Bunu edənlər 200 manat cərimə edilir - 40 gün ərzində... - VİDEO
Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödətdirilməsi prosesinə başlanılıb.
Baş Dövlət Yol Polisi İdarəsi və digər rayon polis şöbələri tərəfindən cərimə olunan və 40 gün müddət tamamlandığı halda cəriməni ödəməyən şəxslərlə bağlı məhkəməyə müraciət olunub.
Artıq minlərlə şəxsin cəriməni məcburi ödəməsi üçün qaldırılan iddialara məhkəmələrdə baxılır.
XəzərXəbər-in məlumatına görə, BDYPİ-nin mətbuat katibi, polis polkovniki Kamran Əliyev bildirib ki, cəriməni ödəmək üçün qanunda nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra müvafiq qərarın verilməsi ilə bağlı məhkəməyə müraciət olunur:
"Bu zaman cərimənin məcburi ödətdirilməsi məqsədilə məhkəmə həmin şəxsin əmək haqqından, pensiyasından və digər gəlirlərindən tutulmasına qərar verə bilər. Eyni zamanda, cərimə olunan şəxslərin əmlakına həbs qoyula bilər. Artıq bununla bağlı məhkəmə qərar verəcək".
Mayın 18-dək təkcə yol polisləri tərəfindən 55 min 678 sürücü karantinə görə cərimə olunub. Eyni zamanda, piyada naryadında xidmət aparan polis əməkdaşları da qayda pozan on minlərlə şəxs haqda protokol tərtib ediblər.
Lakin qərarla razılaşmayaraq protokol tərtib edən orqanlara qarşı da iddialar qaldıranlar var. Onlarla sürücü qərarla razılaşmayıb və protokolun əsassız yazıldığını iddia edərək məhkəməyə müraciət edib.
İyunun 1-dən başlayaraq məhkəmə orqanları hər iki tərəfin müraciətlərinə baxıb qərar çıxaracaq.
Xatırladaq ki, karantin qaydalarını pozanlar İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə olunur.
Buna görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər iki min manatdan beş min manatadək cərimə edilir. Azərbaycanda yazılan cərimələrin əksəriyyəti fiziki şəxslərlə bağlı olub, məbləğ də bir çox hallarda 100 manat təyin olunub.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 6403 Tarix: 28 may 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanın strateji valyuta ehtiyatları 68 milyard dolları keçib
Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 68,3 milyard ABŞ dolları təşkil edir. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş nazir Əli Əsədov bildirib. Onun sözlərinə görə, ölkənin strateji valyuta ehtiyatları Ümumi Daxili Məhsulun 97 %-nə bərabərdir
5 dekabrHesablama Palatasının xərclər smetası təsdiqlənib
Milli Məclis Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası haqqında qərar layihəsini qəbul edib. -ın xəbərinə görə, gələn il üzrə Hesablama Palatası Aparatının xərclər smetası 11 424 588 manat olacaq. Bu, 2023-cü illə müqayisədə 7,5 % çoxdur. Gələnilki vəsaitin 10 361 232 manatı əməyin ödəniş
5 dekabrAzərbaycan Mərkəzi Bankının baş direktoru vəzifəsindən azad edilib
Azərbaycan Mərkəzi Bankının baş direktoru Aqşin Vəliyev vəzifəsindən azad edilib. "Report" xəbər verir ki, hələlik onun yerinə təyinat olmayıb. Bununla da, AMB-də baş direktorların sayı 6-ya enib. Digər baş direktorlar - Ziya Zəfər oğlu Əliyev, Vüqar Ramin oğlu Əhmədov, Əli İsmayıl oğlu Əhmədov
5 dekabrKeçmiş bələddiyyə sədrinə və bacısına HÖKM OXUNDU
Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Aytac Əliyeva və bacısı İlknur Əliyevay
5 dekabrDonetskdə separatçılar azərbaycanəsilli şəxsi döyərək öldürüblər
Ukraynanın Donetsk vilayətinin Rusiyanın nəzarəti altında olan Makeyevka şəhəri yaxınlığında azərbaycanəsilli sakin Əhədulla Şirxan oğlu Qəniyev öldürülüb. Soydaşlarımızın "Report"un Şərqi Avropa bürosuna verdiyi məlumata görə, Ə.Qəniyev Azərbaycanın Lənkəran rayonunda anadan olub. O, uzu
5 dekabrMilli Məclis Ağdərə rayonunun yaradılması ilə bağlı layihəni müzakirə edir
Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. -ın xəbərinə görə, qanun layihəsini Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təqdim edir. Layihəyə əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan və onu
5 dekabr