"Sağlığıma badə qaldıranlar indi məni yada salmırlar" - VİDEO

"Sağlığıma badə qaldıranlar indi məni yada salmırlar" - VİDEOSonxeber.az bildirir ki, ARB TV-nin "Rezonans" proqramında bu dəfə 1991-ci ildə Rusiyanın Saratov şəhərində düyaya gələn Turqay Bədəlov öz həyat hekayəsini danışıb.

Turqay Bədəlov - Məhkum (Cəzası 13 il 6 ay): "1995-ci ildə atam rəhmətə gedəndən sonra Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndinə köçmüşük. 2014-cü ilə qədər də həmin kənddə yaşamışam. 2014-cü ilin may ayında Bakıya işləmək üçün gəldim. Usta kimi mebel qapılar düzəldirdim.

İşimlə əlaqədar xırdavat satan bir nəfərlə münasibətim yarandı, sonra dost olduq. Bir gün bazardan gəlirdim, əlimdə mişar var idi. Gəldim bu dostumun evinə. Mənə ad günü olduğunu deməmişdi. 4-5 nəfərlə birlikdə onun ad gününü evdə qeyd etdik. Axşam təxminən saat 12-1 radələri idi onlardan çıxanda mişarı onlarda unutmuşdum.

Sabahısı gün gəldim mişarı götürməyə. Adi bir şeyin üstündə mübahisə başladı, söyüş söyməyə başladı. Mən söyüşləri bunun özünə qaytaranda məni vurmaq istədi. Əlimdə balaca oturacaq var idi, bununla vurdum onu. Sonra gördüm ki, əlində bıçaq var, gəlir üstümə. Çəkib bıçağı onun əlindən aldım, bıçaq əlimi kəsdi. Barmaqlarımın bir neçəsinin siniri kəsildi, hələ də işləmir barmaqlarım. Bıçağı əlindən alandan sonra görməzə-bilməzə buna iki bıçaq vurdum. Öldürmək məqsədilə vurmadım, qapının qarşısında dayanmışdı, vurdum ki, çəkilsin mən çıxım qaçım. Bıçağın onun harasına dəyməsini də hiss etmədim.

Mən onu ölümünə vurmadım, düşünmədim ki, ölə bilər, işə gedirdim. Həkim çağırmaq lazım idi, amma həmin an beynim dayanmışdı. Sonra mənə zəng gəldi, görüşə çağırdılar məni. Həmin yerə gedəndə mülki geyimli polislər gəldi, məni oradan götürüb həbs etdilər.

Ailəm Gürcüstanda qalır deyə mənim cinayətimdən xəbər tuta bilmədilər. Yalnız televiziya vasitəsilə xəbər tutublar mənim əməlimdən. Bir müddət evə zəng edə bilmədim, utandığımdan, sıxıldığımdan. Sonra zəng edib danışdım, bacım gəldi yanıma. Məsafə uzaqdır deyə yanıma tez-tez gələ bilmirlər. Daha sonra əmim gəldi yanıma.

Mən azadlığa çıxanda mənim 36 yaşım olacaq, mən o yaşda nə edəcəm? Bu yaşda həbsə girib, o yaşda çıxmaq adama çox ağır gəlir. Qapı ustası olsam da öz qapımı özüm üzümə bağladım. Qapı nə etsin ki, günahkar mən olandan sonra.

Azadlığa çıxandan sonra birinci bacımgilə getmək istəyirəm. Birinci onlara olan borcumu yerinə yetirməliyəm. Onlar mənim yolumda çox əziyyət çəkirlər.

Azadlıqda olanda sağlığıma badə qaldıran dostlarım indi mənim yanıma gəlmirlər. Törətdiyim əməlimdən çox peşmanam. Kaş ki, işə gecikərdim, amma bu hadisə baş verməzdi. Bir insan ki, bir qarışqa yarada bilmir, amma bir insanın həyatına qıyır, onu öldürür.

Ən böyük istəyim ekstradisiya olunmağımdır. Gürcüstanın cəzaçəkmə müəssisələrindən birinə ekstradisiya olunsam, ailəm də yanıma gəlib-gedər. İndi bura çox uzaqdır, yanıma gələ bilmirlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7360   Tarix: 25 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdard

24 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel