Bakıda gənc kuryerin öldüyü qəzadan görüntülər - FOTO

Bakıda gənc kuryerin öldüyü qəzadan görüntülər - FOTOBakıda baş verən motosiklet qəzası ilə bağlı görüntülər yayılıb.

Milli.Az-ın məlumatına görə, mayın 23-də saat 18 radələrində Nərimanov rayonu M.K.Atatürk prospektində yerləşən tuneldə Şərur rayon sakini Ülvi Məmmədov idarə etdiyi "Zongshen" markalı motosikletlə divara çırpılıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş motosikletçi orada ölüb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə digər avtomobildəki sürücülərin ağır bədən xəsarətləri ilə yerdə uzanan Ülviyə yardım etməyə çalışması əks olunub.

Kadrlar arxadakı avtomobilin içərisindən çəkilib. Qəza ilə bağlı təhlükəsizlik kamerası görüntüləri hələlik yoxdur.

Sosial şəbəkələrdə yayılan iddialara görə, qəzaya səbəb güclü külək və işlədiyi məşhur pizza şirkətinin "30 dəqiqə çatdırılma" xidməti səbəbindən sürücünün tələsməsi olub.

Qəza ilə bağlı araşdırmalar aparılır.
Bakıda gənc kuryerin öldüyü qəzadan görüntülər - FOTOBakıda gənc kuryerin öldüyü qəzadan görüntülər - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2518   Tarix: 26 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021