Hərbi məktəblərə sənəd qəbulunun tarixləri açıqlandı

Hərbi məktəblərə sənəd qəbulunun tarixləri açıqlandıAzərbaycanda xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlardan əvvəl sənəd qəbulu aparır və tibbi komissiyalar keçirir. Sənəd qəbulu və komissiyalar Bakıda - akademiyaların özündə aparılır.

2020-2021-ci tədris ili üçün elan edilən sənəd qəbulu tarixləri koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş xüsusi karantin rejiminə, yəni mart-aprel aylarına təsadüf edib. Yəni bölgələrdən Bakıya gəlmək mümkün olmadığı üçün qeydiyyatdan keçə bilməyən abituriyentlər olub.

"Report" bölgələrdə yaşayan və qeydiyyatdan keçə bilməyən abituriyentlər üçün akademiyalara sənəd qəbulunun necə aparılması ilə maraqlanıb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, abituriyentlərə bir həftə bundan öncə müraciət edildiyi qeyd edilib.

Bildirilib ki, mayın 12-dən Müdafiə Nazirliyinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə elektron ərizələrin qəbulu başlanılıb Qəbulun ilk mərhələsində abituriyentlər mayın 12-dən iyunun 5-dək DİM-in saytında (www.dim.gov.az) qeydiyyatdan keçərək elektron ərizələrini təsdiq etdirməlidirlər. Elektron ərizəni təsdiq etdirmiş vətəndaşlardan ad, soyad və ata adını, ərizənin tarixi və nömrəsini, faktiki yaşadıqları ünvanı və daimi əlaqə saxlanılması mümkün olan 2 telefon nömrəsini müvafiq olaraq [email protected][email protected] elektron ünvanlarına göndərmələri xahiş olunur. Qəbulla bağlı əlavə məlumat Müdafiə Nazirliyinin rəsmi internet saytında yerləşdiriləcək.

Azərbaycan Dövlət Dəniz Akademiyasından (ADDA) "Report"a bildirilib ki, Akademiyaya qəbul olmaq istəyən abituriyentlərin sənəd qəbulu 2020-ci ilin 12 may 5 iyun tarixi aralığında DİM-in rəsmi saytı üzərindən (www.dim.gov.az) elektron qaydada aparılacaq.

Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşını almaq məqsədi ilə insanların kütləvi halda toplaşmasının mümkün qədər azaldılması Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tövsiyə edilib. Bunu nəzərə alaraq Azərbaycan Dövlət Dəniz Akademiyasının ixtisaslarına qəbul xüsusi tibbi yoxlama aparılmadan keçiriləcəkdir. Tələbə adını qazanmış abituriyentlər yaşadıqları ərazi üzrə poliklinika tərəfindən verilmiş sağlamlıq haqqında arayışı ADDA-ya təqdim etməlidirlər.

Dövlət Sərhəd Xidmətindən (DSX) "Report"a verilən məlumata görə, DSX-nin akademiyasına sənəd qəbulu mart ayının 15-dək DSX Akademiyasında (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və yaxınlıqda yerləşən hərbi hissələrdə (bölgələrdə yaşayan vətəndaşlar üçün) qeydiyyat aparılıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a deyilib ki, FHN-in Akademiyasına sənəd qəbulu daha əvvəl - aprel ayında aparılması ilə bağlı məlumat verilsə də, pandemiya ilə əlaqədar tarixlər dəyişdirilib.

Belə ki, sənəd qəbulu iyun ayının 1-dən 26-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək əvvəlcədən növbə götürmə və təyin edilmiş vaxtda dəvət edilməklə FHN-in Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir.

Abituriyentlər aşağıda qeyd edilən telefon, "WhatsApp" və ya elektron ünvandan birinə adı, soyadı, ata adını, təvəllüdü və telefon nömrəsini göndərməklə növbə gözləyərək şəxsən gələcəyi gün və saat barədə məlumat əldə edə bilərlər.

Əlaqə telefonları: (012) 512-41-61; (012) 512-41-20.

WhatsApp: (050) 226 77 41

Email: [email protected]

Həmçinin, daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytlarından əldə etmək olar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3770   Tarix: 22 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

10 yaşlı Nərmini öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovun hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı müvəqqəti dayandırılıb. "Qafqazinfo"nun məlumatına görə, Gəncə Apellyasiya Məhkəməsində səkkiz aydır davam edən prosesin dayandırılmasın

16 aprel
.

İtkin düşən 10 yaşlı uşaq axtarılır

Bakıda 10 yaşlı uşağın itkin düşməsi ilə bağlı polisə müraciət edilib. "Qafqazinfo" xəbər verir ki, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yaşayan 1993-cü il təvəllüdlü T.Bəkirov 7-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək oğlunun itkin düşməsini bildirib. O qeyd edib ki, oğlu 2014-cü i

16 aprel
.

Bu kommunal xidmət bahalaşacaq - "Sentyabrın 1-dən..." - RƏSMİ

Son günlərdə sentyabr ayından "Azəristiliktəchizat" ASC tərəfindən qeyri-əhaliyə satılacaq istilik təchizatı xidmətlərinin qiymətlərinin artacağı barədə xəbərlər yayılıb. Qurumun mətbuat katibi Elvin Basqallı Bizim.media-ya bildirib ki, 2024-cü ilin 1 sentyabr tarixindən qeyri-əhali qrupun

16 aprel
.

Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - Foto

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 9 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstəriblər. xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Bildirilib ki, martın 10-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-ni

16 aprel
.

"Taksilər ilə bağlı yeni qanun qüvvəyə minir, "Prius" markalı avtomobilərin aqibəti necə olacaq? - Açıqlama

Nazirlər Kabinetinin qərarına görə, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilməyəcək Ölkə ərazisində çox sayda "Toyota Prius" markalı avtomobillər taksi kimi fəaliyyət göstərir. "Prius" markalı avtomobillərin kütləv

16 aprel
.

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 500 kvota yeri ayırıb. "Report" xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemə məsul şəxs olan Vüsal Cahangiri deyib

16 aprel
.

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. "Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. vasitəsilə Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlar

16 aprel
.

Təbiətə qayğı: "McDonald's Azərbaycan" internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir. Eyni zamanda, bu il Azərbaycanda genişmiqyaslı COP29 tədbirinin keçiriləcəyini nəzərə alaraq, ölkəmizdə çoxlu sayda ekoloji layihələ

16 aprel
.

"Facebook" sosial şəbəkəsinin işində problem yaranıb - FOTO

"Facebook" sosial şəbəkəsinin işində problem yaranıb. xəbər verir ki, bir saata yaxındır ki, şəxsi profildəki heç bir paylaşım görünmür. Problemin səbəbi ilə bağlı hələlik rəsmi hər hansı açıqlama yoxdur

16 aprel