Politoloq: "Azərbaycan ABŞ üçün Xəzər regionunun açarıdır"

Politoloq: "Azərbaycan ABŞ üçün Xəzər regionunun açarıdır""Azərbaycanla ABŞ arasındakı münasibətlər metodik, sabit və mütərəqqi şəkildə inkişaf edir və Amerika hökumətinin Azərbaycan bazarında hansısa narahatlıq yaşadığını və hansısa siyasi səbəbdən buradakı iştirakını məhdudlaşdırmağa çalışdığını söyləmək üçün heç bir əsas yoxdur".

Bunu "Report"a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Bakı ilə Vaşinqtonun bir çox beynəlxalq problemlər, regional proqramlar kontekstində nə dərəcədə razılaşdırılmış hərəkət etdiyini, bu və ya digər dərəcədə dünya nizamının sabitləşməsi, təhlükəsizlik kəmərinin yaradılması, onun möhkəmləndirilməsi ilə bağlı olan bütün proseslərdə iştirak etdiyini göstərən çoxlu sübut var: "Azərbaycan ABŞ rəhbərliyinin Kosovo, İraq və Əfqanıstanda sülhməramlı missiyalarına dəstək vermək lazım gəldikdə həmişə qarşı tərəfin təşəbbüslərini dəstəkləyib. Ümumiyyətlə, Bakının Qərb cəmiyyəti, o cümlədən ABŞ ilə əlaqələri hər zaman uzaqgörənliyi və praqmatizmi ilə seçilib. 2001-ci ilin terror hücumlarından dərhal sonra Azərbaycanın ABŞ-ı dəstəkləməsi, ABŞ-ın Avrasiya məkanında həyata keçirməyə başladığı təhlükəsizlik proqramının bir hissəsi olması buna bariz nümunədir".

"Münasibətlərimizin biznes tərəfinə gəlincə, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən və 1994-cü ildə atəşkəs sazişi imzaladıqdan sonra o, amerikalı və avropalı tərəfdaşları Azərbaycanın verdiyi sözə görə məsuliyyət daşıdığına inandırdı, Qərb kapitalının Azərbaycanın energetika sektorunda kök salması üçün təhlükəsizlik rejiminin və sabitliyin yaradılmasına zəmanət verdi. Bundan sonra ABŞ şirkətləri Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarından istifadə etməyə başladılar", - politoloq xatırladıb.

"Məncə, şirkətlərin tez-tez orientr dəyişdiyi bazar manevr üçün çox həssas sahədir. "Exxon Mobile" və "Chevron" şirkətlərinin bu yaxınlarda neft müqavilələrindən çıxması heç nədən xəbər vermir. Unutmayaq ki, "BP Azərbaycan" ABŞ kapitalının olduğu nəhəng biznes strukturudur və bu struktur özü müqaviləni uzatmağa çalışırdı, nəticədə müqavilə 30 il müddətinə uzadıldı. Burada ABŞ-ın maraqları tam təmin edilib. Bu şirkətlərin ayrılması isə sırf bazar-konyuktura baxımdan əsaslandırıla bilər", - T.Abbasov bildirib.

O söyləyib ki, bu yaxınlarda ABŞ lideri Donald Trampın Prezident İlham Əliyevə göndərdiyi məktub iki ölkə arasındakı münasibətlərdə praqmatizmin hökm sürdüyünü bir daha göstərib: "Hər iki tərəf bir-birinin lazım olduğunu anlayır, buna görə də əməkdaşlığı inkişaf etdirmək, həm təhlükəsizlik, həm də Qərb ölkələri üçün enerji baxımından özünütəminetmə mövqelərini gücləndirmək baxımından əlavə imkanlar yaratmaq üçün qarşılıqlı istək mövcuddur. Mövcud vəziyyətdə ABŞ "Cənub Qaz Dəhlizi"ni və qarşılıqlı fəaliyyət formatımızda üstünlük təşkil edən iş üslubunu yüksək qiymətləndirir".

"Hesab edirəm ki, Amerika biznesinin Azərbaycan bazarında iştirakı ilə bağlı mənfi, narahatdoğurucu mənzərə yaratmağa çalışan bəzi ekspert cəmiyyətləri bir qədər artıq səy göstəriblər. Onlar faktları təhrif edir, arzuolunan düşüncələri həqiqət kimi qələmə verirlər. Əslində isə narahatlıq üçün heç bir səbəb yoxdur. Özü də bir daha deyirəm, Trampın müstəqilliyimizin ildönümü ilə əlaqədar İlham Əliyevə göndərdiyi məktub hansısa sıradan jest deyil, əksinə, sınanmış tərəfdaşına - Azərbaycana ABŞ-ın onun uğurlarını izlədiyini, xalqımızın rifahı və maraqları ilə maraqlandığını bir daha bildirmək imkanıdır. Ən başlıcası, bu çiçəklənmə effektiv və qarşılıqlı faydalı fəaliyyətlərimizi genişləndirmək üçün motivlərdən biridir. Amerikalılar üçün Azərbaycan özünü qoruya, əməkdaşlıq və müxtəlif miqyaslı proqramların icrası üçün etibarlı kəmər yarada bilən sabit və aydın ölkədir. Ona görə də amerikalıları həyatda Xəzər hövzəsi ilə vidalaşmazlar. Bu, onlar üçün strateji bölgədir, burada İran, Mərkəzi Asiya və Əfqanıstan amilləri də mövcuddur. Amerikalılar Azərbaycanın bu baxımdan onlar üçün açar-ölkə olduğunu gizlətmirlər. Bu baxımdan onlar subyektivliyini qorumağı bacaran, milli suverenliyini həyata keçirə bilən və mövcud əməkdaşlıq potensialını reallaşdırmaq istəyi və bacarığı ilə öz mahiyyətini göstərən Azərbaycan tərəfinin tərəfdaşlıq keyfiyyətlərini yüksək qiymətləndirirlər", - politoloq qeyd edib


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3595   Tarix: 23 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel