Naxçıvanın yeni Baş Nazirindən ilk açıqlama - FOTO

Naxçıvanın yeni Baş Nazirindən ilk açıqlama - FOTOBu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.

1. Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin edilməsi

2. "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi

3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov gündəlikdə duran birinci məsələ ilə bağlı deyib ki, Azərbaycan Respublikası Konstitusiyasının 140-cı maddəsinin II hissəsinə və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir. Buna müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə şəxsin namizədliyini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin olunması barədə təqdimatı Ali Məclisə daxil olub.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 32-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Baş nazirini vəzifəyə təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş şəxsin - Səbuhi Hidayət oğlu Məmmədovun namizədliyini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edib.

Təklif səsə qoyulub və Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov yüksək etimada görə Azərbaycan Prezidentinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edərək deyib:

"Ötən dövrdə muxtar respublika böyük inkişaf yolu keçmiş, blokada şəraitində olmasına baxmayaraq iqtisadiyyatın çoxşaxəli və davamlı inkişafına nail olunmuş, ərzaq və enerji təhlükəsizliyi təmin edilib. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, ötən il ümumi daxili məhsulun həcmi 2 milyard 839 milyon 650 min manata çatdırılıb, 1 milyard 14 milyon 971 min manat dəyərində sənaye, 507 milyon 641 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunub. Hazırda tikintisi davam etdirilən 2 yeni su elektrik stansiyası fəaliyyətə başladıqdan sonra muxtar respublika özünü 100 faiz alternativ və bərpaolunan enerji ilə təmin edəcək. Ötən il muxtar respublikanın xarici ticarət dövriyyəsi 494 milyon 574 min Amerika Birləşmiş Ştatları dolları təşkil etmiş, ticarət əməliyyatlarının 86 faizi ixracın payına düşüb. Səhiyyə, təhsil, turizm, rabitə, mədəniyyət, milli və mənəvi dəyərlərimizin qorunması, əhalinin məşğulluğunun təmin olunması sahəsində də ardıcıl tədbirlər görülür. İqtisadiyyatın çoxsahəli inkişafı muxtar respublikada büdcə gəlirlərinə öz müsbət təsirini göstərib, 2020-cil il dövlət büdcəsinin gəlirləri 2019-cu illə müqayisədə 37 faiz, 2018-ci illə müqayisədə isə 56,5 faiz artırılıb".

Səbuhi Məmmədov muxtar respublikanın inkişaf dinamikasına uyğun olaraq durğunluq və ətalət vəziyyətində olan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin çevik və effektiv idarə olunan yuxarı icra orqanı kimi fəaliyyətini gücləndirəcəyinə və verilən tapşırıqları uğurla yerinə yetirəcəyinə söz verib.

Ali Məclisin Sədri yeni baş naziri təbrik edib, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul olunmuş Fəaliyyət Proqramının icrasında uğurlar arzulayıb.

Gündəlikdə duran ikinci məsələ ilə bağlı qeyd olunmuşdur ki, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda 2020-ci il 13 mart tarixdə dəyişikliklər edilib. Dəyişikliklər Qanunun mətnində günlərlə müəyyən edilən müddət anlayışının, şikayətə baxılma müddətinin və müvəkkilin səlahiyyətlərinin daha da dəqiqləşdirilməsi məqsədi daşıyır.

Sessiyada müzakirə olunan məsələ ilə əlaqədar hazırlanmış qanun layihəsi oxunmuş və səsə qoyularaq qəbul edilib.

Ali Məclisin Sədri sessiyanın gündəliyində duran üçüncü məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsi haqqında olduğunu bildirərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 31-1-ci maddəsinə əsasən İntizam Komissiyası yaradılmalıdır. İntizam Komissiyası Ali Məclisin deputatları sırasından 5 üzvdən ibarət tərkibdə seçilir.

Müzakirə olunan məsələ ilə bağlı qərar layihəsi oxunduqdan sonra səsə qoyulub və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyası seçilib.

Ali Məclisin Sədri sessiyaya yekun vuraraq deyib:

Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin ötən dövründə həyata keçirilən tədbirlər, xüsusilə də insanların sağlamlığının, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər və iqtisadi sabitliyin qorunması ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən ulu öndər Heydər Əliyevin siyasi xəttinin bəhrəsidir. Qarşıdakı dövrdə də ümummilli liderimizin yoluna sədaqət muxtar respublikada kompleks inkişafa səbəb olacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də dediyi kimi: "Liderin vəzifəsidir xalqı qorumaq, liderin vəzifəsidir xalqla bir yerdə olmaq. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir... Biz də onun yolu ilə gedirik, müstəqilliyi möhkəmləndiririk və möhkəmləndirəcəyik".

Bununla da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası öz işini başa çatdırıb.


Sonxeber.az Telegramda izləyin
Siyasət   Baxılıb: 5449   Tarix: 23 may 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Leyla Əliyevanın təşəbbüsü ilə yardım aksiyası keçirildi - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə müqəddəs Ramazan ayında Bakıda və Moskvada ehtiyacı olan insanlara yardım aksiyası keçirilib.. . Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, on ildən artıq müddətdə hər il Moskvadakı Poklonnaya qorada "Ramazan çadırı"

23 may

Elmar Məmmədyarov gürcüstalı həmkarı ilə danışdı

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.. . Xarici İşlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, tərəflər mövcud qlobal pandemiya ilə mübarizə çərçivəsində hər iki ölkə tərəfindən həyata keçirilə

23 may

Naxçıvanın yeni Baş Naziri məlum oldu

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Səbuhi Məmmədovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarını imzalayıb.. . Sonxeber.az xəbər verir ki, qərarda deyilir:. . "Naxçıvan Muxtar Respublikas

23 may

Baş nazir parlamentdə öskürdü, "maska tax" deyə etiraz edildi-VİDEO

Koronavirusun ən çox təsir etdiyi ölkələrdən biri olan İtaliya parlamentində iclas keçirilib. . . Sonxeber.az xəbər verir ki, iclasda çıxışı edən zaman öskürən İtaliyanın Baş naziri Cüzeppe Kontiyə "maska tax" deyərək reaksiya verilib.. . Konti kürsüdə qoyulan sudan içərək nitqini davam ets

23 may

İslam ölkələri Fələstin üçün TOPLANACAQ

Türkiyənin təşəbbüsü ilə İslam ölkələri Fələstin üçün görüş keçirəcək.. . Sonxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Türkiyənin təşəbbüsü ilə İsrailin "Qərb Sahilinin ilhaq etməsi" planının tənzimlənməsi üçün fövqəladə iclas keçirəcək.. . Diplomati

23 may

"ABŞ bu müqavilələrdən çıxmaqla yeni dövrdə Çin üzərində öz hegemonluğunu bərpa etməyə çalışır"-RƏY

ABŞ Rusiya ilə daha bir müqavilədən çıxır. Prezident Donald Tramp bildirib ki, Açıq Səma Müqaviləsindən çıxacaq.. . Ötən ilin fevralında isə ABŞ Rusiya ilə ballistik raket müqaviləsindən çıxıb. Vaşinqton hər iki addımı Moskvanın müqavilə şərtlərini pozması ilə izah edib. Daha sonra isə Rusiya da .

23 may

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.. . Bu barədə Sonxeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.. . Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərd

23 may

Moldova parlamentinin deputatları karantinə ALINDI

Moldovada parlamentin bütün deputatları koronavirusla əlaqədar karantinə alınıb.. . Bu barədə "Sputnik" xəbər yayıb.. . Millət vəkillərinin hamısı öz hesabına COVID-19 testindən keçməlidir.. . Qeyd edək ki, bir gün əvvəl Moldova Demokrat Partiyasından deputat Yevgeni Nikiforçuk koronavirus

22 may

"Sultan Toğrulun dövründə Azərbaycanın böyük bir qismi Səlcuq imperatorluğunun tərkibində idi"-Tarixçi-alim

1040-cı il mayın 23-də Şərq tarixinin ən mühüm hadisələrindən biri - Mərv yaxınlığında Dəndənəkan adlı yerdə Səlcuqlarla Qəznəvilər arasında döyüş baş verdi. Döyüş Səlcuqların qələbəsi ilə nəticələndi. Səlcuq Oğuzlarının döyüşdən bir gün sonra çağırılmış qurultayında türk tarixinin ən parlaq simalarında

22 may