"İşğal olunmuş Qarabağdakı seçki şouları ermənilərin danışıqlarda maraqlı olmadıqlarını göstərir"-RƏY

"İşğal olunmuş Qarabağdakı seçki şouları ermənilərin danışıqlarda maraqlı olmadıqlarını göstərir"-RƏYErməni tərəfi Daqlıq Qarabağ münaqişəsinin sülh tənzimlənməsi prosesini heçə endirir. Bunu təcavüzkar dövlətin Xarici İşlər Nazirliyinin son bəyanatı da təsdiq edir.

Azərbaycan Xarici İşlər Nazirliyinin erməni işğalçılarının Şuşa şəhərimizdə keçirdiyi "inauqurasiya" mərasimi ilə bağlı bəyanatına cavab olaraq Ermənistan XİN-i bir daha qondarma "Dağlıq Qarabağ Respublikası"na məhdudiyyətsiz qaydada iradəni ifadə etmək hüququnın verilməsi tələbi ilə çıxış etdi.

Halbuki bu tələb sülh tənzimlənməsinin şərtlərini açıqlayan ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatları ilə köklü şəkildə ziddiyyət təşkil edir. Beynəlxalq hüquqa, ilk növbədə Helsinki Yekun Aktına istinad edən bu sənədlər üç prinsipin – dövlətlərin ərazi bütövlüyü, xalqların özünütəyinetməsi və güc tətbiq etməmə prinsiplərinin vəhdətinə əməl etmək zərurətini ortaya qoyur.

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, Ermənistan tərəfi danışıqları etdiyi açıqlamalar ilə danışıqlar prosesini yenidən heçə endirməsi əlbəttə ki, yeni müharibəni qaçılmaz edir:

Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu illlər ərzində ortaya qoyduğu həll variantlarına və vasitəçiliyinə zərbə vurur. İlk növbədə vasitəçilər Ermənistana etiraz etməlidir. Amma, bu prosesdə aktivlik etmirlər. Əgər Azərbaycan güclü zərbələr endirsə, onda Minsk qrupu dövriyyəyə girəcək. Demək olar ki, Ermənistan Baş naziri Nikol Paşinyan iki il ərzində yalnız danışıqlardan yayınaraq ancaq öz təkliflərini irəli sürüb.

Əlbəttə ki, bu təkliflər masada olan həll variantları ilə daban-dabana ziddir. Hesab edirəm ki, hazırkı vəziyyət, Ermənistanın işğal olunmuş ərazilərində apardığı seçki şouları ermənilərin danışıqlarda maraqlı olmadıqlarını göstərir. Azərbaycan hərbi vasitələrdən istifadə erməli, prosesi ölü nöqtədən dirçəltməlidir".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3994   Tarix: 23 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Zaxarova Ermənistan barədə: "Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir" - VİDEO

"Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova -nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır. Zaxarovanın sözlərin

27 mart
.

Sarkisyan açıqladı: Ermənilər Qazaxın işğal altındakı kəndlərini tərk edirlər

"Martın 18-də Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşündən sonra Noyemberyanın (Barana -red.) sərhəd zonasının kəndlərində məskunlaşan sakinlər həmin yerləri tərk edirlər". Bu sözləri erməni jurnalist Oskan Sarkisyan deyib. "Voskeparda (Əskipara - red.) məskunlaşan Qarabağdan gəlmi

22 mart
.

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb - FOTO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xankəndidə erməni əsilli sakinlərlə görüşüb, həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib. Bu barədə -a Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb

28 mart
.

Azərbaycan XİN Rusiyadakı silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib. "Report" xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib. "Moskvada "Krokus siti holl" konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiy

22 mart
.

"Bu il bu proses davam edəcək"

"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. "Şəhidlərimizin

18 mart
.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas

16 mart
.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

Prezident İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. "Report" xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: "Crocus City Hall" konsert zalınd

23 mart
.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart