Bakıda yaşayış binasının həyətində ilanlar peyda olub - VİDEO

Bakıda yaşayış binasının həyətində ilanlar peyda olub - VİDEOBakının Binəqədi rayonunda yaşayış binasının girişində ilanlar peyda olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə fotolar paylaşılıb.

Vətəndaş iddia edir ki, artıq iki həftədir ki, binanın qarşısında ilanlar gəzir:

"Biz Binəqədi rayonu, А.Kunanbayev küçəsi, 9/25 ünvanında yaşayırıq. Artıq iki həftədir ki, pəncərəmizin altında ilanlar peyda olub. Binəqədi Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) 80 saylı Mənzil-Kommunal İstismar Sahəsinə (MİKS) bununla bağlı müraciət etmişik. Müraciətimizə cavab olaraq, əvvəlcə buna qarşı heç bir dərman vasitəsinin olmadığını dedilər. Bütün sakinlər etiraz etdikdən sonra isə əraziyə idarənin əməkdaşları gəldi.

Binanın hər tərəfinə bilmədiyimiz və haqqında bizə məlumat verilməyən dərman vasitəsi səpdilər. Bildirdilər ki, daha ilanlar olmayacaq. Amma səhər yenidən eyni mənzərə ilə rastlaşdıq. İki həftədir ki, qorxu içərisində yaşayırıq. Uşaqları həyətə buraxa bilmirik. Bir hadisə olsa, nə edəcəyik?"

Məsələ ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan Oxu.Az-a bildirildi ki, sözügedən ünvanda yaşayan sakinlərin şikayəti üzrə əraziyə baxış keçirilib və bütün zəruri tədbirlər görülüb:

"A.Kunanbayev küçəsi, 9/25 ünvanında ilanın olması və 80 saylı MİKS tərəfindən heç bir tədbir görülməməsi ilə bağlı iddialar yanlışdır. Məsələnin araşdırılması üçün Binəqədi rayon MKTB ilə əlaqə saxlanılıb. Bizə verilən məlumata görə, şikayətlə bağlı əraziyə baxış keçirilib. Sözügedən ünvanda Gəmiricilərə və zəhərli heyvanlara qarşı dezinfeksiya işləri aparan "Banu-L" MMC tərəfindən zəruri tədbirlər görülüb. Eyni zamanda, həmin ünvanda 70 sm uzunluğunda ilan zərərsizləşdirilərək götürülüb, ərazi yenidən dezinfeksiya edilib".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1820   Tarix: 23 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" Qanuna dəyişiklikd

29 mart
.

"73 manatlıq şəkər dərmanı 230 manata satılır, "tüccarlar"a kömək edən məmurlar var" - Deputatdan ETİRAZ

"Şəkər xəstələrinin istifadə etdikləri "Synjardy" adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata satılırdı. Təxminən, iki həftə öncə bu dərman birdən-birə şəbəkədən itdi. Elə həmin ərəfədə "Siqduo Lonq" peyda oldu və bütün apteklərdə birinci dərmanın əvəzedicis

29 mart
.

"Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə edilir"

"Burada pensiya yaşının azaldılması ilə bağlı geniş müzakirə gedir, lakin dünyanın heç bir ölkəsində pensiya yaşının azaldılmasına qanunvericilik səviyyəsində baxılmır". xəbər verir ki, bu fikirləri deputat Musa Quliyev Milli Məclisin plenar iclasında bildirib. Millət vəkili qeyd edib ki, əksin

29 mart
.

Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı

Bərdə şəhərində yerləşən və "Köhnə bazar" adı ilə tanınan ticarət mərkəzindəki kafelərdən birində əxlaqsızlıq yuvası aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, həyata keçirilən tədbirlər zamanı kafedə bir neçə qadının pul müqabilində müxtəlif şəxslərlə intim münasibətdə olması müəyyə

29 mart
.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış ali

29 mart
.

İsmayıl Tamoyev Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır

29 mart
.

Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində "Toplum TV" işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub. "Report" xəbər verir ki, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onunla bağlı ev dustaqlığına buraxılması üçün verilən vəsatətə baxılıb

29 mart
.

Yaxın 2 gündə hava tozlu olacaq

Bu gün günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova "Qafqazinfo"ya bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır. Peyk görüntülərinə əsasən

29 mart
.

Azərbaycanda bu kişilər pensiya 5 il tez çıxacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

29 mart