Səməd Seyidov: "Azərbaycan ABŞ-ın regiondakı strateji və əsas tərəfdaşıdır"

Səməd Seyidov: "Azərbaycan ABŞ-ın regiondakı strateji və əsas tərəfdaşıdır""Son hadisələr fonunda Azərbaycan-ABŞ münasibətləri artan xətlə inkişaf edir. Öz iqtisadi maraqlarını qoruyan bu və ya digər şirkətin qərarını iki ölkə arasındakı siyasi prioritetlər və münasibətlərlə əlaqələndirmək olmaz".

Bu sözləri "Report"a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Bakı ilə Vaşinqton arasındakı münasibətləri, bunun bütün bölgənin inkişafı üçün əhəmiyyətini şərh edərkən deyib.

"ABŞ Prezidenti Donald Trampın Respublika Günü münasibətilə Azərbaycan Prezidentinə göndərdiyi məktub bunun bariz nümunəsidir. Bundan əlavə, ABŞ Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olub. Azərbaycan isə ABŞ-a qarşı məşhur terror hücumlarından sonra terrorizmlə mübarizə üçün bütün logistika imkanlarını açanlardan biri olub", - deputat bildirib.

Səməd Seyidov qeyd edib ki, bu və ya digər məsələlərdə dövlətlərin öz mövqelərinin olmaması ya onlardan birinin vassal tabeçiliyi deməkdir, ya da hər ikisi bir-birindən o qədər uzaqdır ki, ümumi maraqlar barədə danışmaq mümkün deyil.

"Böyük güc olan ABŞ ilə münasibətlərimiz həm Azərbaycanın, həm də ABŞ-ın milli maraqları nöqteyi-nəzərindən formalaşır. Prinsipial məsələlər üzrə ABŞ Azərbaycanı dəstəkləyir: bu həm ərazi bütövlüyüdür, həm Ermənistanla apardığımız Qarabağ münaqişəsi ilə bağlı danışıqlar formatıdır, həm də iqtisadi layihələrimiz, o cümlədən ABŞ-ın Azərbaycanın Avropada həyata keçirdiyi meqalayihələrə verdiyi dəstəkdir. Bu, yalnız dəstək deyil, həm də TAP və TANAP layihələrinin həyata keçirilməsinə yardım göstərilməsidir. Bu, çox vacibdir, biz bu barədə dəfələrlə danışmışıq. Bu, terrorizmə, eləcə də koronavirus pandemiyasına qarşı mübarizədir. Təsadüfi deyil ki, Azərbaycan-ABŞ dostluq qrupu Azərbaycan parlamentindəki ən böyük qruplardan biridir", - siyasətçi söyləyib.

Bununla yanaşı, o qeyd edib ki, konkret müzakirə edilməli olan bir sıra məsələlər də var: "Bu, vətəndaş cəmiyyəti elementlərinin inkişaf tempinə münasibət, geosiyasi mədəniyyətimizdə formalaşan adətlərə və xüsusiyyətlərə hörmətdir. Birləşmiş Ştatlar ilə əla münasibətlərimiz var və bu, bizə ən yaxın qonşularımızla, Orta Asiya ölkələri ilə, Rusiya, İran ilə yaxşı münasibətlər qurmağa mane olmur, Türkiyə ilə münasibətlərimiz lap əladı. Hərçənd yuxarıda adı çəkilən bu üç ölkənin ABŞ ilə bir sıra problemləri var. ABŞ və digər nəhəng dövlətlər Azərbaycanın mövqeyinə böyük hörmətlə yanaşırlar. Məsələn, NATO generalları ilə ABŞ və Rusiya hərbçiləri arasında danışıqlar Bakıda aparılır. Bu, dünya güc mərkəzlərinin bizə inam və hörmətidir".

Ümumilikdə, Bakı ilə Vaşinqton arasındakı əlaqələrdən danışan S.Seyidov Azərbaycanın ABŞ-ın bölgədəki təkcə strateji deyil, eyni zamanda əsas tərəfdaşı olduğunu xüsusi vurğulayıb.

"Azərbaycan və ölkə rəhbərliyinin, o cümlədən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəni bölgənin geosiyasətinin əsas elementinə çevirib. Azərbaycan, onun birləşdirici elementləri, siyasi iradəsi olmadan bölgə ölkələri ilə hansısa əməkdaşlıq barədə danışmaq çətindir. Bu gün Azərbaycan bu baxımdan həm ən yaxın dairə, həm də əsas və dünya oyunçusu kimi ABŞ üçün olduqca dəyərli və strateji cəhətdən vacib ölkədir", - S.Seyidov fikrini yekunlaşdırıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1401   Tarix: 23 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

25 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel