Pekin "bir dövlət, iki sistem" konsepsiyasından imtina edir?-RƏY

Pekin "bir dövlət, iki sistem" konsepsiyasından imtina edir?-RƏYDövlətlər həm koronavirusla mübarizə aparır, həm də keçmişdə olduğu kimi öz aralarındakı mübahisələrini davam etdirirlər. Bu sırada Çin seçilir, Pekin keçmiş illərdən fərqli olaraq hücum diplomatiyasına keçib.

Mövzu ilə bağlı Sonxeber.az-a "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu açıqlama verib:

"Məşhur "Wall Street Journal" dərgisində yayınlanan yazıda Çin Xarici İşlər Nazirliyinin diplomatlarına Pekinin siyasətini tənqid edənlərə qarşı fəal olmağı tapşırıb. Çinli diplomatlar hətta tərəfdaş olduğu ölkələrdə fəallaşıblar. Məsələn, Venesuela Çinin əsas tərəfdaşlarından sayılır. Buna baxmayaraq, Venesuela parlamentinin üzvlərinin virusu "Çin koronavirusu" adlandırdırmasına Çinin bu ölkədəki səfirliyi sərt və bəlkə də əndazəni aşan reaksiya verib. Səfirliyin bəyanatında bu sözlər yer alıb: "Siz onsuz da çox xəstə olduğunuz üçün lazımi müalicəni istəməyə tələsin. Virusdan qorunmaq üçün maska geyinin".

Çinin Fransadakı səfirliyi də bəyanatları ilə seçilir. "Wall Street Journal" dərgisində Çinin Parisdəki səfirliyinin bu, ölkənin rəsmiləri və ictimai xadimləri ilə qızğın mübahisələrə girişdiyini yazıb. Digər misal, fevral ayında Çinin Nepaldakı səfirliyi, Nepalın "Kathmandu Post" dərgisinə şikayət dolu məktubu göndərib. Buna səbəb 100 min tirajı olan nəşrin Çinin kommunist lideri Mao Tsedunun şəklinin üzü maskalı dərc etməsi idi.

"Wall Street Journal" yazır ki, çinli diplomat ölkələrinin islahatçı ideoloqu Den Seopinin məsləhətlərini qulaqarıdan vurublar. Den Seopini ancaq Çinin inkişafı və beynəlxalq aləmlə yaxşı münasibətlər düşündürürdü. Seopin Çinin istəilən ölkə ilə mübahisəyə girişməsinin yanlış olduğunu deyirdi.

Çində hakimiyyətə Si Tsinpin gəldikdən sonra xarici və təhlükəsizlik siyasətində ciddi dəyişikliklər baş verdi. Çinin hazırki hakimiyyəti liderlik uğrunda mübarizədə güzəştin mümkünsüz olduğunu düşünür və bu yöndə hərəkət edir. Məsələn, Çinin keçmiş hakimiyyəti Qonkonqu özünə "bir dövlət, iki sistem" əsasında birləşdirmişdi. Hazırda isə Çin hakimiyyəti Qonkonqu tamamilə özününkü sayır və bu bölgədə Çinin qanunlarının icrasına çalışır. Məsələ burasındadır ki, Çinin materik hissəsi kommunist və avtoritar idarəetmə sistemi əsasında fəaliyyət göstərirsə, Honkonqda kapitalizmdir və onlar avtoritar və kommunist üsul-idarəni məqbul saymırlar. Elə buna görədir ki, hazırda honkonqlular Çinin təzyiq siyasətinə qarşı küçə yürüşləri təşkil edirlər.

Pekin Amerikaya da meydan sulamağa çalışır. Çin Amerikadan sonra ikinci fövqəldövlət deyil, Amerika ilə bərabər səviyyədə, bəlkə də daha üstün dövlət olmaq siyasətini gücləndirir. Çin müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də tərəfdaşlarının sayını çoxaltmağa çalışır. Bu siyasət gücləndikcə Vaşinqtonun Çinə qarşı siyasəti də sərtləşəcək. Beləliklə, postkoronavirus dövründə iki böyük dövlət arasında rəqabət daha da qızışacaq".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3886   Tarix: 26 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb. "Report" xəbər verir ki, bu, icmanın aprelin 5-də Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ görüşünün keçiriləcəyi barədə yayılan xəbərlərlə əlaqəli yaydığı bəyanatda bildirilib. İcma hesab edir ki, so

22 mart
.

Zaxarova: "Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir"

"Aİ-nin Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir və bu, regionda gərginliyi artırır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. "Ermənistan ərazisindən Avropa İttifaqının missiyası ölkəmizə, İrana

20 mart
.

Prezident İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. "Report" xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: "Crocus City Hall" konsert zalınd

23 mart
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28 mart
.

İlham Əliyev Vladimir Putini təbrik edib

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev Vladimir Putini prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkənin inkişaf

18 mart
.

Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı

Martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

18 mart
.

İlham Əliyev yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub. Bu barədə xəbər verir

16 mart
.

"Dörd kənd Azərbaycana qaytarılmalıdır" - Paşinyan

Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend Ermənistanın "Hraparak" qəzetinin materialına istinad edib. Materialda qeyd olunub ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda danışıb. "Ötə

26 mart
.

Azərbaycandan kəşfiyyat BƏYANATI: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - RƏSMİ

"Hazırkı geosiyasi vəziyyət Rusiya-Ukrayna müharibəsi və digər qanlı toqquşmalarla müşayiət olunur". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev "Respublika" qəzeti üçün yazdığı məqalədə bildirib. O bildirib ki, bu toqquşmalar dünya nizamına ciddi təsir göstərməkl

28 mart