Ekspert Müdafiə nazirinin cəbhə bölgəsinə səfərlərinin məqsədini açıqladı

Ekspert Müdafiə nazirinin cəbhə bölgəsinə səfərlərinin məqsədini açıqladı"Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri və generalların ön xəttə səfərləri birbaşa Ermənistana mesajdır".

Bunu "Report"a açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin rəhbər şəxslərinin cəhbə bölgəsinə səfərini şərh edərkən deyib.

O bildirib ki, təlimlər və generalların ön xəttə səfərləri danışıqların fayda verməyəcəyi təqdirdə Azərbaycan tərəfinin hərb variantına əl atacağını göstərir: "Çünki atəşkəsdən 26 il vaxt keçib. Bu müddətdə aparılan danışıqlar heç bir fayda verməyib və düşmən qeyri-konstruktiv mövqe tutaraq məsələni uzatmağa çalışır. Çox təəssüf ki, dünya siyasət meydanında da ikili standartlar mövcuddur. Baxmayaraq ki, BMT-nin və digər nüfuzlu təşkilatların Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə bağlı qətnamələri var, hələ də işğalçı tərəflə bağlı ölçü götürülmür. ATƏT-in Minsk qrupu da konkret iş görmür, danışıqlar dalana dirənib. Günü-gündən Ermənistan tərəfi də azğınlaşır. Əlləri Xocalı qanına batmış cinayətkar Ermənistan hakimiyyəti daha sərt mövqe tutur, işğala haqq qazandırır".
Ekspert Müdafiə nazirinin cəbhə bölgəsinə səfərlərinin məqsədini açıqladıEkspert hesab edir ki, Azərbaycanın yeganə yolu öz ərazilərini hərb yolla işğaldan azad etməsidir: "Təbii ki, Azərbaycanın güclü ordusu var. Ali Baş Komandanın apardığı hərbi islahatlar nəticəsində ordumuz ən müasir silahlarla təchiz olunub. Beynəlxalq təşkilatların hesabatlarında da Azərbaycan Ordusu yüksək yerlərdə qərarlaşır, güclü olduğu vurğulanır. ABŞ mətbuatında da qeyd olunur ki, Azərbaycan ən modern raket komplekslərinə malikdir. Azərbaycanın hərbi-strateji mövqeyi daha üstündür, potensialına görə Azərbaycan artıq hərb meydanına nəzarət edir. Ermənistanı sonuncu dəfə danışıqlar masasına dəvət edirik, çünki biz qan tökülməsini istəmirik. Cənab Prezident İlham Əliyev də çıxışlarında bəyan etmişdi ki, biz istəmirik ki, erməni anaları ağlar qalsın".

Ekspert Müdafiə nazirinin cəbhə bölgəsinə səfərlərinin məqsədini açıqladıA.Xəlilovun fikrincə, ermənilər gücümüzü başa düşür, bilirlər ki, Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək gücdədir. Sadəcə Ermənistanın havadarları bu məsələdə geri çəkilmək istəmirlər: "Biz inanırıq ki, rəsmi Yerevan bu mesajı başa düşməsə, yenidən danışıqlar masasına əyləşməsə, hərbi variant qaçılmaz olacaq. Bu, Azərbaycan xalqının da istəyidir. Xalq da tələb edir ki, biz hər hansı vasitə ilə torpaqlarımızı düşməndən azad etməliyik. Çünki düşmən çox azğınlaşıb, bu azğınlıq o həddə çatıb ki, hətta Şuşada mərasim təşkil edirlər. Bütün bunlar ermənilərin düz yolda olmadığını göstərir. Bütüvlükdə təlimlər torpaqlarımızın işğaldan azad olunmasına hesablanıb".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1002   Tarix: 22 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

29 mart
.

YAP seçki hazırlığına başladı: Siyahı hazırlanır...

Bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin ilkin siyahısının müəyyənləşdirilməsinə başlanılıb. Bu barədə "Gününsəsi.info" saytı hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Qeyd olunur ki, 125 seçki dairəsi üzrə haki

29 mart
.

ƏHALİYƏ SEVİNDİRİCİ XƏBƏR: Pensiya və müavinətlər artırıla bilər - VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. -ın məlumatına görə, bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Onun sözlərinə görə, belə olan halda büdcədə dürüstləşmənin aparılmasına ehtiyac yaranır

29 mart
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, bu günü

28 mart
.

Gəlinə verilən hədiyyə boşananda bölünəcək?

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28 mart
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

"Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub"

Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin həbs edilməsi ilə nəticələnən cinayət işi haqda bəzi məqamlar üzə çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançının həmin əməlləri tək törətmədiyi iddia edilir. Belə ki

29 mart
.

Ucarda məktəb binasında yanğın olub

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 kvadratmetr sahədə və 1 ədəd taxtada

29 mart