"Bayramı toplu halda qeyd etsək, ziyarətlər təşkil etsək, yoluxmalar daha da artacaq" - Millət vəkilindən çağırış

"Bayramı toplu halda qeyd etsək, ziyarətlər təşkil etsək, yoluxmalar daha da artacaq" - Millət vəkilindən çağırışSonxeber.az bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, koronavirusla mübarizədə Azərbaycan artıq post-karantin dövrünə başlayıb və post-karantin dövrünə məhdudiyyətlərin bir qədər yumşaldılması, təəssüflər olsun ki, vətəndaşlarımız tərəfindən məsuliyyət hissinin azaldılması ilə müşahidə olunur.

Deputatın sözlərinə görə, son zamanlar yoluxmaların sayında artım müşahidə olunub:

"Bu, hər birimizi narahat etməlidir və düşündürməlidir. Zərərli meyillərdən biri də sosial şəbəkələrdə bəzi insanların "koronavirus epidemiyası yoxdur, bu, siyasi oyundur, bundan qorxmağa ehtiyac yoxdur" kimi düşmən cəbhəsinə xidmət edən çağırışların olmasıdır. Bu çağırışlar olduqca təhlükəlidir və insanları birbaşa xəstəliklə üz-üzə qoymağa, virusa yoluxdurmağa yönələn bir addımdır

Hesab edirəm ki, biz bununla mübarizə aparmalıyıq, maarifçilik tədbirləri görməliyik, qınamalıyıq və eyni zamanda qanunvericilik səviyyəsində bu məsələni müzakirə etməliyik. İnsanları bu cür yanlış məlumatlandırmağa görə inzibati və cinayət məsuliyyəti ilə cəzalandırmaq haqqında düşünməliyik.

Digər bir məsələ bayram günlərində insanların daha sərbəst şəkildə toplaşması ilə bağlı çağırışlardır. Bunlar da doğru olmayan çağırışlardır və hər bir vətəndaşımız anlamalıdır ki, dövlət onların sağlamlığı üçün hər şeyi edir. Unutmayaq ki, koronavirusa qalib gəlmək hələ dünyanın heç bir ölkəsində mümkün olmayıb. Bu virusun tam dərmanı və ya vaksini tapılana qədər qoyulan qaydalara əməl etməliyik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2429   Tarix: 23 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"

19 aprel
.

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA

Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl

19 aprel
.

Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO

Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib

19 aprel
.

Sabah 30 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündü

19 aprel
.

Qəbiristanlıqdan oğurluq edildi - Keçmiş məhkumlar saxlanıldı

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir borular oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhku

19 aprel
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19 aprel
.

Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni terrorçuları Qarabağda məskunlaşa bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Lakin burada təhlüksizlik baxımından bir sıra suallar yaranır. Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nəzarət Azərbaycana keçir. Rusiya sülhməralıları bölgəni tərk etdikdə

19 aprel
.

BDU-nun tələbəsi intihar etdi - FOTO

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksindəki mənzillərdən birində kirayədə qalan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onu

19 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel