"Maska taxmayanlar 20 manatdan 50 manatadək cərimə olunmalıdır"-Deputatdan TƏKLİF

"Maska taxmayanlar 20 manatdan 50 manatadək cərimə olunmalıdır"-Deputatdan TƏKLİFMəlumdur ki, ölkədə COVİD- 19 virusuna görə karantin rejimi davam edir. Respublikamızda pandemiya ilə əlaqəli indiki dövrə qədər 4403 koronavirus xəstəliyinə yoluxma halı qeydə alınıb, 2819 nəfər şəxs virusa yoluxub, 52 nəfər vəfat edib, 1532 nəfər şəxs isə hazırda müalicəsini davam etdirir. Hər gün artan statistika yoluxma sayında bəzi faktorları göz önünə sərir.
Pandemiya ilə bağlı hökm sürən dövrdə yumşaldılmalar olsa da, insanlar sosial izolyasiya tətbirlərinə, xüsusən də maska və əlcəklərdən istifadə qaydalarına riayiət etmir. Maskaların alt çənənin altına salınaraq taxılmasına, pencəyin cibində salxlanılmasına, və yaxud da maskanı əldə tutaraq havada yelləyərək sosial göstəriş kimi gəzdirmək hallarına demək olar ki, hər gün rast gəlinir. Bir sözlə pandemiyanın yenidən artdığı dövrdə karantin mədəniyyəti demək olar ki yox dərəcəsindədir. Söhbət xüsusi mədəniyyət göstəricisindən getmir. İnsanların sağlamlığına hesablanmış mədəniyyət onların ən ali mədəniyyətidir. Necə ki, insanlar öz təbii ehtiyaclarını ödəmək üçün məxsusi yerlərə gedirlər.

"COVİD-19"un fəsadlarını gözü ilə görməyən, yaşamayan insanlar əlbət ki, maskaları əllərində gəzdirməz, buna dırnaqarası yanaşmazlar. Cəmiyyətdə bununla əlaqəli nə qədər təbliğat işi aparılsa da, bəzi vətəndaşlar hələ də "qılınc müsəlman" anlayışına sadiq qalırlar. Hər gün artan xəstələnmə sayını nəzərə alsaq, pandemiyanın dalğalanmasında nələrlə qarşılaşacağımızı tibb sahəsində sözünü demiş həkimlər artıq açıqlayıb. Düşünürük ki, bunu bir daha qeyd etməyə ehtiyac yoxdur. Sosial izolyasiya tələblərinə riayət etməyən insanların müəyyən qaydalarla tənzimlənməsi cərimələri gündəmə gətirir. Maraqlıdır, cərimələrin tətbiq olunması pandemiyanın yayılmasının qarşısının alınmasında hansı təsirlər göstərə bilər? Bu addım kifayət qədər effektli ola bilərmi?

Bununla bağlı Sonxeber.az-a deputat Fəzail Ağamalı danışıb:

"Nazirlər Kabineti yanında Operativ Qərargah və müvafiq dövlət strukturları pandemiya ilə bağlı məsul olan hər bir işi görür və buna davam edir. Dövlət özündən asılı olan hər bir şeyi edir, qalır xalqımızın dövlətin müəyyən etdiyi tələblərə, davranış nümayiş etdirməsi. Son dövrdə sadə karantin qaydalarına əməl etməyənlərin düşüncələrində problemin olduğunun qənaətindəyəm. Əgər vətəndaş küçəyə çıxır, məsafəni gözləmir və qoruyucu maskalardan istifadə etmirsə, virusun daşıyıcılarından birinə çevrilir. Uzun aylardır ki lazımı orqanlar maariflənmə işi iə məşğul olsalar da, insanlar düşncülərinin çəkisinə uyğun gəlməyən müxtəlif bəhanələr gətirirlər. Deyirlər ki, koronavirus oyundu. Bəli, dünya oyunun içindədir. Virus da həmin oyunun içindədir. Bunu dərk etmək lazımdır. Buna qarşı hər birimiz iradə nümayiş etdirib özümüzü qorumalıyıq və deyilən şərtlərə əməl etməliyik. Bu olmursa, ictimai yerlərdə qoruyucu maska taxmayanlar cərimə olunmalıdır".

"Maska taxmayanlar 20 manatdan 50 manatadək cərimə olunmalıdır"-Deputatdan TƏKLİFDeputat Fəzail Ağamalı bildirib ki, maska taxmayan vətəndaşlar 20 manatdan 50 manatadək cərimə olunmalıdır. Deputat sözügedən məsələ ilə bağlı Milli Məclisin növbəti iclasında məsələ qaldıracağını açıqlayıb:

"Baxıram ki, küçələrdə, ictimai yerlərdə insanların 80-90 faizi qoruyucu maskadan istifadə etmir. Bu qədər məsuliyyətsizlik olmaz. Bunun qarşısının alınması üçün maariflənmə işi ilə bərabər cərimələr tətbiq edilməlidir. Maska taxmayan şəxslər 20 manatdan 50 manatadək cərimə olunmalıdır. Milli Məclisin növbəti yığıncağında bu mövzu ilə çıxış edəcəm. Cərimələrin tətbiqini düşünürəm ki, polislərlə bərabər digər qurumların səlahiyyətlərinə də verməliyik. Ola bilsin ki, polisin fiziki baxımdan buna imkanı çatmaz".

Milli Məclisin digər deputatı Fazil Mustafa isə cərimələrin məbləğınin artıq deyil, 10- 20 manat arasında ola biləcəyini qeyd deyərək, məsələnin həllində yardımçı olacağını açıqlayıb:

"Maska taxmayanlar 20 manatdan 50 manatadək cərimə olunmalıdır"-Deputatdan TƏKLİF"Hökumət bir sıra məsələlərdə vəziyyəti yüngülləşdirməyə çalışır. Bir qrup insanlar hələ də məsələni ciddiyə almadan problemlər yaratmağa başlayırlar. Açığı qeyd edim ki, bunun nəticəsindədir ki son günlər xəstəliyə yoluxanların sayında tövsiyyənin xeyri yoxdur. Müəyyən dərəcədə maskasız gəzən insanların cərimələrlə cəzalandırılmasından söhbət gedir. Cərimələri əgər tətbiq etməsək bu hal davam edəcəkdir. Məsələyə qeyri- ciddi yanaşmalar var və bunun nəticələri ağır ola bilər. Belə halların qarşısını ancaq cərimələr tətbiq etməklə almaq olar. Fikrimcə təbliğat dayandırılmamalı və ictimai yerdə maskasız olan insanlar cəzalandırılmalıdır. Cərimə məsələsində böyük məğləğə ehtiyac yoxdur. Belə olan halda hər kəs bilməlidir ki, cibindən ən azı 10- 20 manat çıxacaq. Bu məbləği olmayan adam ən azı cərimənin 40 manatadək artırılmasını istəməz".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5414   Tarix: 27 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

29 mart
.

Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO

Bakıda yeni elektrik avtobusu istifadəyə verilib. -ın məlumatına görə, avtobus parkının yenilənməsi çərçivəsində 5 nömrəli marşrut xəttinə narıncı rəngli elektrikli sərnişin avtobusu buraxılıb. Qeyd edək ki, sərnişin avtobusu Çinin "Zhongtong" şirkətinin istehsalıdır

29 mart
.

Yevlaxda dəmiryol xətti ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb?

Martın 28-də Yevlax rayonunun Yuxarı Qarxun kəndinin ərazisindən keçən dəmiryol xəttində aparılan işlərə görə dəmir yolu ilə kəsişən Yevlax-Xaldan avtomobil yolu uzun müddət bağlı qalıb. -a müraciət edən sakinlər və sürücülər bildiriblər ki, bu barədə onlara əvvəlcədən heç bir xəbərdarlıq edilməyib v

29 mart
.

Bu foto və videoları media subyektinə təqdim edənlər cərimələnəcək

İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto və ya video çəkiliş, yaxud səsyazma materiallarını media subyektinə təqdim edənlər cərimələnəcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksin

29 mart
.

"65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir" - DEPUTAT

Azərbaycanda 65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən, səhiyyə sahəsində çalışanlar bununla razılaşmır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputatın sözlərinə görə, onlar xahi

29 mart
.

Alimentin minimum məbləği 345 manata qaldırıla bilərmi? - AÇIQLAMA

Azərbaycanda alimentin minimum məbləği 235 manat təşkil edir. Alimentin məbləği minimum əməkhaqqına (345 manat) qaldırıla bilərmi?. Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu -a açıqlama verib. O bildirib ki, alimentin minimum məbləği artırılması o qədər də məsləhət deyil:. "Azərbaycanda alimenti

29 mart
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

29 mart
.

Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA

Azərbaycanda taksi fəaliyyətində istifadə olunan avtomobillərin qırmızı və ya ağ olması ilə bağlı tələb müəyyən olunub. Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Ölkə.Az-a açıqlamasında bildirib ki, tələb bütün taksi fəaliyyətinə aiddir:. "Bu, taksi operator şirkətləri və fərdi qaydada çalışa

29 mart
.

Paşinyanı tənqid edən erməni polkovnikin evində axtarış aparılıb - VİDEO

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan ordusunun ehtiyatda olan polkovniki Volodya Avetisyanın evində axtarış aparıblar. V.Avetisyan axtarış zamanı yaşanan hadisələri telefonuna çəkərək öz "Facebook" səhifəsində paylaşıb. V.Avetisyan baş verənlərə görə, Ermənistanı

29 mart