Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ
COVİD-19 yeni növ koronavirus infeksiyası ilə bağlı ölkədə tətbiq edilmiş karantin rejimi yumşaldıldıqdan sonra paytaxtdakı mənzərə heç də ürəkaçan deyil. Bəzi karantin qaydalarının ləğvi vətəndaşların məsuliyyətsizliyini yenidən üzə çıxarıb. Bu da Operativ Qərargahın yoluxma ilə bağlı açıqladığı statistikada öz əksini açıq şəkildə büruzə verir. Yoluxanların sayının 3 rəqəmli statistikadan aşağı düşməməsini vətəndaşların sosial məsafə saxlamamaq və maskadana istifadə etməməkləri ilə əlaqələndirmək hazırkı duruma görə məntiqlidir.
Hadisələrin belə cərəyan edəcəyi halda karantin qaydaları yenidən sərtləşdirilə bilərmi? Belə olacağı halda vətəndaşları hansı cərimələr gözləyir?
Bununla bağlı Sonxeber.az-a danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözlədiklərini bildirib:
"Operativ Qərargah hansı tədbirləri görsə biz onu icra edirik. Karantin rejiminə riayət olunmasına nəzarəti fasiləsiz olaraq bizim polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları ölkə ərazisində, o cümlədən paytaxtda həyata keçirir. Metrodan istifadə edən sərnişinlərdən mütləq qaydada maskadan istifadə etmək tələb olunur. Polis icraçıdır, biz hansı qərar qəbul olunsa onun icrasına nəzarət edirik".
Nazirlər Kabineti yanında Operativ Qərargahın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı isə cəzaların sərtləşdiriləcəyini və yeni qaydaların olacağı xəbərini verib:
"Parklarda, bulvarda gəzmək sosial məsafə qaydalarına ciddi riayət etməklə olmalıdır. Tibbi maskanın taxılması qapalı sahələrdə məcburidir. Taxılmayacağı halda ciddi cərimələr tətbiq olunacaq. Açıq havada isə tövsiyə olunur. Vətəndaşlarımız öz sağlamlıqlarına riayət etsinlər. Xüsusilə hündürmərtəbəli yaşayış binalarında, biznes mərkəzlərində liftlərlə enərkən onlar infeksiyanın bu tip sahələrdə qala biləcəyi ehtimalını nəzərə almalıdırlar. Ancaq açıq havada da bankların qarşısında, hansısa bir digər məqsədlərlə növbələr olarsa, burada da məcburi olacaqdır, açıq hava olmasına baxmayaraq. Yəni maska taxılması qapalı sahələrdə və açıq sahələrdəki növbələrdə məcburi olacaqdır".
Qeyd edək ki, mövcud vəziyyətdə xüsusi karantin rejimi mayın 31-nə kimi qüvvədədir. İyunun 1-dən bəzi qadağaların ləğvi gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 3028 Tarix: 23 may 2020
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Arıqlamaq istəyənlər bu xəbəri oxusun!
Arıqlama məhsullarından istifadə etmək, artıq çəkidən azad olmaq üçün böyük addımlardan biridir. Ancaq hər arıqlama məhsulunu etibarlı şəkildə istifadə etmək, həmin məhsula güvənmək də elədə asan deyil. Mühüm olanı sağlamlığa zərər vermədən, organizminizə ağır olmayacaq və istehsal şərtləri ilə etibarl
10 iyun 2020Müəllimin şifrəsini ələ keçirən tələbə qiymətlərini dəyişib məzun oldu- FOTO
Müəlliminin şifrəsini ələ keçirən tələbə sistemdən qiymətlərini dəyişdirərək məzun olub. . . . Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müəlliminin internet şifrəsini götürən Busə adlı lisey şagirdi üç semestrlik qiymətlərini dəyişdirərək məzun ola bilib. Hadisə bildiriş nəticəsində ortay
23 may 2020ATV-nin bütün əməkdaşına koronavirus testi edilir
ATV telekanalının 2 əməkdaşında koronavirus infeksiyası aşkarlanıb.. . Axşam.az xəbər verir ki, bunla bağlı "ATV xəbər"də süjet yayımlanıb. Aparıcı Lalə Azərtaş bildirib ki, ATV-nin bütün əməkdaşları koronavirus testindən keçib:. . "Bir neçə gün əvvəl Azad Azərbaycan Müstəqil Teleradi
23 may 2020ÜST koronavirusun yeni episentrini AÇIQLADI
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılmasının yeni episentrinin Cənubi Amerika olduğunu açıqlayıb.. Sonxeber.az xəbər verir ki, ÜST Braziliya ilə birlikdə Cənubi Amerikanın koronavirus epidemiyasının yeni mərkəzinə çevrildiyini açıqlayıb. Təşkilat eyni zamanda Braziliyanın qitədəki virusda
23 may 2020Qafqaz Müsəlmanları İdarəsindən bayram namazı ilə bağlı AÇIQLAMA
Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək.. . Sonxeber.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu il ölkəmizdə karantin rejiminin müddətinə dair Azərbaycan hökumətini
23 may 2020İctimai nəqliyyatda özümüzü koronavirusdan necə qoruyaq? - VİDEO
Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasına qarşı görülən maarifləndirmə tədbirləri çərçivəsində ictimaiyyətin ayrı-ayrı sahələr üzrə hazırlanan "metodiki göstərişlər"lə daha yaxından tanış olması üçün TƏBİB və Bakı Media Mərkəzi animasiya şəklində videoçarxlar hazırlayıb.
23 may 2020Zibil torbasında kişi başı tapıldı - VİDEO
Moskvada zibil torbasında kişi başı tapılıb. Artıq hadisə ilə bağlı araşdırmalara başlanılıb.. . Bu barədə 360.tv xəbər yayıb.. . Bildirilir ki, qorxulu tapıntı Rusiya paytaxtının şimal-qərbində - meşə zolağında aşkarlanıb.. . Hadisə yerində müstəntiqlər və kriminalistlər çalışaraq, cinayətdə kimləri
23 may 2020