"Ukrayna prezidenti Azərbaycanla stareji tərəfdaşlığı gücləndirmək istəyir"-RƏY

"Ukrayna prezidenti Azərbaycanla stareji tərəfdaşlığı gücləndirmək istəyir"-RƏYMüxtəlif dövlət başçıları 28 may Respublika günü ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubları ünvanlayır. Bu təbriklər arasında Ukrayna prezidenti Vladimir Zelenskinin məktubu diqqət çəkir.

Bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu Sonxeber.az açıqlama verib.

Politoloq bildirib ki, Ukrayna prezidentinin Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə azərbaycanlı həmkarına göndərdiyi məktubda bu ifadələr yer alıb: "Hər bir azərbaycanlı üçün son dərəcə önəmli olan bu gündə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi məsələsində Ukraynanın dəyişməz mövqeyini təsdiq etmək istərdim. Bütün aktual məsələlər üzrə,ilk növbədə,dünya miqyasında koronavirus pandemiyasının aradan qaldırılması, eləcə də ikitərəfli əlaqələrin iqtisadi və humanitar ölçülərinin gücləndirilməsi məsələlərində Kiyev və Bakı arasında mövcud ənənəvi tərəfdaşlıq münasibətlərinə dəyər verirəm. Əminəm ki, Ukrayna və Azərbaycan Respublikası arasındakı strateji tərəfdaşlıq gələcəkdə də qarşılıqlı hörmət və dəstək ruhunda inkişaf edəcəkdir".

Vladimir Zelenskinin məktubda ifadə etdiyi cümlələrdən də aydın olur ki, Ukrayna prezidenti Azərbaycanla strateji əlaqələrə xüsusi önəm verir. Təsadüfi deyil ki, Vladimir Zelenski prezident seçildikdən sonra Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycana səfər edib. Bunun bir səbəbi Ukraynanın Azərbaycanla strateji tərəfdaşlığa verdiyi önəmdirsə, digər səbəbi Ermənistanın beynəlxalq təşkilatlarda Ukraynanın ərazi bütövlüyünü əleyhinə səs verməsidir. Ermənistan faktiki Krımın ilhaqını tanıyıb. Ona görə də Ukrayna prezidenti Ermənistanı deyil, Azərbaycanı seçib.

Eyni ilə Azərbaycan da Ukrayna ilə strateji əlaqələrə önəm verir. Təsadüfi deyil ki, bu ağır günlərdə Azərbaycan Ukraynaya 23 ton humanitar yük göndərib. Bu yükün tərkibində 100 min qoruyucu maska və geyimlər, 5 min kombinezon, təmassız termometrlər, sanitayzerlər və digər tibbi avadanlıqlar yer alıb. Yüka hava limanında qarşılayan Ukraynanın Səhiyyə nazirinin müavini İrina Mikiçak bildirib ki, humanitar yük Azərbaycanla Ukrayna arasındakı razılaşmalar, xüsusilə də mart ayında ölkə prezidentləri arasında baş tutmuş telefon danışığı çərçivəsində çatdırılıb. Nazir müavini koronavirus pandemiyası ilə mübarizədə Ukrayna xalqına göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıq və hörmətimizi ifadə etdiyini bildirib.

Bu arada Azərbaycanın Ukraynaya yeni təyin etdiyi səfir Elmira Axundovanın etimadnaməsini qəbul edən bu ölkənin Xarici İşlər nazirinin müavini Vasiliy Bodnar Azərbaycan ilə Ukrayna arasında enerji və iqtisadi, siyasi sahədə əməkdaşlığın inkişafından məmnunluq ifadə edib. Öz növbəsində səfir Elmira Axundova Ukraynaya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyinə görə təşəkkürünü bildirib.

Vasiliy Bodnarın ismi Azərbaycanda başqa səbəbə görə də tanınıb. Vasiliy Bodnar bu ilin aprelin 23-də Osmanlı İmperiyasındakı "erməni soyqırımı"nın 105 illiyi ərəfəsində dövlət orqanlarının nümayəndələrinə məktub göndərmişdi. Həmin məktubda Bodnar Ukraynanın "erməni soyqırımı"nı tanımadığını bildirir və "Osmanlı İmperiyasında 24 aprel 1915-ci il faciəvi hadisələri" ifadəsindən istifadə etdiyini diqqətə çatdırırdı. Bodnar məktubunda Ermənistanın daim Rusiyanın xarici siyasətini dəstəklədiyini və beynəlxalq toplantılarda Ukrayna üçün vacib qərarların, qətnamələrin əleyhinə səs verdiyini xatırlatmağı da unutmamışdı.

Vasiliy Bodnarın bu məktubu təsadüfi deyildi. Çünki hər yerdə olduğu kimi erməni diasporunun təmsilçiləri Ukraynada da ara-sıra suyu bulandırmağa çalışırlar, Ali Radada "erməni soyqırımı" ilə bağlı müzakirələrin açılmasını istəyirlər. Ancaq hər dəfəsində Ukrayna parlamenti erməni disaporunun və onun arxasındakı güclərin niyyətini puça çıxardır. Buna baxmayaraq, Bodnarın məlum məktubundan o da anlaşılır ki, rəsmi Kiyev hansısa qüvvələrə Ukraynanın Türkiyə və Azərbaycanla münasibətlərinin pozulmasına imkan verməyəcək. Çünki Türkiyə və Azərbaycanla strateji tərəfdaşlıq Ukraynanın milli təhlükəsizlik maraqlarına cavab verir".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3804   Tarix: 27 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. yeni sədrin dosyesini təqdim edir:. Fərhad Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 199-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyy

16 aprel
.

İrəvan Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib

Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların yekunu üzrə deyib. Siyasətçi aydınlaşdırıb ki, söhbət 1991-ci il Almatı Bəyannaməsini

15 aprel
.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib: YENİ TƏYİNAT - FOTO

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. AZƏRTAC xəbər ki, dövlət başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyini

16 aprel
.

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmu

19 aprel
.

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. "İstəməzdim ki, baş verənlərə ço

20 aprel
.

" III Dünya savaşı baş versə, Cənubi Qafqaz müharibə ocaqlarından biri olacaq" - Ekspert

Hərbi toqquşmaların yaratdığı təhlükənin miqyası gündən-günə artmaqdadır. 1914, 1939-cu illərdəki siyasi-hərbi durum hazırkı hadislər ilə oxşardır. II dünya müharibəsi başlaya bilərmi?. Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmmədli -a açıqlama veribş. O bildirib ki, II dünya savaşı baş versə, Cənub

15 aprel
.

İlham Əliyev: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

"İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması - red.) 230 min hektar əkin sahəsini əhatə edəcək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindək

16 aprel
.

Ermənistanın baş naziri Vladimir Putinin andiçmə mərasiminə gedəcəkmi? - VİDEO

"Rusiya ilə münasibətlərində çətin günlərini yaşayan Ermənistan hələ də bir sualın cavabında qərara gələ bilməyib. Sual isə belədir: prezident Vladimir Putinin andiçmə mərasiminə Rusiyaya gedəcək və ya getməyəcəklər. Bu barədə Baku TV-nin "YouTube" kanalının növbəti analitik süjetind

12 aprel
.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

16 aprel