbaycan Dağlıq Qarabağın yollarına nəzarət edə bilmir. Buna baxmayaraq, Azərbaycanın hərbi hava qüvvələri Dağlıq Qarabağın səmasına nəzarət edə bilər. Hərbi təyyalərin Dağlıq Qarabağ səmasında mütəmadi uçuşları erməni separatçılarına¸ Ermənistan hakimiyyətinə, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrlərinə ciddi xəbərdarlıq olar. Erməni separatçıları Azərbaycanın hərbi təyyarəsini vursalar, bu müharibənin başlanmasına şərait yaradacaq. Azərbaycan cəmiyyətində belə bir fikir var ki, Ermənistan rəsmilərinin helikopterlə Dağlıq
Qarabağa gəlişlərinin qarşısı alınmalıdır.

Bu arada, həmsəsdrlər – Rusiya, ABŞ və Fransa Ermənistan hakimiyyətini təxribatlardan çəkindirmirlər. Azərbaycan XİN vasitəçilərə ən azı iki sual verməlidir:

1) Həmsədrlər Ermənistan hakimiyyətinin işğal altındakı Şuşada keçirilən tədbiri haqqında nə düşünürlər?

2) Erməni separatçıları həmsədrlərin hazırladıqları planların əksinə olaraq Şuşada, Kəlbəcərdə və Laçında məskulaşdırma siyasətinin qarşısını niyə almırlar? Axı bütün həll planlarına görə bu bölgələr boşaldılmalıdır.

Bu suallara cavab yoxdur. Bu şəraitdə danışıqlara ehtiyac qalmır. Ermənistan hakimiyətinin təxribatları fonunda ya danışıqlara ara verilməli, ya da ümumiyyətlə danışıqlardan itmina edilməlidir.

Bu Azərbaycanın Ermənistana və beynəlxalq aləmə ciddi mesajı olar. Azərbaycan cəmiyyəti hakimiyyətdən erməni separatçılarına qarşı radikal addımlar atılmasını gözləyir".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1925   Tarix: 22 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf etdi

Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilib. Məlumatda Ermənistan tərəfinin baş verən hadisədən təəssüfləndiy

12 aprel
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlə

19 aprel
.

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmu

19 aprel
.

Qazaxıstan prezidenti: "Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan İrəvana səfəri ərəfəsində "Armenpress" agentliyinə müsahibəsində deyib.

13 aprel
.

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görüləcək işlər barədə məluma

16 aprel
.

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib. "Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:. "Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsin

11 aprel
.

Gəncə MDB-nin idman paytaxtı olacaq

Azərbaycanın Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı olacaq. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunları barədə danışarkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Biz Gəncə şəhərinin 2025-ci ildə

12 aprel
.

"Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

17 aprel
.

İrəvan Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib

Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların yekunu üzrə deyib. Siyasətçi aydınlaşdırıb ki, söhbət 1991-ci il Almatı Bəyannaməsini

15 aprel