"Azəriqaz"ın rəhbəri onlayn vətəndaş qəbulu keçirdi

"Azəriqaz"ın rəhbəri onlayn vətəndaş qəbulu keçirdi"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Şəmkir Regional Qaz İstismar İdarəsinin xidmət göstərdiyi rayonlardan olan sakinlərlə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçirib.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən "Report"a verilən məlumata görə, Şəmkir Regional Qaz İstismar İdarəsinə gələn vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb. Belə ki, onlar idarəyə daxil olmazdan öncə dezinfeksiyaedici məhlullarla əllərini təmizləyib və qoruyucu tibbi maskalarla təmin ediliblər.

Qəbula gələn vətəndaşlar növbəli şəkildə fikirlərini səsləndiriblər. Birliyin baş direktoru ilə söhbətləri zamanı onların əksəriyyəti əsasən yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib.

Qəbulun gedişatında ən çox diqqət çəkən məqam Şəmkir rayonunda fəaliyyət göstərən istixana sahibləri ilə olub. Baş direktor video bağlantıda istixana sahibləri ilə söhbətində bunları qeyd edib: "Mövsüm başlayarkən borcların gözlənilməsi və s. məsələlərdə güzəştlərin tətbiqi üçün biz nə lazımdırsa, edə bildik. Yəni özümüzü riskə atmış olsaq belə, sizə söz verdik ki, sahibkarlara dəstək olaq və sözümüzün üstündə də durduq. Öz gücümüzə, humanistlik prinsiplərinə söykənərək sizə köməklik etmişik. Bilməlisiniz ki, biz qazı aldığımız təşkilata həmin qazın dəyərini aldığımız anda da ödəyirik. Yəni bu təşkilat bizi gözləyə bilməz ki, siz sahibkara güzəşt etmisiniz və bu məbləği almısınız, yoxsa yox. Bu, onlar üçün maraqlı olmayan tərəflərdir.
"Azəriqaz"ın rəhbəri onlayn vətəndaş qəbulu keçirdiDüzdür, Şəmkir zonasında istixana fəaliyyəti ilə çoxdan məşğul olunmasına baxmayaraq, bu gün Salyan zonasında sizin bölgədən də çox istixana var, lakin problemləri sizdəki kimi deyil. Onlar mövsüm boyu borclarının verilməsi ilə bağlı sıxıntı yaşamadılar. İndi yeni mövsüm başlayanda bizim üçün də sizə qazı vermək çətin olacaq.

Yəni yenə güzəşt olunması, mövcud borcun üstünə borcun gəlməsi daha çox bizi riskə ata bilər. Belə bir addımı atmaq üçün çətin ki, imkanımız olsun. Siz borcu verməsəniz, işçilərin əmək haqlarını ödəyə bilmirik. Payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planı var ki, onu icra etməkdə problemlərlə qarşılaşa bilərik. Ona görə də hazırda istixanalarla bağlı çətin bir məqam yaranıb".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3652   Tarix: 24 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021